www.derinbilgiler.net » Məqalələr » İmani » Ən gözəl ölüm

 
 
 


Ən gözəl ölüm

Müəllif: Terish Tarix 19-06-2016, 14:14, Baxılıb: 339

0
Ən gözəl ölüm


O kəslər ki, mələklər onların canlarını pak olduqları halda alıb: "Sizə salam" olsun, "etdiyiniz gözəl əməllərə görə cənnətə daxil olun", deyərlər (Nəhl surəsi, 32)

İman gətirənlər Allah'ın rızasına uyğun yaşadıqları üçün Allah`ın xüsusi dəstəyini, yardımını və himayəsini qazanmışlar. Allah onların pisliklərini örtəcəyini, onlara heç bir haqsızıq edilməyəcəyini bizlərə bildirir. Dünya həyatının əvəzinə, axirəti "satın alaraq", Qurani-Kərimdəki ifadə ilə "desək, gözəl bir alış-veriş" etmişlər və Allah onlardan, onlar da Allah'dan razı olmuşlar. Bəs bu insanların həyatının sonu necə olacaqlar? Allah'ın təqdir etdiyi ölüm anını necə yaşayacaqlar?

İstər iman gətirən, istərsə də Allah'ın ayələrini inkar edən bir insan harada və nə zaman öləcəyini qətiyyən bilməz. Bu həqiqət Loğman surəsində belə açıqlanır:

Həqiqətən, qiyamətin qopacağı vaxtı ancaq Allah bilir. Yağışı istədiyi vaxt göydən O yağdırır. Bətnlərdə olan doğulacaq uşağın oğlan, yaxud qız, xəstə və ya sağlam, xoşbəxt və ya bədbəxt, yaxşı və ya pis əməl sahibi olacağını O bilir. Heç kəs sabah nə edəcəyini, heç kəs harada öləcəyini bilməz. Allah isə şübhəsiz ki, hər şeydən xəbərdardır. (Loğman surəsi, 34)

Lakin ölümün möminlərə necə çatacağını, canlarının necə alınacağını, ölüm anında nələrin baş verəcəyini Qurandan öyrənmək imkanımız var. Quranda bizə bildirildiyinə görə, möminin ölümü çox yumşaq bir keçid, ani bir hal dəyişmə şəklində olacaq. Eynilə yuxu kimi, Allah'ın "bir növ ölüm halına saldığı insanın" (Zumər surəsi, 42) səhər oyanıb yeni günə başlaması kimi mömin də ölümü ilə bir anda "dünya" halından çıxacaq və "axirət" halına keçəcəkdir.

Allah bu sıxıntısız və rahat keçidi Naziat surəsinin 2-ci ayəsində vəzifəli mələklərə işarə edərək "(möminlərin canlarını) rahatlıqla alan" şəklində xəbər verir. Mələklər möminlərin canlarını almağa gəldikdə aralarında olan söhbət isə Nəhl surəsinin 32-ci ayəsində bu şəkildə bildirilir:

O kəslər ki mələkləri onların canlarını pak olduqları halda alıb: 'Sizə salam' olsun. Etdiyiniz əməllərə görə cənnətə daxil olun, deyərlər. (Nəhl surəsi, 32)

Başqa bir ayədə də möminlərin ölüm anı belə təsvir edilir:

Onları ən böyük qorxu məhzun etməyəcəkdir. Mələklər onları qarşılayıb: 'Sizə vəd olunan gün budur', deyəcəklər. (Ənbiya surəsi, 103)

Göründüyü kimi, dünyada gözəl bir həyatla yaşadılan möminin ölümü də gözəl və rahat olacaq, axirət həyatı mələklərin onu gözəl tərzdə qarşılaması ilə başlayacaq. O andan etibarən dünya ilə bütün əlaqələr kəsilir və insan Allah'ın hüzuruna çıxmaq üçün təyin edilmiş bir yerə yollanır. Bunun ardınca da mömini rahat və asan bir əbədi həyat gözləyir.

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.