www.derinbilgiler.net » Məqalələr » İmani » Haramların halal sayılması

 
 
 


Haramların halal sayılması

Müəllif: Terish Tarix 3-05-2017, 12:29, Baxılıb: 113

0
Haramların halal sayılması


Haram olmasına baxmayaraq, insanlar bu gün fahişəlik, qumar, içki, faiz, rüşvət kimi əməllərdən əl çəkmirlər və bu, getdikcə daha da artır. Bu haram əməlləri edənlər təriflənir və harama daha çox təşviq olunurlar. Haramdan uzaq duranlar isə təhqir edilir və alçaldılır. Statistikalara görə, bu vəziyyət gündən-günə daha da pisləşir. Bir neçə on il ərzində sürətlə yayılan, insanların halala- harama diqqət yetirmədiyi, hər cür azğınlığın məqbul sayıldığı həyat tərzi hədislərdə bəhs edilənlərin gerçəkləşdiyini göstərir. Hz. Mehdinin çıxış əlaməti olan bu qaranlıq mühit hədislərdə belə təsvir edilir:

Bir fitnə baş verər, ardınca digər fitnələr törədilər. Birincilər sonuncuların qılıncla döyüşə geri dönməsini təmin edər və bundan sonra bütün haramların halal sayılacağı bir fitnə yayılar. Sonra da xəlifəlik yer üzünün ən xeyirlisi olan Mehdiyə evində oturduğu halda gələr.(Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 26)

Küfr hər yerə hakim olmadıqca və insanlar arasında yayılmadıqca Mehdi zühur etməz. Həmin vaxtda baş verənlər isə… küfrün istilasıdır. Onun hakimiyyətinin nəticəsidir. (Məktubatı Rəbbani, 2-259)

Hz. Mehdi bütün haramların halal sayıldığı böyük bir fitnədən sonra çıxacaq. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 23)

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş