www.derinbilgiler.net » Son Xəbərlər » Ağ ev rəsmi açıqlama verdi: “yadplanetlilər yoxdur”

 
 
 


Ağ ev rəsmi açıqlama verdi: “yadplanetlilər yoxdur”

Müəllif: Admin Tarix 12-12-2011, 02:13, Baxılıb: 694

0
Ağ ev rəsmi açıqlama verdi: “yadplanetlilər yoxdur”


Ağ ev yadplanetlilərlə heç bir əlaqənin olmadığına dair rəsmi açıqlama verib. Açıqlamada: “Yer kürəsindən başqa heç bir planetdə həyat yoxdur”, - deyilib.
Ağ Evin Elm və Texnologiya Siyasəti Ofisinin rəhbəri Fil Larson bildirdi ki, bu açıqlama Amerika hökumətinin yadplanetlilərlə əlaqə qurub-qurmadığına dair məlumat verməsi tələbinə əsasən qələmə alınıb.

On yeddi mindən çox amerikalı tərəfindən imzalanan iki ərizəyə cavab olaraq Ağ Evdən verilən açıqlamada: “Amerika hökumətinin Yer planetindən başqa yerdə həyat olduğuna və ya yadplanetlilərin insanlarla əlaqəsinin olmasına dair heç bir dəlili yoxdur”, - deyilib.

Ağ Evin Elm və Texnologiya Siyasəti Ofisinin açıqlamasında bu məsələlərlə bağlı var olduğu iddia edilən dəlillərin ictimaiyyətdən gizlədilməsinə dair heç bir məlumatın olmadığı bildirilib.

Açıqlamada NASA araşdırmalarının nəticələrinə də qısaca toxunulub. Elm adamları və riyaziyyatçılar tərəfindən trilyonlarla ulduzun bəzilərində həyat şəraitinin olma ehtimalı qeyd olunub. Ancaq kainatın böyüklüyü və ulduzlar arasındakı məsafə nəzərə alındıqda həyat şəraitinin olduğu ehtimal edilən yerlərlə əlaqə qurmağın imkansız olduğu da bildirilib.

Bölmə: Son Xəbərlər

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.