www.derinbilgiler.net » Videolar » Quran Möcüzələri » Fotosintezin səhər vaxtı başlaması

 
 
 


Fotosintezin səhər vaxtı başlaması

Müəllif: Admin Tarix 23-11-2017, 09:23, Baxılıb: 66

0
Fotosintezin səhər vaxtı başlaması

«Qaralmaqda olan gecəyə and olsun və nəfəs almağa başladığı vaxt dan yerinə...» («Təkvir» surəsi, 17-18)

Məlum olduğu kimi, bitkilər fotosintez edərkən havadakı karbondioksidi, yəni insanların istifadə etmədiyi zərərli qazı qəbul edir və atmosferə onun əvəzinə oksigen buraxır. Nəfəs alanda qəbul etdiyimiz və əsl həyat mənbəyimiz olan oksigen fotosintezin əsas məhsuludur. Atmosferdəki oksigenin təxminən 30 faizi torpaqdakı bitkilər tərəfindən istehsal edilərkən qalan 70 faiz də dənizlərdə və okeanlarda mövcud olan və fotosintez edə bilən bitkilər və təkhüceyrəli canlılar tərəfindən istehsal edilir.

Fotosintez alimlərin bu gün də hələ tam izah edə bilmədiyi bənzərsiz bir prosesdir. Bu əməliyyatı adi gözlə görə bilmirik, çünki bu mexanizm fəaliyyətə keçmək üçün atomlardan və molekullardan istifadə edir. Ancaq fotosintezin nəticələrini nəfəs almağımızı təmin edən oksigendə və sağ qalmağımızı təmin edən qidalarda görə bilərik. Fotosintez özündə öyrənilməsi çətin olan kimyəvi düsturları, gündəlik həyatda heç vaxt rastlaşmadığımız xırdalıqları və ağırlıq ölçülərini ehtiva edən, çox həssas şəkildə balanslaşdırılmış bir sistemdir. Ətrafımızdakı bütün yaşıl bitkilərdə bu əməliyyatın həyata keçirildiyi trilyonlarla kimya laboratoriyaları var. Həmçinin bitkilər bizim möhtac olduğumuz oksigeni, qidaları və enerjini milyonlarla ildir bir an da dayanmadan istehsal edirlər. Fotosintezin ən məhsuldar olduğu vaxt oksigenin ən çox istehsal edildiyi vaxtdır. Bu da Günəş şüasının ən çox olduğu səhər vaxtlarında gerçəkləşir. Günəşin çıxması ilə birlikdə yarpaqların üstündə tər (şeh) və bununla bağlı da fotosintez çoxalmağa başlayır. Günortadan sonra isə bu hadisə əksinə olur, yəni fotosintez yavaşıyır, tənəffüs artır, çünki hərarətin artması ilə yanaşı, tərləmə də sürətlənir. Gecə isə istiliyin azalması ilə tərləmə yavaşıyır və bitki rahatlanır.

«Təkvir» surəsində səhər vaxtı ilə bağlı vurğulanan «izə tənəffəsə», yəni «nəfəs almağa başladığı vaxt» ifadəsi məcazi yolla tənəffüs etmək, nəfəs almaq mənalarına gəlir. Ayədə vurğulanan bu ifadə səhər vaxtı oksigen istehsalının başlaması, nəfəs almağın əsas şərti olan oksigenin ən çox bu vaxtda əldə edilməsi baxımından çox diqqət çəkicidir. Ayədə səhər vaxtı ilə bağlı olan bu vəziyyətə and içilməsi də mövzunun əhəmiyyətini xüsusi qabardır. XX əsrin mühüm kəşfləri arasında olan fotosintez fəaliyyəti Allah`ın yuxarıdakı ayə ilə işarə etdiyi Quranın elmi möcüzələrindən biridir.

Bölmə: Videolar » Quran Möcüzələri

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.