www.derinbilgiler.net » Məqalələr » İmani » Gerçək İslam əxlaqı

 
 
 


Gerçək İslam əxlaqı

Müəllif: Terish Tarix 13-03-2016, 13:54, Baxılıb: 349

0
Gerçək İslam əxlaqı


İslamın müqəddəs qaynağı Qurandır. Quranda göstərilən əxlaq modeli bu gün "İslam" deyildikdə bəzi insanların zehnində yaranan imicdən tamamilə fərqlidir. Quran əxlaqı sevgi, şəfqət, mərhəmət, təvazökarlıq, fədakarlıq və sülh anlayışlarına əsaslanır.

İslam Allahın sonsuz mərhəmət və şəfqətinin yer üzündə təcəlli etdiyi dinclik və barış dolu həyatı insanlara təqdim etmək üçün göndərilmiş dindir.

Allah insanlara pislik etməkdən çəkinmələrini əmr etmiş; küfrü, üsyanı, zülmü, zorakılığı, öldürməyi, qan tökməyi qadağan etmişdir. Allahın bu əmrinə tabe olmayanlar ayənin ifadəsiylə "şeytanın addımlarını izləyənlər" olaraq xarakterizə edilmiş və açıqca Allahın haram etdiyi bir mövqedə olmuşlar. Quranda bu mövzudakı bir çox ayələrdən biri belədir:

Allahın sənə verdiyi ilə Axirət yurduna can at. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də (başqalarına) yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə çalışma. Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevmir”. (Qəsəs surəsi, 77)

Göründüyü kimi, Allah İslam dinində terror, şiddət kimi hər cür mənfi hərəkətləri qadağan etmiş və lənətləmişdir.

İnsanların fikir, düşüncə azadlığını, yaşamaq hüququnu təmin edən və zəmanət altına alan İslam dini insanlar arasında gərginliyi, anlaşılmazlığı, bir-birinin haqqında mənfi danışmağı və hətta mənfi düşüncəni (zənn) belə qadağan edən əmrlər gətirmişdir. Nəinki terror və müxtəlif şiddət hərəkəti, İslam, insanlara fikri olaraq belə ən kiçik bir təzyiq göstərilməsini qadağan etmişdir:

Dində məcburiyyət yoxdur… . (Bəqərə surəsi, 256)
Sən onların üstündə hökmdar deyilsən. (Ğaşiyə surəsi, 22)

İnsanların dinə inanmağa və ya o dinin ibadətlərini yerinə yetirməyə məcbur edilməsi İslama ziddir. Çünki İslam inancı azad iradə və vicdana əsaslanır. Əlbəttə, müsəlmanlar bir-birini Quranda bildirilən əxlaqi xüsusiyyətlərin tətbiq olunması üçün xəbərdar edə bilər. Amma heç bir məcburiyyət olmaz.

Allah günahsız insanların öldürülməsini haram etmişdir.
Bir insanı günahsız yerə öldürmək Qurana görə, ən böyük günahlardan biridir:

Buna görə də İsrail oğullarına yazıb buyurduq ki, kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar. Elçilərimiz onlara aydın dəlillər gətirdilər. Onların çoxu isə bundan sonra da yer üzündə həddi aşdılar. (Maidə surəsi, 32)

Onlar Allahla yanaşı başqa tanrıya yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. (Furqan surəsi, 68)

Allah, möminlərə şəfqətli və mərhəmətli olmalarını əmr edir.

Quranda təsvir edilən İslam çox müasir, qabaqcıl sistemdir. Əsl müsəlman hər şeydən əvvəl sülhsevər, demokrat, mədəni, incəsənət və elmlə maraqlanan, dürüst, sevgi dolu bir xarakterə sahibdir. Belə insanların qurduğu cəmiyyətlərdə isə bu gün ən müasir dövlətlər arasında göstərilən ölkələrdən daha inkişaf etmiş bir mədəniyyət, yüksək ictimai əxlaq, sevinc, dinclik, ədalət, təhlükəsizlik, bolluq və bərəkət hakim olar.

Quranda əmr edilən İslam əxlaqı həqiqi mənada yaşandıqda bütün dünyaya sülh və əminamanlıq gələr. Necə ki Quranda "Yaxşılıqla pislik bərabər olmaz. Sən, ən gözəl bir tərzdə(pisliyi) uzaqlaşdır; o zaman, (görərsən ki) səninlə onun arasında düşmənlik olan kimsə sanki yaxın bir dost(un) olmuşdur." (Fussilət surəsi, 34) ayəsi ilə bu xüsusiyyətə diqqət çəkilmişdir.

Hal-hazırda adına "İslami terror" deyilən sistem isə Quran əxlaqından tamamilə uzaq, cahil insanların, dinlə heç bir əlaqəsi olmayan cinayətkarların əsəridir. İşlədikləri vəhşilikləri İslam adı altında icra etməyə çalışan bu insanlara qarşı tətbiq olunacaq mədəni həll gerçək İslam əxlaqının öyrədilməsidir. İslam dini və Quran əxlaqı terrorizmin və terroristlərin müdafiəçisi deyil, yer üzünü terrorizm bəlasından qurtaracaq yeganə yoldur.

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş