www.derinbilgiler.net » Türk İslam Birliyi » Ehtiyac və sıxıntı içində heç kim qalmasın

 
 
 


Ehtiyac və sıxıntı içində heç kim qalmasın

Müəllif: Terish Tarix 2-01-2015, 13:27, Baxılıb: 457

0
Ehtiyac və sıxıntı içində heç kim qalmasın

Bu günlərdə dövlətimizdə qeyd edilən Novruz bayramı münasibəti ilə yenidən xeyriyyə tədbirlərinə start verilib. Ehtiyac içində yaşayan soydaşlarımıza əl uzatmaq, əlbəttə ki, çox gözəl təşəbbüsdür. Bu xoşniyyətli, vicdanlı və mərhəmətli bir davranışdır. Amma təəssüf ki, məsələnin həll yolu bu deyil.

Ümumiyyətlə, sosial şəbəkələrdə, televiziya kanallarında tez-tez kasıb, kimsəsiz, xəstə insanlara kömək üçün kampaniyalar keçirilir, imkanlı şəxslərdən bu insanlara yardım etmələri rica edilir. Bu məqsədlə bir çox dərnəklər, qurumlar da yaradılır.

Tutaq ki, bu cür insanlara maddi dəstək göstərildi, xeyirxah, imkanlı şəxslər bu insanların bir müddətlik ehtiyaclarını qarşıladılar, müalicələrinə kömək etdilər. Bəs bu minvalla neçə insana kömək ediləcək? Yüz, min, bir milyon? Bəs dünyada digər ehtiyacı olanlar necə olacaq? Lap dünyadakı bütün insanlara kömək edilsə belə, bu bir müddətlik olacaq, tezliklə ehtiyaclar yenidən gündəmə gələcək. İnsanı ömür boyu yardım kampaniyası ilə dolandırmaq olarmı? Və ya hətta bir nəslə ömrü boyu yardım edilsə belə, arxadan yenidən ehtiyac içində gələn nəsil necə olacaq? Çünki mütləq aztəminatlı ailələr, ailə başçısını itirən əmək qabiliyyəti olmayanlar və yaxud müalicəsi böyük pul tələb edən xəstəliklər ortaya çıxacaq. Hələ bu yardımlara gözünü dikərək yetişən nəslin psixoloji vəziyyətini bir kənara qoyaq…

Məsələnin həll yolu imkansıza kömək etməklə yekunlaşmır. Bu sadəcə xəstənin yarasını sarımaqdır. Xəstəliyin müalicəsi isə başqadır. Həll yolu “Quran”da bildirilən həqiqi islam əxlaqının dünyaya hakim olmasıdır. Xurafatlardan, bidətlərdən uzaq, ildə cəmi bir neçə dəfə Allah qarşısındakı borcunu xatırlayanlardan fərqli olaraq, daim Allahın razılığını axtaran insanların yetişdirilməsidir. Mənfəətin, hərisliyin, dünyaya bağlılığın deyil, mərhəmətin, sevginin, şəfqətin, Allah sevgisi və Allah qorxusunun hakim olmasıdır. Rəbbimiz “Qurani-kərim”də özünə iman gətirən məmləkətlərin əhalisinə bolluq və bərəkət vəd edir:

Əgər o ölkələrin əhalisi iman gətirib (Allahdan) qorxsaydı, əlbəttə, biz onların üstünə göydən və yerdən bərəkət (qapı-larını) açardıq. (Əraf surəsi, 96)

Bunun isə ilk mərhələsi İslam Birliyinin qurulması ilə olacaq İnşallah. Çünki İslam Birliyi qurulduqda müharibələrə, silahlara sərf edilən vəsait sənayeyə yatırılacaq. İslam Birliyi qurulduqda Allahın “Qurani-kərim”də əmr etdiyi əxlaq yaşanacağına görə varlılar kasıblamayacağı halda, kasıblar varlanacaq. Heç kim ailə başçısını itirdiyinə görə, xəstəliklə üzləşdiyinə görə kimlərinsə minnətli çörəyinə möhtac, miskin, kasıb hala düşməyəcək.

Yalnız bayramdan bayrama ət yeməyi gözləyən, susuzluqdan, aclıqdan, xəstəlikdən pərişan hala düşmüş insanlar olmasın deyə İslam Birliyi mütləq qurulmalıdır.

Sevinc Haqverdizadə

Bölmə: Türk İslam Birliyi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş