www.derinbilgiler.net » Son Xəbərlər » Zalımlıq və rəhmsizlik

 
 
 


Zalımlıq və rəhmsizlik

Müəllif: Admin Tarix 1-04-2014, 19:28, Baxılıb: 900

0
Zalımlıq və rəhmsizlik


Demək olar ki, hər gün KİV-lərdə ailəsini saxlamaq üçün dilənən, çörək tapmadığına görə aclıqdan ölən, evi olmadığına görə çadırlarda yaşayan, haqsızlığa məruz qalan insanların xəbərlərini görürük. Özünə qəsd edən, bir-birlərini öldürən, hücuma məruz qalan, şikəst olan, dalaşan insanlarla bağlı xəbərlərə rast gəlirik. Bu, illərdir dəyişmədən davam edən haldır. Bu mövzuya müxtəlif həll yolları düşünülür, xeyriyyə qurumları işə qarışır, pulsuz yeməkxanalar açılır və bənzər tədbirlər görülür. Ancaq bütün səylərə baxmayaraq, bu xəbərlər azalmır, əksinə, artaraq davam edir.

Hətta dövrümüzdə vəziyyət elə səviyyəyə çatıb ki, mənfəəti olmadıqca kimsə kimsəyə yardım etmir. Bəzi insanlar yüzlərlə insanı doyuracaq yeməyi zibilliyə atır, bəzi insanlar isə küçədə ac yaşayır, aclıqdan ölür. Bu cür insanlar saxta üsullara əl ataraq bir-birlərinin malını haqsızlıqla yeməkdən, başqalarının hüquqlarını pozaraq pul qazanmaqdan çəkinmir, ətrafda gördükləri ədalətsizliyə, xətalara qarşı mübarizə aparmır, haqsızlığa qarşı səslərini çıxarmırlar. Ona görə, belə bir mühitdə zalım, mərhəmətsiz insanlar zəif və gücsüzləri istədikləri kimi əzirlər.

Mərhəmətin əsl mənasını və mərhəmətli insanın xüsusiyyətlərini öyrənmək üçün ən doğru mənbə Qurandır. Quranda insanları mərhəmətə təşviq edən bir çox ayə var.

İslam əxlaqının hakim olduğu cəmiyyət həm maddi, həm də mənəvi cəhətdən rahat olar. Belə cəmiyyətdə ehtiyacı olanlara ətrafdakı insanlar mütləq kömək edərlər. Uşaqlar sevgi və mərhəmətin hakim olduğu mühitdə böyüyərlər. Güclülər zəifləri qoruyarlar. Heç kim başqasının hüququnu tapdalamaz. Hamının bir-birinə dəstək olduğu bir cəmiyyətdə, əlbəttə, qorunmalı heç kim qalmaz.

Quran əxlaqı ilə tam yaşayan cəmiyyətdə ədalətsizlik, qarışıqlıq, təzyiq, zülm olmaz. Belə mühitdə həmişə şəfqət, mərhəmət, sülh və ədalət hakim olar.

Mərhəmət Allah sevgisi və Allah qorxusundan meydana gəlir. Allah’ı çox sevən insan Allah’ın yaratdıqlarını da çox sevər, onlara şəfqət və mərhəmətlə yanaşar. Rəbbimizə olan güclü sevgisi və bağlılığına görə, Quranda əmr edildiyi kimi insanlarla mərhəmətlə davranar.

Mərhəmət hissləri ilə dolu insan baxdığı hər şeydə gözəllik və xeyir görər. Yoxsulları ehtiyacını təmin edər, acizləri qoruyar, ehtiyacı olana kömək edər. Allah sevgisi və Allah qorxusundan qaynaqlanan mərhəmətin olmadığı cəmiyyətdə isə varlı kasıbı doyurmaz, haqsızlığa məruz qalanın hüququ müdafiə edilməz, evsiz-eşiksiz insana kömək edilməz.

Dinsizliyin səbəb olduğu qarışıqlıq və zülm mühitindən xilas olmağın yeganə yolu Allah’ın Quranda öyrətdiyi və Peyğəmbərimizin (s.ə.v) tövsiyə etdiyi mərhəmət anlayışını mənimsəməkdir. Quranda bu əxlaqın əhəmiyyəti belə bildirilmişdir:

Sonra da iman gətirən və bir-birinə səbir tövsiyə edən, mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır! Onlar sağ tərəf sahibləridir! (Bələd surəsi, 17-18)

Cəmiyyətdə zülm və mərhəmətsizliyin qəti həllini tapmamasının səbəbləri eqoistlik, şəxsi mənfəət və dünyəvi istəklər, laqeydlik kimi əxlaqi pozuntulardır. Bu pozuntuların aradan qalxmasının yeganə yolu da Quranın təqdim etdiyi əxlaq modelini təbliğ etmək, vicdansızlığa görə axirətdə cavab veriləcəyini xatırlatmaqdır.

Həqiqi ədalətin bərqərar olduğu cəmiyyətdə saxtakarlıq, mənfəət güdmə, bir-birinin hüququnu tapdalama kimi əxlaqi pozuntulara insanlar yol verməz. Çünki Quran əxlaqının əsas xüsusiyyətlərindən biri olan xeyirxahlıq, mərhəmət kimi vicdanlı davranışlar nəticəsində mütləq ədalətli mühit formalaşar və hər kəsin hüququ qorunar. Bütün bunların nəticəsində də cəmiyyətə sülh və əmin-amanlıq hakim olar. Elə isə bütün müsəlmanlar Allah’ın razı qaldığı əxlaqı, haqq dini bütün dünyaya təbliğ etməlidirlər.

Bölmə: Son Xəbərlər

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş