www.derinbilgiler.net » Məqalələr » İmani » Tilov atan dəniz ilbizi

 
 
 


Tilov atan dəniz ilbizi

Müəllif: Admin Tarix 20-12-2017, 16:08, Baxılıb: 45

0
Tilov atan dəniz ilbizi

Dəniz ilbizi növlərindən biri olan “conus striatus” tilov ataraq ov edir. Bu canlı 1,5 mm-lik tilovunu qida borusundan ataraq kloun balığını ovlayır. Balığın sinir sistemi iflic olub hərəkətsiz qaldıqdan sonra isə ilbiz onu udur. Dəniz ilbizlərinin bir çox növləri var. Hətta 15 sm uzunluğunda olan oxlu dəniz ilbizi kimi böyük növləri də mövcuddur. Həmin ilbizin bədənində hər an istifadəyə hazır olan 50-ə qədər tilov olur. Bu zəhərli tilovları bədənindən xaricdə, zəhər kisəciyi adlı yerdə saxlayır və atdığı hər tilovun yerinə yenisini hasil edir.

Şübhəsiz, bu cür ov etmə üsullarını, bu üsullardan istifadə etməyi təmin edən bədən quruluşunu, atdıqları maddənin qarşı tərəfdə meydana gətirdiyi təsiri okeanın dərinliklərində yaşayan dəniz güllərinə və dəniz ilbizlərinə ilham edən, onları və kainatdakı hər şeyi yaradan uca Allahdır.

Okeanlarda Allahın sonsuz yaratma gücünü göstərən dəlillər çoxdur. Uca Allah hər yeri elmi ilə əhatə etdiyini bir Quran ayəsində belə bildirmişdir:

Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Ənam surəsi, 59)

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.