www.derinbilgiler.net » Məqalələr » İmani » Ümidsizliyə qapilmaqdan xilas olmağın yolları

 
 
 


Ümidsizliyə qapilmaqdan xilas olmağın yolları

Müəllif: Terish Tarix 8-05-2016, 13:30, Baxılıb: 300

0
Ümidsizliyə qapilmaqdan xilas olmağın yolları


Hər varlığı, hər hadisəni Allahın yaratdığını bilən, Onu tanıyıb, gücünü təqdir edən insan heç vaxt ümidsizliyə qapılmaz. Çünki Allah hər çətinliyi aradan qaldıran, əfv edən, mərhəmət edən, sonsuz qüdrət və bilik sahibidir. Gündəlik həyatda insanın qarşısına çıxan hər cür çətinlik, ani baç verən problemlər, xəstəliklər, edilən səhvlər, bir sözlə, insanların ümidsizliyə düşmə səbəbi kimi gördükləri hər şey, əslində, tamamilə Allahın nəzarəti altında baş verir. Allah hər şeydən xəbərdar olan, hər şeyi biləndir. Sonsuz ağıl tərəfindən qədərinin təyin edildiyini bilmək bir insan üçün ən böyük rahatlıqdır. Bunu dərk edən insan əsla ümidsizliyə düşməz.

Bundan əlavə, mömin dünyada etdiyi hər səhvi düzəltməyin mümkün olduğunu bilir, ona görə də ümidsizliyə qapılmmır. Belə ki, Quranda insanlara Allahın rəhmətindən ümid kəsməmək əmr edilmişdir:

… Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər! (Yusif surəsi, 87)

De: "Ey Mənim özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah bütün günahları bağışlayar. Həqiqətən, O, bağışlayandır, rəhm edəndir! (Zumər surəsi, 53)

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş