www.derinbilgiler.net » Məqalələr » İmani » Hər mövzuda Allaha etibar edən insan ən güclü insandır

 
 
 


Hər mövzuda Allaha etibar edən insan ən güclü insandır

Müəllif: Terish Tarix 25-08-2016, 06:30, Baxılıb: 617

0
Hər mövzuda Allaha etibar edən insan ən güclü insandır


İnsanların ən çox ehtiyac duyğu şeylərdən biri də “etibar”dır. Etibar edəcəyi dostunun olması, etibarlı övladlarının olması, etibarlı, təhlükəsiz yerdə yaşaması və s. insanın qəlbinə çox rahatlıq verir. Biz özümüzə dost, həyat yoldaşı seçərkən də, xüsusən, bir insanda etibar axtarırıq: bizi heç tərk etməsin, yaxşı günümüzdə, pis günümüzdə yanımızda olsun, bizi dəstəkləsin, o insanın ağlına güvənək, bizə çətin zamanlarda yol göstərsin, bir sözlə, hər zaman arxalanacağımız insan olsun. Bu məqalədə sizin də, dünyada bütün insanların da güvənəcəyi ən etibarlı Dostdan – Allahdan bəhs etmək istəyirəm.

Gəlin həyatımıza bir nəzər salaq: heç yoxdan Allah bizi ana bətnində yaradıb, dünyaya gətirib, böyüyüdüb. Bizi dünyaya gətirən də, yedirən də, içirən də, hər gün yuxuya aparıb, sonra yenidən canımızı bizə qaytaran da, hər gün bildiyimiz və bilmədiyimiz sonsuz nemətləri bəxş edən də Allahdır. İnsan bir neçə saniyə dərindən düşünəndə Allahın varlığının çox açıq olduğunu görüb anlayacaq. Məsələn, sizə bir iman həqiqətinini misal çəkmək istəyirəm. Yetişkin insan ürəyi gündə 9 min litr qanı uzunluğu 100 min km. olan qan damarlarına nasoslayır. Bəli, bu proses hər gün sizin də, dünyadakı bütün insanların da bədənində baş verir. Bu proseslər kimi milyonlarla mürəkkəb proseslər baş verir, ancaq bir çoxumuz bundan xəbərdar deyilik. Bəs düşünmüsünüzmü, bunları sizə edən kimdir? Bədənizdəki yüz trilyon hüceyrəyə nəzarət edən kimdir? Əlbəttə, sonsuz güc, qüvvət və lütf sahibi Allahdır. Allahın varlığını bilən insan özünü də bilir, dünyaya niyə gəldiyini, yaradılış məqsədini də dərk edir. Bu yaradılış məqsədi də Allahın rizasını qazanmaqdır.

Bəs Allaha güvənmək nədir? Allaha güvənmək sonsuz ağıl sahibi olan Allahın hər şeyi xeyir və hikmətlə yaratdığına əmin olub Onun ağlına təslim olmaqdır, Allahı özünə dost, vəli, sevgili bilməkdir. Dostdan gələn hər şeyin ən gözəl və ən xeyirli olduğunu bilmək, Ondan əmin olmaqdır. Allah bir ayədə belə buyurur: “Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır” (Saffat surəsi, 96). Ayədə də buyrulduğu kimi, hər işi edən Allahdır. Bir insan hər işi edənənin Allah olduğu qənaətində olsa – o Allah ki ədalətlidir, yaratdığı hər şeydə xeyir vardır, insana dözə biləcəyindən artıq yük yükləməz – əsla sıxıntıya düşməz. Məhz Allaha güvənmək də budur. Məsələn, bəzən həyatınızda elə hadisə ola bilər ki, o sizin heç istəmədiyiniz haldır və bu halı yaşamaq sizi narahat edə bilər. Ancaq o hadisələrdəki hikmətləri görsəniz, Allaha güvənsəniz, görərsiniz ki, yaşadığınız hadisə mənfi kimi də görünsə də, sizin üçün nə qədər xeyirlərlə doludur. Bir ayədə buyurulduğu kimi:

Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz. (Bəqərə surəsi, 2016)

İmanın ən mühüm göstəricilərindən biri də Allaha güvənmək və Ona təslim olmaqdır. Hər şeyin Allahın idarəsi altında olduğunu bilən insan üçün “mənfi” görünən heç bir hal yoxdur. Bəzən nəfsinə ağır gələn hadisə ilə qarşılaşan mömin o hadisədə səbir edər, Allah da o hadisəni gözəl nəticələndirər. Odur ki, bizə düşən Allaha güvənmək, Ona təslim olmaq və Allahın yaratdığı hadisələrdəki xeyirləri düşünməkdir. Beləliklə, sonsuz güc sahibi Allaha güvənmək də güclü, sarsılmaz əxlaq nəsib edir.

Xəyalə Səfərova

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş