www.derinbilgiler.net » Məqalələr » İmani » Quranda sülhsevərlik

 
 
 


Quranda sülhsevərlik

Müəllif: Terish Tarix 17-06-2016, 14:05, Baxılıb: 363

0
Quranda sülhsevərlik


Qurana əsasən müharibə yalnız zəruri hallarda müraciət olunan və mütləq müəyyən insani və əxlaqi sərhədlər daxilində tətbiq olunan "arzuolunmayan zərurət"dir. Bir ayədə yer üzündə müharibə başlayanların inkarçılar olduğu, Allah’ın isə müharibəni sevmədiyi belə açıqlanır:

…Onlar hər dəfə müharibə alovunu yandırdıqda Allah onu söndürər. Onlar yer üzündə fitnəkarlıq törətməyə səy göstərirlər. Allah isə fitnəkarları sevmir! (Maidə surəsi, 64)

Peyğəmbərimiz hz. Məhəmmədin (səv) həyatına baxdığımız zamana da döyüşün ancaq zəruri hallarda və müdafiə etmək məqsədli ilə müraciət edilən bir üsul olduğunu görürük.

Quranın Peyğəmbərimizə (səv) vəhyi tam 23 il davam etmişdir. Bunun ilk 13 ilində müsəlmanlar Məkkədəki bütpərəst nizamın içində azlıq olaraq yaşadılar və çox böyük təzyiqlərlə qarşılaşdılar. Bir çox müsəlmanlara fiziki işgəncələr edildi, bəziləri öldürüldü, çoxunun evi və malları yağmalandı, davamlı təhqir və təhdidlərlə qarşılaşdılar. Buna baxmayaraq, müsəlmanlar şiddətə müraciət etmədən yaşamağa davam etdilər və bütpərəstləri həmişə barışa çağırdılar.

Axırda, bütpərəstlərin təzyiqləri dözülməz bir həddə çatdığı zaman müsəlmanlar daha azad və dostyana bir mühitin olduğu Yesrib (sonradan Mədinə) şəhərinə hicrət edərək burada öz rəhbərliklərini qurdular. Öz siyasi strukturlarını bu şəkildə yaratdıqdan sonra belə, Məkkənin azğın bütpərəstlərinə qarşı silah istifadə etmədilər. Ancaq aşağıdakı ayənin vəhyindən sonra Peyğəmbərimiz (səv) ümmətinə döyüş üçün hazırlıq əmri verdi:

(Kafirlərin )vuruşa başladığı insanlara, (o kafirlərlə) (vuruşmağa) icazə verilmişdir. Çünki onlar zülmə məruz qalmışlar. Şübhəsiz ki, Allah onlara kömək etməyə qadirdir. Onlar ancaq “Rəbbimiz Allahdır”– dediklərinə görə haqsız yerə yurdlarından çıxarıldılar... (Həcc surəsi, 39-40)

Bir sözlə, Allah müsəlmanlara müharibə icazəsini, təzyiq və zülm gördükləri üçün vermişdir. Başqa sözlə, icazə verilən müharibə yalnız müdafiə etmə məqsədlilədir. Başqa ayələrdə isə müsəlmanlar lazımsız təhrik və ya lazımsız şiddətdən çəkinmələri üçün xəbərdar edilmişlər:

Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir. (Bəqərə Surəsi, 190)

Peyğəmbərimiz (səv) bütpərəstlərin bir çox tələbini qəbul edən sülh razılaşmasını (Hudeybiye Barışı) qəbul edərək, barış və təhlükəsizlik mühiti təmin etdi və bütpərəstlərlə sülh şəraitində yaşanacaq bir ictimai quruluş təsis etdi. Razılaşmağı pozan tərəf yenə bütpərəstlər oldu və bu vəziyyətdə yeni bir döyüş başladı. Amma, müsəlmanların sayının sürətlə artması nəticəsində İslam ordusu bütpərəst ərəblərin qarşısını ala bilməyəcəyi bir gücə çatdı və Peyğəmbərimiz (səv) bu güclü orduyla Məkkə üzərinə gedib şəhəri fəth etdi. Bu fəthdə qan axmadı, tək bir adamın burnu belə qanamadı. Peyğəmbərimiz əgər istəsəydi, şəhərdəki müşrik liderlərdən intiqam ala bilərdi. Lakin heç birinə toxunmadı və onları bağışlayaraq inanclarında sərbəst buraxdı. Bu yüksək əxlaqa heyran olan müşriklər daha sonra öz razılıqları ilə İslamı qəbul etdilər.

Hz. Məhəmmədin (səv) bu sülhsevər və mülayim siyasəti, Allah’ın Quranda bildirdiyi İslami əsaslardan qaynaqlanmışdır. Allah Quranda müsəlman olmayan kəslərə qarşı da yaxşılıqla davranmağı əmr edir:

Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir. Allah sizə ancaq sizinlə din uğrunda vuruşan, sizi diyarınızdan qovub çıxardan və çıxarılmanıza kömək edən kim­­sələrlə dostluq etmənizi qadağan edir...( Mumtəhənə Surəsi, 8-9)

Müsəlman qeyri-müsəlman insanlara qarşı da gözəl davranmalı, yalnız İslama düşmənlik göstərənləri özlərinə dost tutmamalıdır. Əgər düşmənlik göstərənlər müsəlmanların varlıqlarına qarşı hücum edərlərsə, bu bir döyüş səbəbi olsa belə, müsəlmanlar bu döyüşə də yenə ədalətli şəkildə başlayarlar. Hər cür vəhşilik, yersiz şiddətli rəftar, haqsız təcavüz qadağandır. Quranın başqa ayəsində Allah müsəlmanları bu mövzuda xəbərdar edir və düşmənlərinə qarşı bəslədikləri kinin onları ədalətsizliyə sürüməməli olduğunu xəbər verir:

Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Maidə Surəsi, 8)

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.