www.derinbilgiler.net » Məqalələr » İmani » Arılardan ilhamlanaraq hazırlanan proqram

 
 
 


Arılardan ilhamlanaraq hazırlanan proqram

Müəllif: Admin Tarix 5-09-2017, 13:46, Baxılıb: 47

0
Arılardan ilhamlanaraq hazırlanan proqram

Arılar möhtəşəm inşaat mühəndisləri olmaqla yanaşı, həm də öz sosial həyatları və aralarındakı ünsiyyətlə elm adamlarını heyrətə gətirən canlılardır.

On minlərlə arının pətəkdə nizam-intizamı necə təmin etməsi, qaranlıqda necə xəbərləşməsi, necə sürətlə və rahatlıqla ən məhsuldar qida mənbələrini tapa bilməsi hələ də araşdırılan bir mövzudur.

Yem axtaran kəşfiyyatçı arılar çox zaman uzaqlara gedərək böyük sahələri araşdırırlar. Yeni bir qida mənbəyi tapdıqda isə sürətlə pətəyə qayıdaraq koloniyaya xəbər verirlər. Qısa müddət ərzində koloniyanın digər üzvləri yolu qətiyyən səhv salmadan, çox sürətlə və asanlıqla qida mənbəyinə çatırlar.

Kar olan və bir-biriləri ilə səsli ünsiyyət qura bilməyən arılar elm adamlarını son dərəcə təəccübləndirən bir üsulla xəbərləşirlər. Onlar tapdıqları qidanın yerini “rəqs edərək” digərlərinə bildirirlər. Qida mənbəyinin pətəyə olan uzaqlığı, səmti, məhsuldarlığı, günəşin düşmə bucağı, qida mənbəyinin günəşə görə mövqeyi və hələ saya bilmədiyimiz bir çox məlumat bu rəqsdəki titrəşmələrdə gizlidir.

Aparılan təcrübələrdə qida mənbəyini kəşf edərək pətəyə qayıdan arıların fasiləsiz olaraq titrəmə və rəqsi hərəkət etdikləri müşahidə edilmişdir. Lakin bir arının rəqsi ilə bütün pətək hərəkətə keçmir. Əvvəlcə bir qrup arı sahədə kəşfiyyata çıxır və əgər oradakı arılar da rəqs edirsə, bu zaman daha çox arı hədəfə yönəlir. Tapdıqları mənbənin nə dərəcədə yaxşı olmasından asılı olaraq, daha uzun müddət rəqs edir və ətraflarına daha çox arı toplamış olurlar. Beləcə arı koloniyasının bal toplayan dəstəsinin diqqəti daim ən məhsuldar qida mənbəyinə tərəf yönəlir.

Firmalardan biri arıların bu xüsusiyyətlərini əsas alaraq yükdaşıma şirkətlərinin ən əlverişli və qısa yolu seçmələrini təmin edən proqram hazırlamışdır.

FedEx və UPS kimi firmalar onillərdir ki, milyonlarla dollar pul xərcləyərək bu marşrutları müəyyənləşdirəcək sistemlər hazırlamağa çalışırlar. Bu sistemləri hazırlayarkən təkcə yolları nəzərə almaqla qalmır, eyni zamanda müştəriyə müəyyən bir müddət ərzində çatdırılmalı olan göndərişləri və bir yük maşınına nə qədər əşyanın sığışa bilməsi kimi faktorları da düşünməli olurlar. Bu hesablamaları apara bilmək üçün məsul şəxslər hər səhər iki-üç saat xəritəyə baxaraq, xətaya yol vermədən yük maşınlarını ünvanlarla tutuşdurmağa çalışırlar.

“Routific” adlı firma arılardan ilhamalaraq hazırladığı alqoritmlə 40% zamana və enerjiyə qənaət etmişdir.

Yaradılan proqram arıların çiçəklərə çatmaq üçün ən uyğun marşrutu taparkən istifadə etdikləri “arı alqoritmi”nə əsaslanır. Proqram ən uyğun görünən yolu seçir və bu vəziyyət eynilə arıların uyğun gördükləri yerləri bildirərkən daha sürətlə titrəmələrinə bənzəyir. Arılar qətiyyən xətaya yol vermədikləri halda, proqram isə heç də həmişə ən yaxşı yolun seçilməsini təmin edə bilmir, çünki ən yaxşı yolu hesablamaq günlərlə vaxt tələb edir. Lakin ən azından çox qısa bir zamanda tapıla biləcək ən yaxşı yolu təyin edə bilirlər.

"Routific"in qurucusu olan Marc Kuo “əgər 57 dayanacağınız varsa, 1057 fərqli kombinasiya ehtimalı vardır” deyir. “Bu say 1-in yanına 57 sıfır qoymaqla yaranır. Bəsit bir alqoritm ilə bütün mümkün kombinasiyaları qarışdırırıq və ən yaxşısını seçirik. Adətən bunu kompyuterdə hesablamaq aylar olmasa da, günlərlə çəkir.”

Arılar isə sanki fizika və riyaziyyat mütəxəssisləri kimi həm bucaq ölçür, həm günəşin düşməsinə görə məsafə hesablayır, həm də heç danışmadan və gözləmədən bunu digər arılara bildirə bilir. Arıların bütün bu əməliyyatları şüurlu şəkildə yerinə yetirə bilməyəcəkləri aydındır. Böyük olan Allah hər arını var olduğu andan etibarən bu məlumatları anlayacaq və anladacaq xüsusiyyətlərlə yaratmışdır. Allahın Quranda bildirdiyi kimi, arılar Allahın ilhamı ilə hərəkət edirlər.

Rəbbin bal arısına belə vəhy etdi (təlqin etdi): Dağlarda, ağaclarda və insanların qurduqları çardaqlarda özünə evlər tik (pətəklər sal). Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə asanlaşdırdığı yollarla get. O arıların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxar. Şübhəsiz ki, bunda da düşünüb dərk edənlər üçün bir ibrət vardır. (Nəhl surəsi, 68-69)

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.