www.derinbilgiler.net » Türk İslam Birliyi » İslam Birliyi necə olmalıdır

 
 
 


İslam Birliyi necə olmalıdır

Müəllif: Admin Tarix 8-04-2014, 19:39, Baxılıb: 935

0
İslam Birliyi necə olmalıdır


Hal-hazırda qüvvələrini birləşdirməyən ölkələrin təkbaşına dünya siyasətində söz sahibi olmadıqlarını görürük və bir çox beynəlxalq birliyin mövcud olduğunun da şahid oluruq. Birinci Dünya müharibəsindən sonra qurulan Birləşmiş Millətlər Təşkilatı, İkinci Dünya müharibəsindən sonra qurulan Avropa Birliyi, İslam Konfransı Təşkilatı (indiki adı – İslam Əməkdaşlıq Təşkilatı), Ərəb Birliyi, Varşava Paktı (indiki adı – Şanxay Birliyi), NATO kimi onlarla beynəlxalq təşkilatlar öz siyasətləri çərçivəsində fəaliyyət göstərirlər.

Halbuki, bu qədər birlik və təşkilatın mövcud olmasına baxmayaraq, dünyada yaşanan pisliklərin qarşısı alınmır. Buna görə də, pislikdə birlik olanlara qarşı yaxşılığı, sevgini və şəfqəti müdafiə edən insanların da birlik olması vacibdir.

Fərqli ölkələr öz aralarında necə birlik olub hər mövzuda yardımlaşırsa, İslam ölkələri də eyni şəkildə birlik olmalıdırlar. Məsələn, Avropa Birliyi necə iqtisadi, siyasi, hərbi, mədəni və ictimai sahədə geniş əməkdaşlıq edirsə, İslam Birliyi də dünya tərəfindən qəbul edilmiş şərtlərlə bir araya gəlməlidir. Hətta burada bizim üstünlüyümüz ondan ibarətdir ki, bu birlik sevgi, dostluq və könül birliyi ilə olacaq. Buna görə də İslam Birliyi dünyada hər kəsin həsrət çəkdiyi böyük bir sülh birliyi olacaq.

İslam Birliyinə qatılacaq bütün dövlətlərin müstəqilliyinə, suverenliyinə və hüquqlarına hörmət edilməsi öhdəliyə götürülməlidir. Beləliklə, üzv olan ölkələr öz dövlət strukturlarını qoruyacaq, qərarlaşdırılmış əməkdaşlıq isə xaricə qarşı ortaq və bir millət kimi davranma fürsəti verəcək.

Üzv ölkələrin sərhədlərinin toxunulmazlığı, daxili işlərində hər ölkənin müstəqil olması, münaqişələrin sülh yolu ilə həll edilməsi, güc istifadəsinə və təhdidə yol vermək əvəzinə sevgi ilə problemlərin həll edilməsi bu birliyi daha da gücləndirəcək. Düşüncə, vicdan, din və inanc azadlıqları da daxil olmaqla insan hüquqları və əsas azadlıqlara hörmət göstərilməsi bu birliyin dünya səviyyəsində sayılıb nəzərə alınmasına səbəb olacaq.

Yuxarıda bildirildiyi kimi, 57 İslam ölkəsinin üzv olduğu İƏT 1967 ilindən bəri fəaliyyət göstərir. Ancaq bu qurum bəhs etdiyimiz sevgi birliyinin xüsusiyyətlərini daşımaqdan çox uzaqdır. Halbuki, bu təşkilat BM-dən sonra dünyanın ən böyük ikinci təşkilatıdır. 1,6 milyard müsəlmanın problemlərini həll etmək, ölkələrarası əməkdaşlıq etmək üçün qurulmuşdur. Eyni şəkildə 22 ərəb ölkəsinin üzv olduğu, Türkiyənin də daimi müşahidəçi qismində olduğu Ərəb Birliyi də fəaliyyət göstərir. Ancaq hər iki birlik də son dövrdə Misir, Suriya və Liviya kimi ölkələrdəki problemləri həll edə bilmir.

Hal-hazırda problemləri müzakirə edən, ortaq inkişaf və həll yolları axtaran bir könül birliyinin qurulması vacibdir. Bizim istəyimiz ondan ibarətdir ki, sənətlə inşa edilmiş İslam şəhərlərində müsəlmanların sülh və dincliklə yaşadıqları bir İslam coğrafiyası təsis edilsin.

Bölmə: Türk İslam Birliyi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş