www.derinbilgiler.net » Məqalələr » İmani » Əbədi rahatlığa qovuşmaq üçün nə etməliyik?

 
 
 


Əbədi rahatlığa qovuşmaq üçün nə etməliyik?

Müəllif: Terish Tarix 19-03-2016, 14:40, Baxılıb: 299

0
Əbədi rahatlığa qovuşmaq üçün nə etməliyik?


İnsanın həyatı boyu qarşılaşdığı hər hadisə, eşitdiyi hər söz, gördüyü hər şey Allahın izni ilə yaradılır. Bu həqiqəti bilmək və bunun rahatlığını yaşamaq imanın gətirdiyi gözəlliklərdən biridir. Allahın kainatdakı bütün varlıqlar üzərindəki hakimiyyətini, Rəbbimizin onun üçün daim ən doğru, ən gözəl və ən xeyirli olanı yaradacağını bilən insanlar təvəkküllü və rahat olurlar. İman gətirənlərin təvəkkülü bir ayədə belə bildirilir:

De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O, bizim himayədarımızdır. Qoy möminlər Allaha təvəkkül etsinlər!” (Tövbə surəsi, 51)

İnsanın həyatı boyu yaşayacağı, düşünəcəyi, söyləyəcəyi hər şey o doğulmamışdan əvvəl Allah qatında ən kiçik detalına qədər məlumdur. Zamanı gəldikcə insan onun üçün təyin olunan bu hadisələrlə qarşılaşır və onları yaşayır. Mömin qədərdə hər şeyin xeyirlə nəticələnək şəkildə yaradıldığını bildiyi üçün hər zaman təvəkküllü olur, özünü təhlükəsiz və rahat hiss edir. Allah Quranda belə buyurur:

Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, yazıda olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır. (Allah bunu) əlinizdən çıxana kədərlənməyəsiniz və Onun sizə verdiyinə sevinməyəsiniz deyə (belə izah edir). Allah heç bir özündən razını, özünü öyəni sevmir. (Hədid surəsi, 22-23)

Bu həqiqətləri dərk etməyənlər isə yaşadıqları müvəqqəti dünyanın bəzəyinə aldanaraq özlərinə zülm edirlər. Hadisələrin Allahdan müstəqil baş verdiyini düşündükləri üçün onlara müdaxilə etməyin yollarını axtarırlar. Zahirən tərs gedirmiş kimi görünən hadisələr bu insanların narahatlığına səbəb olur. Sıxıntılardan xilas olmaq üçün müxtəlif üsullara əl atırlar; bəzən əyləncələrdə iştirak edir, bəzən heç nə düşünməyərək rahatlıq tapmağa çalışırlar. Halbuki bu etdikləri qəlblərinə həqiqi rahatlığı və xoşbəxtliyi verə bilməz. Çünki Allahın bir ayədə “Bunlar iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır.” (Rəd surəsi, 28) sözləri ilə bildirdiyi kimi, insan ancaq Allaha yönəlib, Onun istədiyi əxlaqı yaşadıqda rahat ola bilər.

Rahatlıq tapmaq, stress və sıxıntılardan xilas olub xoşbəxt yaşamaq üçün yanlış fikirləri mənimsəyənlər bu dünyada arzu etdiklərini yaşamamaqla yanaşı, axirətdə də ziyana uğrayacaqlar.

Unudulmamalıdır ki, Allah Quranın bir çox ayələrində bağışlayan və tövbələri qəbul edən olduğunu bildirmişdir. İnsan bu həqiqətlərin fərqinə varana qədər ömrü boyu bir çox səhvlər etmiş ola bilər. Əsas odur ki, yanlış yolda olduğunu anlasın, tövbə etsin və Rəbbimizin bildirdiyi gözəl əxlaqı yaşamağa çalışsın. Quranda hz.Salehin qövmünə müraciətində insanların Allahın rizasını qazanmaq üçün nə edəcəkləri belə bildirilir:

Səmud qövmünə də qardaşları Salehi (göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ilahınız yoxdur. O, sizi torpaqdan yaratdı və sizi orada sakin etdi. Elə isə ondan bağışlanma diləyin, sonra da Ona tövbə edin. Şübhəsiz ki, Rəbbim yaxındır, (çağırışa) cavab verəndir.” (Hud surəsi, 61)

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş