www.derinbilgiler.net » Məqalələr » İmani » Quran əxlaqını yaşamaq çox asandır

 
 
 


Quran əxlaqını yaşamaq çox asandır

Müəllif: Terish Tarix 8-05-2016, 13:09, Baxılıb: 354

0
Quran əxlaqını yaşamaq çox asandır


Allah Quranı insanlara rəhbər kimi göndərmiş, onunla ən asan və ən gözəl həyat tərzini bildirmişdir. Quran hər yaşa və hər mədəniyyətə malik insanın anlayacağı açıq bir öyüddür. Lakin bəzi insanlar dini mənbəyindən öyrənmək əvəzinə, ətrafındakılardan eşitdiyi yanlış məlumatlara etibar edir, dini yaşamağın çətin olduğuna inanır. Bu əsassız fikrin əsas səbəblərindən biri məlumatsızlıqdır.

İnsanların bir qismi Quran ayələrində bildirilən həqiqətlərdən, axirət həyatının varlığından, sonsuz cəhənnəm əzabından, bənzərsiz cənnət nemətlərindən və Rəbbimizin öyüd və tövsiyələrindən xəbərsiz yaşayır. Halbuki Quran insanların oxuması, içindəki hikmətləri və həyatın əsl məqsədini öyrənməsi üçün endirilmişdir. Quranda Peyğəmbərimizə (səv) “Və mənə Quran oxumaq (buyurulmuşdur).” (Nəml surəsi, 92) deməsi bildirilmişdir.

Quranı oxumaq və hər zaman Qurana tabe olmaq müsəlmanın ən mühüm vəzifələrindən biridir. İnsanların Quranı anlamayacağı yalanını söyləyənlər bir çox insanların Quranı oxuyub Allaha yönəlməsinə və Quran əxlaqına uyğun yaşamasına mane olmaq istəyirlər. Halbuki Allah ayələrinin son dərəcə açıq və anlaşılan olduğunu Quranın bir çox yerlərində bildirir:

Biz sənə açıq-aydın dəlillər göndərdik, onları yalnız fasiqlər inkar edərlər. (Bəqərə surəsi, 99)

Ey insanlar! Sizə Rəbbiniz tərəfindən dəlil gəlmişdir. Biz sizə aydın bir nur (Quran) endirdik. (Nisa surəsi, 174)

Quran çox açıq və anlaşılan olmaqla yanaşı, içindəki hökmlərə əməl etmək də çox asandır. Allah ayələrdə Quran haqqında belə buyurur:

Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik. Qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq (göndərdik). (Ta ha surəsi, 2-3)

Quran əxlaqı insan fitrətinə uyğun olan yeganə həyat tərzidir. İnsanı yoxdan yaradan Allah onun nəyə ehtiyacının olduğunu, hansı ibadətlərə gücünün çatdığını və necə sağlam, hüzurlu və xoşbəxt olacağını ən yaxşı biləndir. Allah bir ayədə heç kimə gücündən artıq vəzifə vermədiyini bildirir:

Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər. Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. “Ey Rəbbimiz, unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən. Kafirlərə qələbə çalmaqda bizə kömək et!” (Bəqərə surəsi, 286)

Qurandakı dinin insan üçün asan olduğu digər ayələrdə belə açıqlanır:

... Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər... (Bəqərə surəsi, 185)

İman gətirib yaxşı iş görənləri isə ən gözəl mükafat gözləyir. Biz ona asan bir şey əmr edəcəyik.. (Kəhf surəsi, 88)

And olsun ki, Biz Quranı ibrət almaq üçün belə asanlaşdırdıq… (Qəmər surəsi, 17)

... O, sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı – atanız İbrahimin dini kimi... (Həcc surəsi, 78)

Quranı özünə rəhbər edən Rəsulullah (səv) qövmünə: “Asanlaşdırın, çətinləşdirməyin. Müjdələyin, nifrət etdirməyin”, - deyə öyüd vermişdir. (Ramuz əl-əhadis, 2-ci cild səh. 510)

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş