www.derinbilgiler.net » Son Xəbərlər » İngiltərədə müsəlman tələbələr darvinizmi boykot edir

 
 
 


İngiltərədə müsəlman tələbələr darvinizmi boykot edir

Müəllif: Admin Tarix 12-12-2011, 02:45, Baxılıb: 856

0
İngiltərədə müsəlman tələbələr darvinizmi boykot edir


İngiltərənin “Sunday Times” qəzetinin verdiyi xəbər görə, təkamül nəzəriyyəsi haqqında mübahisə səbəbindən ölkənin qabaqcıl tibb fakültələrində biologiya dərsləri boykot edilib və mühazirə zalları boş qalıb.

London Universitet Kollecində (UCL) müsəlman tələbələrin əksəriyyəti təkamül nəzəriyyəsinin inanclarına zidd olduğuna görə, biologiya dərslərinə girmir. Professorlar da tələbələrdən bu nəzəriyyənin keçilməməsi üçün antidarvinist məzmunlu məktublar aldıqlarını deyirlər. Genetika professoru Stiv Counz təkamül dərslərinə etiraz edən tələbələrin əvvəllər xristianlardan, son dövrlərdə isə, əsasən, müsəlman tələbələrin arasından çıxdığını söyləyir.

İngiltərədə fəaliyyət göstərən “Muslims4UK” qrupuna yaxın olan mənbələr müsəlman tələbələr arasında yayılmış hərəkatda türk yazıçı Harun Yəhyanın əsərlərinin təsirinin olduğunu deyir. Harun Yəhyanın kitab və DVD-lərini İngiltərədəki bir çox kitab mağazasında əldə etmək mümkündür. Yaradılışçılığın tərəfdarları İngiltərənin müxtəlif bölgələrinə təşkil etdikləri səfərlərdə Harun Yəhyanın fikirlərini yaymağa çalışırlar. Bu il London, Mançester, Lidz, Dundi şəhərlərində Harun Yəhya konfransları təşkil olunmuşdur. 2008-ci ildə London kollecində də buna bənzər konfrans verilmişdi.

Bölmə: Son Xəbərlər

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.