www.derinbilgiler.net » Məqalələr » İmani » Öz ağırlıqlarının 5000 misli qədər yük daşıya bilən qarışqalar

 
 
 


Öz ağırlıqlarının 5000 misli qədər yük daşıya bilən qarışqalar

Müəllif: Admin Tarix 21-09-2017, 02:38, Baxılıb: 34

0
Öz ağırlıqlarının 5000 misli qədər yük daşıya bilən qarışqalar

Qarışqalar kiçik bədənə sahib olsalar da, öz ağırlıqlarının 5000 misli qədər yük daşıya bilirlər. Bəs bunu necə bacarırlar?

Aparılan müşahidə və təcrübələr nəticəsində qarışqaların bu qeyri-adi gücünün arxasında biomexanikanın sirri olduğu ortaya çıxmışdır. Məlum olmuşdur ki, qarışqaların öz çəkisindən dəfələrlə ağır yük daşımasındakı əsas rol oynayan faktor kompleks sistemə malik olan boyun oynaqlarıdır.

Ohayo Dövlət Universitetinin mühəndisləri qarışqa boynunun gücünü daha yaxşı anlamaq üçün canlının daxili və xarici quruluşunun üçölçülü modellərini hazırladılar. Bunun sayəsində “formica exsectoides” adlı qarışqanın mexaniki funksiyaları, quruluşu və təşkil olunduğu maddələr arasındakı əlaqəni araşdırdılar.

Aşağıdakı şəkildə də göründüyü kimi, qarışqanın baş və döş bölgəsinin sərt xarici qabığını yumşaq toxumadan təşkil olunan bir oynaq birləşdirir. Qida və ya başqa bir cisim daşıyarkən yükün bütün ağırlığı qarışqanın boyun oynağının üzərinə düşür. Boynundakı bu oynaq düz formada olduqda qarışqanın fiziki gücü maksimuma çatır. Mexanika və aerokosmos mühəndisi, dosent Karlos Kastro bunu belə izah edir: "Ağırlıq ağızla qaldırılır, boyun oynağından döş bölgəsinə ötürülür və ayaqlarının aşağı hissəsində paylanır".

Öz ağırlıqlarının 5000 misli qədər yük daşıya bilən qarışqalar


Bu mükəmməl sistemdən istifadə edilməsi yüngül robot texnologiyası və cihazların təkmilləşdirilməsində böyük inkişafa yol aça bilər. Kiçik bir qarışqanın bədənində bu cür qabaqcıl texnologiyanın mövcud olması və hər qarışqada bu sistemin qüsursuz fəaliyyət göstərməsi bütün digər canlılar kimi qarışqaların da aləmlərin Rəbbi olan Allahın nəzarətində olduğunun dəlilidir.

“Mən Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, (Allah) onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir”. (Hud surəsi, 56)

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.