www.derinbilgiler.net » Son Xəbərlər » Rusiya yenidən din dərslərinə qayıdır

 
 
 


Rusiya yenidən din dərslərinə qayıdır

Müəllif: Admin Tarix 6-03-2012, 22:53, Baxılıb: 873

0
Rusiya yenidən din dərslərinə qayıdır



Rusiyanın baş naziri Vladimir Putin SSRİ dövründə məktəblərdə qadağan olunan din mədəniyyətini və dünyəvi əxlaq dərslərini 2012-ci ilin sentyabrından Rusiyanın dövlət məktəblərində yenidən tədris etməyi düşünür. Putin dini məktəblərin artırılmasına və televiziya kanallarında dini verilişlərin yaradılmasına söz verdi. Rusiyanın baş naziri Putin önümüzdəki ay keçiriləcək prezident seçkilərində dəstək almaq üçün dövlət tərəfindən tanınan ənənəvi dinlərin nümayəndələri ilə görüşdü.

Danilov monastırında keçirilən görüşdə Putin Rusiya Ortodoksal kilsəsinin patriarxı Kirilə, müsəlman, yəhudi və buddist liderlərə dövlət məktəblərində din dərslərinin keçirilməsinə dair söz verdi. Baş nazir məktəblərdə din mədəniyyəti və dünyəvi əxlaq dərslərinin keçirilməsi istiqamətində hazırlıqların aparıldığını da bildirdi.

O: “Dövlət televiziya kanallarındakı dini verilişlərdə dinlərin səsi daha gur çıxmalıdır”, - deyə vurğuladı.


4 dinin nümayəndəsi martın 4-də keçiriləcək prezident seçkilərində Putini dəstəkləyəcəklərini bildirdilər. Putin də öz növbəsində dini təşkilatlara daha çox maddi dəstək verəcəyəni bildirdi. Putin dünyəvi dövlətin mövcudluğunun zəruri olduğunu, amma din təşkilatları ilə dövlət arasında partnyorluq rejimi yaradılaraq əməkdaşlığın inkişaf etdirilməsinin vacib olduğunu ifadə etdi.

Bölmə: Son Xəbərlər

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş