www.derinbilgiler.net » Məqalələr » İmani » Mömin çoxluğa yox, Allahın rizasına tabe olar

 
 
 


Mömin çoxluğa yox, Allahın rizasına tabe olar

Müəllif: Terish Tarix 1-06-2016, 14:07, Baxılıb: 257

0
Mömin çoxluğa yox, Allahın rizasına tabe olar


Bəzi insanlar özləri kimi yalnış düşüncədə olan insanların varlığını irəli sürərək səhvlərini məqbul göstərməyə və vicdanlarını bu şəkildə rahatlatmağa çalışırlar. Bu, əslində, şeytanın ən bilinən üsullarından biridir. İnsanları pisliyə sövq edərkən ətraflarındakı insanlardan nümunələr göstərərək onları cəsarətləndirir, bu insanların da eyni düşüncədə olduğunu deyərək etdiyinin yalnış olmadığına inandırmağa çalışır. Əlbəttə ki, vicdanı insana doğrunu göstərir, ancaq nəfsini təmizə çıxaran insanlar şeytanın vəsvəsələrini bəhanə edirlər. Ətrafdakı insanların böyük əksəriyyətinin də həmin yanlış davranışı etməsi bu insanları cəsarətləndirir. Əslində, bu üsulun məsələni həll etməyəcəyini çox yaxşı bilirlər. Buna baxmayaraq, bunun özlərinə yönəldilən tənqidləri etibarsız hala gətirəcəyini düşünür, bu yolla diqqəti özlərindən uzaqlaşdırmaq istəyirlər.

Halbuki Qurana görə, bu məntiqin heç bir açıqlaması yoxdur. Başqalarının da eyni yanlışı etməsi insanı məsuliyyətdən azad etmir. Çünki Rəbbimiz "Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar." (Ənam surəsi, 116) ayəsi ilə insanları çoxluğa tabe olmamaq mövzusunda xəbərdar etmişdir. Hətta insanların çoxu eyni səhvi etsə də, insan vicdanının səsini dinləməklə və Quran əxlaqını yaşamaqla məsuldur.

Hər insan axirətdə tək-tənha hesab verəcək. Eyni səhvi bir insan cahilliyindən, bir insan yanıldığından, başqa bir insan isə pis niyyətlə edə bilər. Heç bir insan başqasının əsl niyyətinin nə olduğunu bilə bilməz. Ancaq Allah bütün insanların niyyətini, qəlblərində gizli saxladıqlarını bilir və onları bundan sorğuya çəkəcəkdir.

Ey iman gətirənlər! Öz qeydinizə qalın! Siz doğru yolda olsanız, (haqq yoldan ) azmışlar sizə zərər yetirə bilməzlər. Hamınızın dönüşü Allah’a olacaq və O, etdiyiniz əməllər barədə sizə xəbər verəcəkdir. (Maidə surəsi, 105) ayəsi ilə hər kəs öz əməlinə görə məsuliyyət daşıdığını insanlara bildirilmişdir.

Quranda bildirilən hər xatırlatma, Allah’ın izni ilə, insanlar üçün hər zaman xeyirlərə səbəb olur. Allah’ın edilən səhvi insana bildirməsi böyük rəhmətdir. Mömin çoxluğu bəhanə edərək bu səhv rəftarın üzərini örtməyə çalışmamalı, Allah’ın razılığını istəyərək səhvini düzəltməyə çalışmalıdır.

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.