www.derinbilgiler.net » Məqalələr » İmani » Cəhənnəmə çağıran ənənə

 
 
 


Cəhənnəmə çağıran ənənə

Müəllif: Terish Tarix 23-03-2016, 13:35, Baxılıb: 297

0
Cəhənnəmə çağıran ənənə


Bəzi insanların ömür boyu yaşadıqları mühitdən, ailələrindən, dostlarından təsirlənərək formalaşan və kökündə ata-babalarının dini onların həqiqi din əxlaqını mənimsəməsinə mane olur. Bu tip düşüncələr əksər hallarda tamamilə materialist təmələ əsaslanır və din adı altında üzə çıxan, lakin haqq dinlə heç bir əlaqəsi olmayan fikirlərdən ibarət olur. Belə ki, Quranda din əxlaqını təbliğ edən peyğəmbərlərə və möminlərə atalarının dininə bağlı olan insanların verdiyi cavablar bildirilmiş, bu insanların ümumi xüsusiyyətləri xəbər verilmişdir. Elmdən təhsilə, iqtisadi quruluşdan ədalət sisteminə qədər hər sahədə keçmiş adət-ənənələrin davam etdirilməsinin tərəfdarı olan bu şəxslər din əxlaqının gətirdiyi ağıllı, ədalətli sistemə qarşı çıxmışlar. Ancaq qarşı çıxarkən müdafiə etdikləri fikirlər, adətən, ağıla və vicdana əsaslanan fikirlər olmamış, mənfəət, adət-ənənə əsas götürülmüşdür.

Rəbbimizin “ataların dininə bağlılıq” kimi bildirdiyi bu yanlış inanc dövrümüzdə də davam edir. Bəzi insanlar hələ də əcdadlarından qalan dünyagörüşünü, yanlış əxlaq anlayışını mühakiməsiz qəbul edərək əsrlər boyu davam edən bu inancabağlı qalırlar.

Quranda elçilərin təbliği və qövmlərinin onlara verdiyi cavablarla bağlı ətraflı məlumat verilir. Elçilərin Allaha iman gətirmək üçün dəvət etdiyi bu şəxslər Quranda bildirildiyinə görə: “... Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik! (Zuxruf surəsi, 23)” - deyə cavab veriblər.

Həqiqətən də, iman gətirməyən insanların tutduğu yol əcdadlarının yolu, oxuduqları da əcdadlarının əsərləridir. Ondan başqa yol tutmur və atalarının ən doğru yolda olduqlarına inanırlar. Bu bağlılıq o qədər güclü olur ki, tutduqları yolun səhv olduğunu və atalarının xətalarının olduğunu onlara göstərmək istəyən insanları da özlərinə düşmən qəbul edirlər. Allah Quranda bunu aşağıdakı ayə ilə bildirmişdir:

... Gəlmisiniz ki, bizi atalarımızın tutduğu yoldan döndərəsiniz və yer üzündə böyüklük etmək ikinizə qalsın? Biz sizə iman gətirən deyilik. (Yunus surəsi, 78)

Ata-babalarının dininə tabe olan insanlar doğruluğunu araşdırmadan, vicdanla dəyərləndirmədən, sadəcə, illərdən bəri o şəkildə gördükləri üçün atalarının dinini davam etdirir, həqiqətlərə var gücləri ilə qarşı çıxırlar.

Allah inkar edənlərin bu davranışını: “...Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə? (Bəqərə surəsi, 170)” - ayəsi ilə bizə bildirir. Lakin onlar öz dinlərinə bağlı olduqlarına görə, ata-babalarının yanıldığını düşünmür, doğru olanı eşitmək istəmir, elçinin dəvətindən üz döndərirlər. Bu insanlar atalarının dininə kor-koranə bağlı olduqlarına görə Quran ayələrindəki hökmləri görməməzliyə vurur və Allahın vəhyinə əhəmiyyət vermirlər. Dünya həyatının nə qədər qısa olduğunu, bir müddət sonra ölüb kəfənə bürünərək torpağın altına qoyulacaqlarını və Allah dərgahında bütün əməllərinə görə sorğu-sual olunacaqlarını heç ağıllarına gətirmirlər. Ölümdən qaçan bu insanlar Allahın elçilərinə tabe olmadıqları üçün ziyana uğrayacaqlarını düşünməyərək böyük qəflət içində yaşayırlar.

Ancaq bu qədər dəyər verib hər şeydən üstün tutduqları ata-babalarını qiyamət günündə yanlarında görməyəcəklər. Dünyada onları Allahın yolundan uzaqlaşdıran, şeytanın yoluna çağıran insanların hamısı məhşər günündə onları tək qoyacaq. Quranda bəzi insanların o günkü peşmançılığını belə bildirilir:

Üzləri odda o yan-bu yana döndəriləcəyi gün onlar deyəcəklər: “Kaş biz Allaha ibadət edəydik, Onun Elçisinə müti olaydıq!” Onlar dedilər: “Ey Rəbbimiz! Biz başçılarımıza və böyüklərimizə itaət etdik, onlar da bizi haqq yoldan azdırdılar. Ey Rəbbimiz! Onları ikiqat əziyyətə sal və onları müdhiş bir lənətə məruz qoy!” (Əhzab surəsi, 66-68)

Ata-babalarının dininə tabe olan insanların əksəriyyətinə fikirlərinin yanlışlığı izah edilsə də, bu inanclarından əl çəkmirlər. Çünki onlar əcdadlarının dininə kor-koranə bağlanıb, ona görə də ağıl, qavrayış və mühakimə qabiliyyətlərini itiriblər. Beləliklə, kiçik uşağın belə asanlıqla görə bildiyi həqiqətləri görə bilmirlər. Allah inkarçıların görmə və qavrama qabiliyyətlərini itirdiklərini Quranda belə bildirir:

Onlara: “Allahın nazil etdiyinə itaət edin!”– deyildikdə, onlar: “Yox! Biz əcdadımızın getdiyi yolu tutub gedəcəyik!”– deyərlər. Əgər şeytan onları (Cəhənnəm) odunun əzabına doğru sürükləyirsə necə olsun? (Loğman surəsi, 21)

Onlara: “Allahın nazil etdiyinə və Elçiyə tərəf gəlin”– deyildikdə: “Atalarımızın tutduğu yol bizə bəsdir”– deyirlər. Əgər ataları bir şey bilməyib, doğru yola yönəlməyiblərsə (onda) necə olsun? (Maidə surəsi,104)

İnsan həyatı boyu “atalarının dininə” görə yaşaya, hətta din əxlaqına qarşı ola bilər. Ancaq bu insan səmimi düşündüyü və vicdanının səsini dinlədiyi təqdirdə Quranın hökmlərinin nə qədər doğru, açıq və asan olduğunu görər. Tövbə etdiyi zaman Allahın bütün keçmiş günahlarını bağışlayacağına ümid edə bilər. Unudulmamalıdır ki, insanın heç bir əcdadı onun üçün şəfaət edə bilməz. Kimsə Allahın hüzurunda bir başqasına fayda verə bilməz. İnsanların tək dostu və qoruyucusu aləmlərin Rəbbi olan Allahdır.

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş