www.derinbilgiler.net » Məqalələr » İmani » Allah şükür edənlərin nemətini artırır

 
 
 


Allah şükür edənlərin nemətini artırır

Müəllif: Terish Tarix 27-07-2016, 14:18, Baxılıb: 974

0
Allah şükür edənlərin nemətini artırır


İnsanlar həyatı boyu hər an Allaha möhtacdır. Aldığı havadan yediyi yeməyə qədər, hərəkət etməyindən danışmağına və gülüb sevinməyinə qədər hər şey üçün Allaha möhtac şəkildə yaşayır. Lakin insanların əksəriyyəti acizliyini və Allaha möhtac olduğunu anlamırlar. Onlar hər şeyin öz-özünə olduğunu və sahib olduqları nemətlərə öz zəhmətlərinin bəhrəsi kimi baxırlar. Bu həm böyük yanlışlıq və həm də Allaha qarşı böyük nankorluqdur. Hədiyyə aldığı şəxsə belə necə təşəkkür edəcəyini bilməyən bu insanlar Allahın onlara verdiyi saysız-hesabsız neməti görməzlikdən gəlirlər. Halbuki Allahın hər insana verdiyi nemət saymaqla bitməyəcək qədər çoxdur. Allah bunu bir ayədə belə bildirir:

Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir. (Nəhl surəsi, 18)

Buna baxmayaraq, insanların böyük qismi şükür etmir. Bunun səbəbi ayələrdə bildirilir. İnsanları Allahın yolundan azdırmaq üçün and içən şeytan insanların şükür etməsini əngəlləyəcəyini demişdir. Şeytanın bu sözləri Quranda belə xəbər verilir:

“Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”. (Allah) buyurdu: “Oradan mənfur və qovulmuş halda çıx! Onlardan hər kəs sənin ardınca getsə, əlbəttə, cəhənnəmi sizin hamınızla dolduracağam”. (Əraf surəsi, 17-18)

Möminlər isə sahib olduqları hər nemət üçün nə qədər aciz və möhtac olduqlarını düşünərək Allaha şükür edirlər. Möminlər təkcə zənginlik, mal və mülk üçün Allaha şükür etmirlər. Hər şeyin sahibinin Allah olduğunu bilən möminlər səhhət, gözəllik, elm, ağıl, imanı sevmək, küfrü çirkin görmək, hidayət əhli olmaq, təmiz möminlərlə birlikdə olmaq və s. kimi şeylərdə də şükür edirlər.

Gözəl mənzərə gördükdə, işləri asan həll olduqda, gözəl söz eşitdikdə, sevgi və hörmət gördükdə və daha bir çox nemətlə üzləşdikdə Allaha şükür edirlər. Onun mərhəmətli, şəfqətli, Rəhman və Rəhim olduğunu düşünürlər.

AAllah onların bu əxlaqına qarşılıq olaraq Quranda bir sirr vermişdir. Bu sirr Allahın şükür edənlərə nemətini artıracağıdır. Məsələn, Allah səhhət və gücünə görə şükür edən müsəlmanın güc və sağlamlığını daha da artırır. Elm və mülkünə görə şükür edənlərə Allah daha çox elm və mülk verir. Bu, ona görədir ki, onlar Allahın verdiyi ilə kifayətlənirlər və sahib olduqları nemətlərə sevinib Allahla dost olurlar. Allah bu sirri Quranda belə bildirir:

O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”. (İbrahim surəsi, 7)

Şükür edənlərdən olmaq Allaha yaxınlığın və Ona olan sevginin göstəricisidir. Şükür edənlər daima hər hadisədə Allahın yaratdığı gözəllik və nemətləri görə bilirlər. İnkarçı və ya nankor insan ən gözəl mühitlərdə belə ancaq qüsur və çatışmazlıqları görür, buna görə, narahat olurlar. Allahın yaratmasının bir hikməti olaraq bu insanların qarşısına həmişə tərs kimi görünən hadisələr, gözəl olmayan görüntülər çıxır. Halbuki Allah gözəl və səmimi baxışa sahib insanlar üçün həmişə gözəllik və nemətləri artıraraq göstərir.

Göründüyü kimi, Allahın şükür edənlərə nemətini artırması Quranın sirlərindən biridir. Ancaq bunu unutmaq olmaz ki, şükür tam səmimi şəkildə edilməlidir. Allaha səmimi şəkildə yönəlib, Onun sonsuz şəfqətinin coşğusunu hiss edərək edilməyən və yalnız göstəriş olaraq dilə gətirilən şükür ifadəsi çox səmimiyyətsizlikdir. Sinələrdə gizli olanı bilən Allah buna da şahiddir. Belə insanlar Allahın ürəkdə olanları, insanların niyyətini, gizlinin gizlisini də bildiyini düşünmürlər. Rahat şəraitdə göstəriş üçün şükür edir, çətin anlarda isə asanlıqla nankorluq edirlər.

Bunu da unutmaq olmaz ki, səmimi möminlər ən çətin durumlarda belə şükür edirlər. Səthi düşünən insan möminlərin sahib olduğu nemətlərdə azalma müşahidə edə bilər. Lakin möminlər hər olayın və mühitin nemət yönünü gördükləri üçün bunda da bir xeyirin olduğunu bilirlər. Məsələn, Allah insanları bir az qorxu, aclıq və can və maldan əskiltmə ilə imtahan edəcəyini bildirir. Belə vəziyyətdə möminlər bunlara səbir etdiyi təqdirdə Allahın onları cənnət nemətləri ilə mükafatlandıracağını umaraq sevinir və şükür edirlər. Allahın onları heç bir zaman daşıya bildiklərindən artıq yükləməyəcəyini bilirlər. Buna görə həmişə şükür edənlərdən olmaq möminlərin əsas vəsfidir və Allah şükür edənlərə həm axirətdə, həm də dünyada nemətlərini artıracaqdır.

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş