www.derinbilgiler.net » Son Xəbərlər » Almaniyada ilk İslam-İlahiyyat fakültəsi fəaliyyət göstərir

 
 
 


Almaniyada ilk İslam-İlahiyyat fakültəsi fəaliyyət göstərir

Müəllif: Admin Tarix 15-02-2012, 21:51, Baxılıb: 1430

0
Almaniyada ilk İslam-İlahiyyat fakültəsi fəaliyyət göstərir


Almaniyanın orta məktəblərində və liseylərində təhsil alan 700 min müsəlman şagirdə dini bilikləri öyrədən müəllimlərin hazırlanması üçün yaradılan ilk İslam-İlahiyyat fakültəsi ölkənin Tübingen universitetində fəaliyyətə başlayıb. Xəbərlərdə ölkədə təhsil alan 700 min müsəlman şagirdə dərs demək üçün təxminən 2 min müəllimə ehtiyac duyulduğu qeyd edilir.

Tübingen universitetinin rektoru Bernd Enqler İlahiyyat fakültəsində bu il qız və oğlanlardan ibarət 24 tələbənin təhsil alacağını, dörd il davam edən təhsil prosesində tələbələrə mədəniyyət, fəlsəfə və sosiologiya kimi fənlərin də tədris ediləcəyini deyib.

Xəbərlərdə Almaniyanın Osnabrük, Erlangen və Frankfurt universitetlərində anoloji fakültələrin açıldığı, ancaq bu təhsil ocaqlarında tədrisin gələn il başlayacağı qeyd olunub. Mətbuat Almaniya hökumətinin 4 fakültəyə 5 il büdcədən 20 milyon avro vəsait ayırdığını yazıb. Məlumat üçün bildirək ki, indiyədək Almaniyadakı məscidlərin türk müsəlman imamlarına olan ehtiyaclarının ödənməsi üçün hər il Türkiyədən təxminən 100 min imam dəvət edilir.

Bölmə: Son Xəbərlər

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş