www.derinbilgiler.net » Məqalələr » İmani » Sevginin Sahibi

 
 
 


Sevginin Sahibi

Müəllif: Terish Tarix 18-05-2016, 13:55, Baxılıb: 273

0
Sevginin Sahibi


Allah qullarını çox sevir və qullarının da Onu hər şeydən çox sevməsini istəyir. Allah insanı bir hüceyrədən ən gözəl surətdə yaratmış və ona Özündən ruh bəxş etmişdir. İnsana dünyaya göz açdığı andan son nəfəsinə qədər saysız-hesabsız nemətlər verən, bədənindəki mükəmməl sistemləri hər an idarə edən, yedirən, içirən, şəfa verən Allahdır. Qarşılığında isə insanlardan istədiyi yalnız bir şey var: sevgi...

Möminlər qəlblərindəki bütün sevgini öncə Allaha, sonra isə insanlara və digər canlılara yönəldirlər. İnkar edənlər isə Allahı unudub, sevgini birbaşa insanlara yönəltdikləri üçün heç vaxt gözlədikləri qarşılığı ala bilmirlər.

İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər. (Bəqərə surəsi, 165)

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş