www.derinbilgiler.net » Məqalələr » İmani » Quş yuvaları

 
 
 


Quş yuvaları

Müəllif: Admin Tarix 6-10-2017, 07:39, Baxılıb: 26

0
Quş yuvaları

Botsvanada (Afrika dövlətlərindən biri) yaşayan kamuflyaj ustası toxucu quşlar yuvalarını çox diqqətlə inşa edirlər. Edinburq Universitetinin alimlərinin müşahidələrinə görə, toxucu quşlar yuva düzəltmə metodlarını dəyişdirə bilir və bir-birlərindən təcrübə əldə edərək yuva qurmağı öyrənə bilirlər.

Toxucu quş, əvvəlcə, istifadə edəcəyi materialı toplayır. Yaşıl və təzə yarpaqlardan özünə uzun nazik iplər kəsir və yarpaqların ana damarlarını götürür. Xüsusilə təzə yarpaqları seçməsinin isə bir səbəbi var: Quru yarpaqlardan götürəcəyi materiala nəzarət etmək və bunları toxumada istifadə etmək çox çətindir, ancaq təzə yarpaq lifləri ilə bu prosesi çox rahat edə bilir. Quş əvvəlcə çəngəlvari bir budağa yarpaqdan qopardığı uzun lifin ucunu sarıyır. Lifin bir ucunu ayağı ilə budağın üzərində tutarkən digər ucunu dimdiyi ilə idarə edir. Həmçinin liflərin düşməməsi üçün onları düyünləyərək bir-birinə bağlayır. Əvvəlcə, bir halqa əmələ gəlir: bu, yuvanın girişidir. Daha sonra isə dimdiyini məkik kimi istifadə edib yarpağın liflərini digər liflərin üzərindən və altından sıra ilə keçirir. Toxuyarkən eyni zamanda hər lifi nə qədər çəkməli olduğunu da hesablamalıdır. Çünki əgər lif boş toxunsa, yuva dərhal dağılar. Həmçinin yuvanın son halını zehnində canlandırmalıdır ki, divarların formasını, genişliyini, darlığını əvvəlcədən planlamış olsun.

Girişi tamamladıqdan sonra yuvanın divarlarını toxumağa başlayır. Bu zaman başıaşağı durur və iç tərəfdən işinə davam edir. Dimdiyi ilə bir lifi digərinin altına salır və sonra həssas bir şəkildə çöldə qalan ucunu tutur və möhkəmcə dartır. Beləcə olduqca nizamlı şəkildə yuvasını toxuyur. Toxucu quşların bunları təsadüfən həyata keçirmələri, əlbəttə ki, mümkün deyil. Bu canlılar çox şüurlu şəkildə və müəyyən bir məqsədlə Allahın ilhamı ilə hərəkət edirlər. Bir ayədə belə bildirilir:

Məgər göylərdə və yerdə olanların, həm də qanad açıb uçan quşların Allaha təriflər dediklərini görmürsənmi? Hər biri öz duasını və həmd-sənasını bilir. Allah onların nə etdiklərini bilir. (Nur surəsi, 41)

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.