www.derinbilgiler.net » Məqalələr » İmani » Allah bitki toxumlarını qoruyan xüsusi sistemlər yaradıb

 
 
 


Allah bitki toxumlarını qoruyan xüsusi sistemlər yaradıb

Müəllif: Admin Tarix 19-09-2017, 04:54, Baxılıb: 39

0
Allah bitki toxumlarını qoruyan xüsusi sistemlər yaradıb

Bağınızdakı meyvə ağacları, evinizin pəncərəsindən görünən şam meşəsi və ya avtomobillə gedərkən yol kənarında gördüyünüz çinarlar haqqında düşünmüsünüzmü?

Bu bitkilərin necə əmələ gəldiyini, hansı mərhələlərdən keçərək ağaca çevrildiyini bilirsinizmi?

Toxumlar, əsasən, toxum qabığı, ehtiyat qida maddəsi və rüşeymdən ibarətdir. Lakin quruluşları eyni olsa da, toxumlar ehtiyat qida maddəsinin miqdarına, xarici qabığının növünə, qalınlığına, meyvəsinin forma və dadına görə bir-birindən çox fərqlənir. Toxumların xarici qabığı bitkinin növündən və yetişdiyi mühitdən asılı olaraq müxtəlif formada, rəngdə və tərkibdə olur.

Toxumların xarici qabıqlarının maraqlı xüsusiyyətləri var

Toxumun içindəki rüşeym çox mühümdür. Buna görə də yeni bitki tam inkişaf edənə qədər rüşeymi toxumun xarici qabığı qoruyur. Toxum mühitin mənfi təsirlərindən xarici qabığı təşkil edən maddənin dözümlülüyü nisbətində qorunur. Bundan əlavə, toxumların suyun üzərində durmasında, eləcə də küləklə yayılmasında qabığı təşkil edən maddələr xüsusi rol oynayır.

Bəzi xarici qabıqlar düşmənləri uzaqlaşdırmaq üçün acı maddə ilə örtülü olur:

Bəzi toxumların xarici qabığı “tanin” adlı maddə ilə zəngindir. Bu, toxumların çürüməsinin qarşısını alır. Bir çox bitki növündə toxumun qabığı jeleyə bənzər maddə ilə örtülü olur. Zülallar və kompleks şəkərlərin birləşməsindən ibarət olan bu jeleyə bənzər maddə su ilə qarışanda asanlıqla şişməyə başlayır. Beləliklə, toxum nəmli maddələrə rahatlıqla yapışır. Toxumun bu xüsusiyyəti cücərmə zamanı əhəmiyyətli rol oynayır.

Toxumların qoruyucu xarici qatları (toxum qabığı) çox vaxt olduqca bərk olur:

Toxum bu xüsusiyyəti sayəsində xarici amillərin mənfi təsirindən qorunur. Məsələn, son inkişaf mərhələsi zamanı bəzi toxumların xarici səthində möhkəm mumlu bir qat yığılır. Toxumlar bunun vasitəsilə su və qaz təsirinə qarşı dözümlü olur. Toxum qabıqları bitkinin növündən asılı olaraq müxtəlif tərkibdə olur. Paxla dənəsindəki kimi nazik pərdə formasında və ya albalı dənəsindəki kimi oduna bənzər bərk qabıq quruluşunda da ola bilir. Suya dözümlü toxumların qabıqları isə digərlərinə nisbətən daha bərk və qalın olur.

Toxumların möhtəşəm quruluşu ilə bağlı gündəlik həyatda tez-tez rastlaşdığımız paxla ləpəsini nümunə verək

Paxla ləpəsi növündən asılı olaraq bir və ya iki qabıqla örtülüdür. Bu qabıqlar toxumu eynilə palto kimi soyuq hava, quraqlıq və xarici mühitin digər çətinliklərindən qoruyur. Toxum qabığı, eyni zamanda xarici mühitlə mübadilənin baş verdiyi hissədir. Qısası, toxumun inkişafında qabıqlar əhəmiyyətli rol oynayır.

Paxla ləpəsinin qoparıldığı hissədə oval iz olur. Bu, ləpənin, yəni toxumun ana bitkiyə bağlandığı hissədir. Diqqətlə araşdırsaq, burada “mikropil” adlanan kiçik dəlik olduğunu görərik. Bu dəliyi körpələrdəki göbək bağına bənzətmək olar. Bu xüsusi keçiddən yumurtacığın içərisindəki dişi çoxalma hüceyrəsinin mayalanmasında iştirak edən borucuq keçir. Həmçinin su da bu dəlikdən keçərək toxumun cücərməsini təmin edir.

• Hər toxum qabığının qalınlığı bitkinin növünə görə fərqlənir:

Bitkinin yetişdiyi mühit toxum qabığının inkişafı üçün ən əlverişli şəraitdir. Nə çox qalın, nə də çox nazik olur. Qabığı çox qalın olan toxum hər cür şəraitə dözümlüdür, lakin həddindən artıq qalın qabıq rüşeymin çölə çıxmasında çətinlik yaradır. Nazik qabıq isə bir çox xarici amillərin mənfi təsirinə tez məruz qala bilir. Buna görə də bütün toxum qabıqları olduqları mühitin şəraitinə uyğun qalınlığa malikdir.

Heyvanlarla daşınan toxumların qabıqları isə diqqətini çəkdiyi heyvanların rahatlıqla yara bildiyi xüsusiyyətə malikdir. Lakin bu qabıqlar bütün toxum yeyən canlıları cəlb etməyəcək quruluşdadır.

Bitki toxumları Uca Allahın qüsursuz sənətinin nümunələrindən biridir

Bütün toxumlar iqlim və mühit şəraitindən aslı olaraq içindəki maddələrin miqdarından tərkibinə və qoruyucu qabığına qədər fərqli xüsusiyyətlərə sahib olur. Bəs bu müxtəlifliklər necə meydana gəlir?

Bu sualın cavabı ilə bağlı təkamül nəzəriyyəsini müdafiə edən kitablara baxdıqda qəribə situasiya ilə qarşılaşırıq. Təkamülçülər “niyə?”, “necə?” kimi suallara cavab verməkdənsə, üstüörtülü ifadələrlə gözdən pərdə asmaq üsullara əl atırlar.

Toxumların təsadüf iddiaları ilə əsla açıqlanmayan quruluşları göz qabağındadır. Əlbəttə ki, bu dizayn şüursuz təsadüflərin nəticəsində və ya hər hansı başqa səbəbdən ortaya çıxmayıb. Toxumlardakı qüsursuz quruluş sonsuz ağıl və üstün güc sahibi olan Allaha aiddir. Bitkilər dünyasında hər an qarşılaşdığımız bu ağıl onların üstün güc sahibi olan Allah tərəfindən yaradıldığının açıq dəlilidir:

Göydən suyu endirən Odur. Bu, həm sizin içməyiniz, həm də içində (mal-qaranızı) otardığınız (otların bitməsi) üçündür. (Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 10-11 )

Toxumların fərqli ölçülərdə olmasının mühüm səbəbləri var

Hər bitkinin toxumu fərqli ölçüdə olur. Məsələn, suda uzunmüddətli səfərə çıxan kokos (hind qozu) toxumları ən böyük toxumlardan biridir. Belə böyük olması səfər zamanı kifayət qədər qida yığmalarına imkan verir. Orxideyaların isə çox kiçik toxumları var. Onlar torpaq, işıq və nəm baxımından ən uyğun mühitdə yetişən həssas bitkilərdir. Buna görə də orxideyalar külək vasitəsilə rahatlıqla uçacaq qədər kiçik ölçüdə və ən uyğun yerlərə yayılacaq miqdarda toxum hazırlayırlar. Bir orxideya çiçəyi milyonlarla toxum hazırlayır. Göründüyü kimi, toxumların ölçüləri də bitkilərdəki digər xüsusiyyətlər kimi Rəbbimiz tərəfindən xüsusi məqsədlə yaradılıb:

Göydən su endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, ondan yaşıl otlar bitirir, onlardan da üst-üstə düzülmüş dənələr çıxarırıq. Xurma ağacının tumurcuqlarından, sallanmış salxımlar yetişir. (Biz həmçinin) üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar (ağacları da yetişdiririk). Bar verdiyi və yetişdiyi zaman onların meyvəsinə baxın. Şübhəsiz ki, bunlarda iman gətirən adamlar üçün dəlillər vardır. (Ənam surəsi, 99)

Toxumlar aid olduğu bitkinin bütün məlumatlarına sahibdirlər

Bitkidə çoxalma prosesinin başlamasından sonra əmələ gələn toxum uyğun şəraitin yaranması ilə cücərməyə başlayır. Toxumları bir-birindən ayıran mühüm xüsusiyyətləri var. Toxum aid olduğu bitkinin hər budağı, yarpağı, bu yarpaqların forması, sayı, xarici qabığının hansı rəngdə və qalınlıqda olacağı, qida və su daşıyan borularının sayı, genişliyi, neçə metr yüksələcəyi, meyvə verib-verməyəcəyi, verəcəksə, bu meyvələrin dadları, qoxuları, formaları, rəngləri haqqında, yəni bitkiyə aid olan bütün məlumatlara sahibdir.

Bu günə kimi toxumla çoxalan hər bitkidə bu məlumatlar mövcud olub. Əlbəttə, bu məlumatları toxumun içinə yerləşdirən hər şeyin Yaradıcısı olan Allahdır.

Bitkilər dünyası

Kiçik bir toxumun içinə bu qədər məlumatın yerləşdirilməsi və toxumların digər xüsusiyyətləri iman gətirənlər üçün Allahın bənzərsiz yaratma sənətinə aid nümunələrdir. İmanlarını artıran və onları Rəbbimizə yaxınlaşdıran vəsilədir. Allah hər şeyə qadir olduğunu minlərlə səhifəlik məlumatı kiçik toxumlara yerləşdirərək və tayı-bərabəri olmayan müxtəlif növ bitkiləri bu kiçik cisimlərdən çıxararaq bir daha sübut edir. Toxumlardan bitkiləri çıxardan yalnız Allahdır. Bu həqiqət ayələrdə belə bildirilir:

Əkdiyinizi gördünüzmü? Onu siz bitirirsiniz, yoxsa Biz bitiririk? Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də heyrətə gələrdiniz. (Vaqiə surəsi, 63-65)

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.