www.derinbilgiler.net » Məqalələr » İmani » Hədislərdə axırzaman

 
 
 


Hədislərdə axırzaman

Müəllif: Terish Tarix 9-06-2016, 13:53, Baxılıb: 282

0
Hədislərdə axırzaman


Axırzamanda hansı hadisələrin baş verəcəyi, hansı vəziyyətlərin ortaya çıxacağı Peyğəmbərimizin (s.ə.v) hədislərində heyrətamiz təfərrüatla xəbər verilmişdir və bu xəbərlərin hamısı bir-bir reallaşmışdır. Peyğəmbərimizin (s.ə.v) bundan 1400 il əvvəl xəbər verdiyi hadisələrin, hal-hazırda tam təsvir etdiyi şəkildə reallaşması, Allah'ın Peyğəmbərimizə (s.ə.v) lütf etdiyi möcüzədir. Hicri təqvimlə 1400-cü ildən etibarən, son 30 ildə Peyğəmbərimizinin (s.ə.v) bildirdiyi 150-dən çox hadisənin hər biri baş vermiş, yəni Peyğəmbərimizin (s.ə.v) 150-dən çox möcüzəsi, Allah'ın lütfüylə, reallaşmışdır.

Peyğəmbərimizin (s.ə.v) bu möcüzələrini ixtisarla qeyd etsək: tam Özünün dediyi şəkildə hicri təqvimlə 1400-cü ilin başlaması ilə birlikdə Fərat çayının suyu kəsilmiş, İran-İraq müharibəsi baş vermiş, Kəbədə qanlı basqın olmuş, Ramazan ayında 15 gün fasilə ilə Ay və Günəş tutulmaları olmuş, Əfqanıstan işğal edilmiş, İraq işğal edilmiş, Bağdad alovlara bürünmüş, Halley Kometası çıxmış, İraqın Küveyti işğalı əsnasında neft quyularının yandırılması nəticəsində Şərqdən böyük alov görünmüş, 11 sentyabrda ABŞ-dakı əkiz qüllələrin hücuma uğramasıyla tozlu-dumanlı, qaranlıq bir fitnə zühur etmiş, Şam və Misir başçıları öldürülmüş, Azərbaycan işğal edilmiş, iki quyruqlu və digər ulduzların tərs istiqamətində hərəkət edən Lulin kometası çıxmış və bu cür yüzlərlə əlamət öz təsdiqini tapmışdır. Bütün bu baş verənlər axırzamanda olduğumuzun, bu əsrdə Hz. İsanın (ə.s) yenidən dünyaya gələcəyinin, Hz. Mehdinin (ə.s) çağında yaşadığımızın dəlilidir.

Hədislərdə xəbər verildiyi kimi, Hz. Mehdi (ə.s) axırzamanda İslamı Quran əxlaqının özünə və Peyğəmbərimizin (s.ə.v) sünnəsinə qaytaracaq, dini bidətlərdən, xurafatlardan təmizləyəcək, dinsizliyi fikir mübarizəsiylə məhv edəcək, İslam aləmini birləşdirəcək.

Əbu Basir deyir ki, İmam Məhəmməd Baqir əleyhissalamın belə buyurduğunu eşitdim: "...Buyurdu ki: Hz. Mehdi (ə.s) qiyam etdiyində Rəsulullahın yoluyla gedəcək. YALNIZ O, (HZ. MEHDI (Ə.S)), RƏSULULLAHın ƏSƏRLƏRİNİ AÇIQLAYACAQ..." (Şeyx Məhəmməd b. İbrahimi Numani, Geybətil Numani s. 191)

Abdulla ibn Ata deyir ki, İmam Əbu Cəfəri Baqir əleyhissalama belə xitab etdim: BİZƏ QAİM ƏLEYHİSSALAMdan (HZ. MEHDİDƏN (Ə.S)) XƏBƏR VER... BUYURDU Kİ, RƏSULALLAHın YOLUNU İZLƏYƏCƏK: ƏVVƏLKİ ŞEYLƏRİ LƏĞV EDİB YENİ ŞEYLƏRLƏ GƏLƏCƏK." (Şeyx Məhəmməd b. İbrahimi Numanı, Gaybeti Numanı s. 216)

“Allahpərəstlik nəfspərəstliyə çevrildikdən sonra Hz. Mehdi (ə.s) gələcək və nəfspərəstliyi Allahpərəstliyə çevirəcəkdir. Quran, görüş və düşüncələrə uyğunlaşdırıldıqdan sonra Hz. Mehdi (ə.s) gəlib görüş və düşüncələri Qurana uyğunlaşdıracaq...“ (Nəhc-ül Bəlağə, Feyz’ül İslam nəşri, səh. 424, 425)

Rəsulullah (s.ə.v) buyurdu ki, Əhli Beytimdən adı adıma uyğun gələn bir adam (hz. Mehdi (ə.s)) başa keçəcək... DÜNYANIN ANCAQ BİR GÜNLÜK ÖMRÜ QALSA, ONUN (HZ. MEHDİNİN (Ə.S)) BAŞA KEÇMƏSİ ÜÇÜN ALLAH O GÜNÜ MÜTLƏQ UZADAR." (Sünen-i Tirmizi 4/92)

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş