www.derinbilgiler.net » Məqalələr » İmani » Namazın möminlərin ruhuna verdiyi bərəkət

 
 
 


Namazın möminlərin ruhuna verdiyi bərəkət

Müəllif: Terish Tarix 19-05-2016, 14:06, Baxılıb: 543

0
Namazın möminlərin ruhuna verdiyi bərəkət


Hər gün yüz minlərlə insan dünyaya gözlərini açır. Möhtəşəm bir yaradılışın əsəri olaraq bu insanlar gözlər, əllər, qulaqlar, ürək, beyin, bir sözlə, bütün orqanlarla yeni bir həyata başlayırlar. Kiçik bir hüceyrə ikən Allah insanı ana bətnində böyüdür, bədəni sinir hüceyrələri və damarlarla örtülür, ürəyi döyünməyə başlayır, qaraciyəri, böyrəkləri yavaş-yavaş formalaşır, sümüklər möhtəşəm bir nizamla bədəndə yerləşdirilir. Allah doqquz ayda bu cür yüz minlərlə lazımi şəraiti bir araya gətirərək böyük diqqətlə yaratdığı insandan sadəcə tək bir şey gözləyir: Səmimiyyət.

Çünki səmimiyyət hər qapını aça bilən güclü bir açardır. İnsan ancaq səmimi, ixlaslı olduqda, qəlbi sadəcə Allah eşqi ilə yandıqda Allah qatında dəyər qazanır. Səmimi mömin həyatını Allah üçün yaşayır və Allah üçün son nəfəsini verir. Qısa dünya həyatı onun üçün sadəcə bir keçid yeridir. O, əsl yurdu olan axirəti bir an belə unutmur, dünyaya qapılaraq vaxtını keçirmir.

De: “Şübhəsiz ki, mənim namazım da, ibadətlərim də, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür.” (Ənam surəsi, 162)

Səmimi qulun qəlbi daima Allah ilə birlikdədir. Səhər gözlərini açan kimi Allah ağlına gəlir. Gün ərzində verilən bütün nemətlər sadəcə Allahın izni ilədir. Mömin Allahın lütfünə daim möhtac olduğunu bilir və şükür edərək bunu göstərir. Allah möminlərə ən gözəl şükür vəsiləsi olan namazı fərz ibadət olaraq Quranda bildirmişdir:

“Həqiqətən, iman gətirib saleh əməllər edən, namaz qılan və zəkat verənləri Rəbbinin yanında mükafatlar gözləyir. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.”(Bəqərə surəsi, 277)

“Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi.” (Məryəm surəsi, 31)

“Ey iman gətirənlər! Səbir etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin. Həqiqətən, Allah səbir edənlərlədir!” (Bəqərə surəsi, 153)

Namaz möminlərin səmimiyyətlərini göstərə bildikləri, riyakarlıqdan, nümayişdən uzaq, gözəl bir ibadətdir. Möminin açıq şüur, dərin hörmət ilə, Allaha qarşı acizliyini bilərək alnını səcdəyə qoyması və namaz ibadətini yerinə yetirməsi, namazlarını böyük diqqətlə qoruması çox mühümdür. Çünki mömin ibadətlərinə diqqətlə əməl edərək, daim Allahı anıb, Qurana tabe olaraq onu yaradan Rəbbimizi heç unutmadığını çox gözəl bir yolla, namaz ibadəti ilə göstərir. Səcdə edərkən, rükuya əyilərkən, qiyamda durarkən Allahı ən gözəl sözlərlə zikir edib, ucaldır.

“Bu, şəhərlər anası (Məkkə əhlini) və onun ətrafındakıları qorxutmaq üçün nazil etdiyimiz, özündən əvvəlkiləri təsdiq edən mübarək bir Kitabdır. Axirətə inananlar ona da inanırlar. Onlar namazlarını doğru-düzgün qılırlar.” (Ənam surəsi, 92)

İxlaslı bir mömin etdiyi hər ibadətdə olduğu kimi namazda da Allaha olan dərin sevgisini çox gözəl göstərir. Səhər namaz üçün qalxdıqda böyük bir şövq və coşğu ilə qalxır. Gün ərzində işlərini saxlayıb yenə böyük bir istəklə namaza gedir. Namaz insanın ruhuna sevdirilmiş çox gözəl bir ibadətdir. Mömin necə ki gözəl bir mənzərəyə, gözəl bir insanın üzünə baxmağı, sevgi dolu sözlər eşitməyi sevirsə, ibadətləri yerinə yetirməkdən də böyük sevinc hissi duyur.

Namaz insana özünə inamını gətirir. Allah ilə arasında dərin və sarsılmaz bir bağlılıq yaranmasına səbəb olur. Mömin gündə beş dəfə ən sevdiyi dostunun, yoldaşının, sirdaşının önündə əyilir. Bu elə gözəl, elə güclü bir dostdur ki, mömini əsla tərk etməz. Yaxşı gündə, pis gündə, istər xəstə, istər sağlam vəziyyətdə, yoxluqda və çətin gündə hər zaman onun yanındadır. Mömin əsl dostunun, onu yaradan Rəbbinin önündə eşqlə və şövqlə qibləyə yönəlir və səcdəyə qapanır. Onu ən gözəl adları ilə zikir edib ucaltmaq ruhuna bənzərsiz bir gözəllik və rahatlıq verir.

Möminə yaraşan da bu cür güclü səmimiyyətdir. İman gətirdiyini söyləyənlər arasında namaza tənbəlliklə qalxan, namazı bir yük kimi görən, ikinci plana atıb təxirə salanlar da var. Bu insanlar mövzu öz mənfəətləri olduqda səhər ən erkən saatlarda yerindən qalxar, dağları belə aşmalı olsalar heç ruhdan düşmədən yola çıxarlar. Öz mənfəətləri uyğrunda heç nəyi unutmaz, səhlənkar yanaşmaz və heç bir şeyi təxirə salmazlar. Lakin namaza bu qədər etinasız yanaşmalarına baxmayaraq, Allah bu səmimiyyətsizliklərinə hər an şahiddir. Onlar bilməsələr belə, Allah onların etdikləri hər şeyi görür. O qəlblərdə olanı çox yaxşı bilir. Allah səmimi olan ilə səmimiyyətsiz olanı axirətdə ardıcıl olaraq bir-birindən ayıracaq.

“Onların sərf etdiklərinin qəbul olunmasına yalnız o mane olur ki, onlar Allahı və Onun Elçisini inkar edir, namaza tənbəlliklə qalxır və (mallarını) könülsüz xərcləyirlər.”(Tövbə surəsi, 54)

“Münafiqlər, həqiqətən də, Allahı aldatmağa çalışırlar. Halbuki (Allah) onları aldadır. Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allahı olduqca az yad edərlər.”(Nisa surəsi, 142)

Namaz peyğəmbərimizin qıldığı kimi böyük bir sevinc və coşğu ilə qılınmalıdır. Allah müsəlmanların həyatını bu asan ibadət ilə bəzəyir, onların savablarına savab qatmalarına imkan verir. Şübhəsiz ki, Rəbbimizin bizim ibadətimizə ehtiyacı yoxdur. Onsuzda bütün kainat Ona səcdə edir, Onu ən gözəl adları ilə zikir edir. Lakin bizim Rəbbimizə şükür etməyə, Ona olan dərin hörmətimizi və sevgimizi göstərməyə çox ehtiyacımız var.

Cəhənnəm əhlindən Cəhənnəmə niyə atıldıqlarını soruşduqda “Bizlər namaz qılanlardan deyildik” deyirlər. Buna görə də möminlər əsla şeytanın hiyləsinə aldanmasınlar. Bu ibadətə məsuliyyətsiz yanaşmağın nə qədər böyük fəlakətlə nəticələnə biləcəyini görsünlər. İxlasla, böyük coşğu və həvəslə Allah`a olan şükürlərini, sevgilərini gündə 5 vaxt namazla göstərsinlər. Ətraflarında namaz qılan tək bir insan olmasa belə, kimsə bu ibadəti yerinə yetirməsə belə, onlar ən kiçik səhlənkarlıq belə göstərmədən səcdəyə qapansınlar və Allahın sonsuz bağışlayıcılığına və şəfqətinə sığınsınlar.

“Göylərdə və yerdə nə varsa, Allahındır. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah Bağışlayandır, Rəhmlidir.”(Ali İmran surəsi, 129)

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş