www.derinbilgiler.net » Son Xəbərlər » Fənərbağçanın keçmiş ulduzu Nikolas Anelka necə müsəlman olduğundan danışıb

 
 
 


Fənərbağçanın keçmiş ulduzu Nikolas Anelka necə müsəlman olduğundan danışıb

Müəllif: Admin Tarix 26-04-2012, 00:45, Baxılıb: 937

0
Fənərbağçanın keçmiş ulduzu Nikolas Anelka necə müsəlman olduğundan danışıb


Fənərbağçanın keçmiş ulduzu Nikolas Anelka, başqa adı ilə Bilal Əbdüssalam Ramazan aylarında oruc tutduğunu, oruclu halda matçlarda iştirak etdiyini söyləyib. Çelsi forması ilə İngiltərədə oynayan Anelka necə müsəlman olduğundan danışıb.

Fənərbağçanın keçmiş fransız oyunçusu Nikolas Anelka 2004-cü ilin may ayının son həftəsində Birləşmiş Ərəb Əmirliklərində dincələrkən müsəlman olub. Həmin tarixdə İngiltərə Premyer Liqası komandalarından Mançester Sitinin formasını geyinən Anelka Dubayda Əl-Vassal Məscidində bir müfti və iki imamın qarşısında kəlimeyi-şəhadət gətirərək İslamı seçib.

Anelka daha sonra Qurani-Kərimdən ayələr oxuyub və Ərəbistan yarımadasındakı məscidləri gəzərək ibadət edib. Adını dəyişdirib Bilal Əbdüssalam edən fransız
futbolçunun Ərəbistan yarımadasındakı son dayanacağı Məkkə olub. Anelka Məkkə və Mədinəni ziyarət edib, ümrə ibadətini yerinə yetirib.

Bölmə: Son Xəbərlər

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş