www.derinbilgiler.net » Məqalələr » İmani » Amerika, müdafiəsində gürzələri nümunə alır

 
 
 


Amerika, müdafiəsində gürzələri nümunə alır

Müəllif: Admin Tarix 24-09-2017, 06:17, Baxılıb: 29

0
Amerika, müdafiəsində gürzələri nümunə alır

Pit adlı çuxur orqanları olan, eyni zamanda "Pit Viper" olaraq adlandırılan ilanlar "gürzə ilanları" kimi tanınır. Texas Universitetinin Elektrik və Kompüter Mühəndisliyi şöbəsinin professoru Dr. Con Pirs, pit gürzələri olaraq tanınan çökükbaş ilanları araşdırmışdır.

Aparılan araşdırmalarda bu ilanların gözlərinin qarşısında olan və çox sayda sinir ehtiva edən kiçik çuxurların istiqanlı ovların yerlərinin müəyyən edilməsində istifadə edildikləri ortaya çıxmışdır. Pit adlanan çuxur orqanlarında olduqca kompleks istilik-qəbul edici sistemi mövcuddur. Bu sistem elə həssasdır ki, metrlərlə uzaqdakı bir siçanı zülmət qaranlıqda belə aşkar edə bilər .

Tədqiqatçılar gürzənin təsbit və məhv mexanizminin sirlərini tapdıqlarını, ilanın tətbiq etdiyi üsulların ölkənin düşmən mərmilərdən qorunmasında tətbiq oluna biləcəyini düşünürlər. Bununla yanaşı, təhlükəli vəzifələrdə uçuş edən pilotların da düşmən silahlarından qaçmalarına kömək edən sistemlər inkişaf etdiriləcəkdir. Dr. Con Pirs, "Hava Qüvvələri bioloji sistemi təqlid edərək, daha yaxşı bir mərmi detektor hazırlaya biləcəkmi?" sualını gündəmə gətirir. Bundan əlavə, bu məqsədlə icra etdiyi işlərdə ilanın həssaslığına çatmaqda olduqca çətinlik çəkdiyini da belə izah edir:

"Biz, əsasən ilanın orqanının həssaslığını nümunə götürürük. Sinir xəbərdarlıqlarını ölçə bilərsiniz, lakin problem bu xəbərdarlıqların nə ifadə etdiyidir. Bunu bizə söyləməsi üçün ədədi bir model istifadə edirik: Orqana dəyən infraqırmızı nə qədər çoxdursa, o qədər çox sinir xəbərdarlığı olur."

İlanın pit orqanında qan damarları və sinir düyünləri baxımından zəngin olan çox incə bir pərdə vardır. Elm adamlarının araşdırma apara bilməsi üçün bu pərdənin yaydığı siqnalların sakitləşdiyi bir zamanı tutmaları lazımdır. Amma bu pərdə elə həssasdır və reaksiyalarındakı müxtəliflik də o qədər qısa müddətlidir ki, siqnalları tutub bunlar üzərində çalışmaq olduqca çətindir. Pit orqanının funksiyasını anlamaq üçün dəqiq ölçmə və mikro-qrafik şəkillər üzərində işləmək lazımdır.

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.