www.derinbilgiler.net » Məqalələr » İmani » Müqəddəs kitablarda ədalət anlayışı

 
 
 


Müqəddəs kitablarda ədalət anlayışı

Müəllif: Terish Tarix 20-05-2016, 13:25, Baxılıb: 333

0
Müqəddəs kitablarda ədalət anlayışı


Ədalətli olmaq iman gətirən insanların başlıca xüsusiyyətlərindən biridir. Allah qullarına insanlar arasında ədalətlə hökm verməyi, özlərinin və ya yaxınlarının əleyhinə olsa belə, ədalətli olmağı əmr etmişdir. Rəbbimiz Quranda müsəlmanlara ədalətli olmağı belə bildirir:

Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allah'ın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah eşidəndir, görəndir. (Nisa surəsi, 58)

Müsəlman üçün qarşısındakı insanın varlı və ya kasıb olması, yaxud verəcəyi qərarın mənfəətinə zidd olub-olmaması heç nəyi dəyişdirməz. Mömin nə olursa-olsun, ədalətdən yayınmaz. Bu üstün əxlaqi xüsusiyyət Quran ayələrində belə bildirilir:

Ey iman gətirənlər! (Şahidliyiniz) özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun. (Əleyhinə şahidlik edəcəyiniz şəxslərin) varlı və ya kasıb olmasından asılı olmayaraq Allah onların hər ikisinə daha yaxındır. Hissiyyata qapılıb haqdan uzaqlaşmayın! Əgər siz (cəfəngiyat) danışsanız və ya (həqiqəti deməkdən) boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Nisa surəsi, 135)

Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır... (Maidə surəsi, 8)

Ədalət İncil və Tövratda da vacib məsələlərdən biridir. Ədalətə laqeyd yanaşanlar İncildə belə qınanır:

Vay halınıza..! Çünki siz nanə, şüyüd və zirənin onda birini verirsiniz, lakin Qanunun daha vacib işlərini, ədaləti, mərhəməti və imanı atırsınız. Amma onda birini verməklə yanaşı, bunları yerinə yetirməli idiniz. (Matta, 23: 23)

Zahirə görə hökm etməyin, ədalətlə hökm edin. (Yəhya, 7: 24)

Ey ağalar... qullarınıza ədalətli və insaflı olun. (Koloselilərə, 4: 1)

Mühakimə etməyin ki, siz də mühakimə olunmayasınız... Hansı ölçü ilə ölçsəniz, eyni ölçü ilə də sizə ölçüləcək. (Matta, 7: 1-2)

Tövratda da ədalət gözəl əxlaqlı insanın əsas xüsusiyyəti kimi göstərilir və doğru yolda olan insanın pisliklərdən uzaqlaşdığı, heç kimə haqsızlıq etmədiyi, yoxsulları qoruduğu ifadə edilir:

Ədalətli olanlar, hər zaman əməlisaleh olanlar necə xoşbəxt insanlardır! (Məzmur, 106: 3)

...Mən onu seçdim ki, öz oğluna və özündən sonrakı nəslinə saleh və ədalətli işlər görmək üçün Rəbbin yolu ilə getməyi tapşırsın... (Yaradılış, 18: 19)

Ordular Rəbbi belə deyir: “Düzgün və ədalətlə mühakimə edin. Hər kəs bir-birinə məhəbbət və mərhəmət göstərsin. (Zəkəriyyə, 7: 9)

Rəbb belə deyir: “Ədaləti qoruyun, salehliyə əməl edin...” (Yeşaya, 56: 1)

Ədalətsiz qanun qoyanların, yoxsullardan ədaləti əsirgəyənlərin, xalqımın kasıblarının haqqını əlindən alanların, dul qadınları soyanların, yetimlərin malını ələ keçirənlərin vay halına! (Yeşaya, 10: 1-2)

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş