www.derinbilgiler.net » Məqalələr » İmani » Ağaclar bizə nəyi düşündürür?

 
 
 


Ağaclar bizə nəyi düşündürür?

Müəllif: Admin Tarix 4-09-2017, 06:16, Baxılıb: 77

0
Ağaclar bizə nəyi düşündürür?


Çox hündür bir ağacın ən yuxarısında olan budağındakı sonuncu yarpağa qədər suyun necə çatdığını heç düşünmüsünüz?

Yaşadığınız binanın zirzəmisindəki anbarda olan su hidrofor və ya hər hansı bir motor olmadan yuxarı mərtəbələrə qalxa bilməz. Ağaclarda da buna bənzər güclü nasos sistemi mövcuddur.

Allah hər bir ağacı lazımi sistemlərlə birlikdə yaratmışdır. Bir çox ağaclardakı nasos sistemi evlərdə istifadə edilənlərdən dəfələrlə üstündür.

Bitkilər yaşamaq üçün fotosintez prosesini yerinə yetirməlidirlər. Bunun üçün də torpaqdakı suya və minerallara ehtiyacları var. Ağacların kökləri torpağın altında şəbəkə formasında yayılaraq su və mineralları sürətlə sorurlar. Köklər nazik olsa da, tonlarla ağırlığı olan ağacların torpaqda möhkəm dayanmalarını təmin edir. Köklərin torpağı saxlama xüsusiyyəti çox vacibdir. Çünki bunun sayəsində torpaq sürüşmələrinin və torpağın məhsuldar olan üst qatlarının yağışlar nəticəsində yuyulmasının qarşısı alınır.

Köklər suyu torpaqdan çəkərkən heç bir vasitəyə ehtiyac duymur. Onların bu prosesi həyata keçirən motorları yoxdur. Su və mineralları metrlərlə uzunluğu olan gövdəyə daşıyan texniki vasitələri də mövcud deyil. Bəs köklər geniş sahəyə yayılaraq bu işi necə bacarırlar?

Torpağın dərinliklərinə yayılan köklər bitkinin ehtiyacı olan suyu, eləcə də mineralları gövdə və budaqlar vasitəsilə yarpaqlara çatdırırlar. Köklərin torpaqdakı suyu sormaları zondlama üsuluna bənzəyir. Kök ucları torpaqdakı suyu tapana qədər torpağın dərinliklərini axtarmağa davam edir. Su ağacın kökünə, əvvəlcə xarici qılafından və əmici tellərdən daxil olur. Daha sonra isə hüceyrənin daxilindən və hüceyrə membranından gövdə toxumasına keçir. Buradan da bitkinin hər tərəfinə paylanır.

Ağaclar çox mürəkkəb olan bu prosesi qüsursuzca yerinə yetirirlər. Texnologiya və kosmik əsrdə yaşadığımıza baxmayaraq, bu sistemin sirri hələ də açılmayıb. Ağaclardakı hidrofor sistemi təqribən iki əsr əvvəl kəşf edilmişdir. Lakin su yerin cazibə qüvəsinin əksinə hərəkət etsə də, bunu açıqlayan heç bir qanun aşkar olunmayıb. Alimlər bu mövzuda sadəcə müxtəlif nəzəriyyələr irəli sürürlər. Ağaclardakı qüsursuz hidrofor sistemi elm adamlarının səyləri nəticəsində aşkar edilmişdir. Bu cür mükəmməl sistem Allahın üstün ağlını göstərən dəlillərdən biridir. Ağaclardakı daşıma sistemlərini də hər şeyi yoxdan var edən Allah yaratmışdır.

İnsan varlıq aləmindəki bütün yaradılış möcüzələrini görmək üçün səy göstərməlidir. Çünki bunun sayəsində Allahı daha yaxşı tanıyacaq, Onun böyüklüyünü və üstünlüyünü lazımi kimi təqdir edə biləcəkdir. Allah Quranda belə buyurur:

Onunla sizin üçün əkin, zeytun, xurma, üzüm və bütün meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda dəlillər vardır! (Nəhl surəsi, 11)

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.