www.derinbilgiler.net » Məqalələr » İmani » Həqiqətin Özü

 
 
 


Həqiqətin Özü

Müəllif: Terish Tarix 11-02-2016, 08:47, Baxılıb: 314

0
Həqiqətin Özü


Həqiqət, əslində, müxtəlif sahələrdə fərqli mövzulara görə dəyişən birməhvumdur, yəni nisbidir. Lakin mənim bəhs etmək istədiyim “Həqiqət” mövzuya görə dəyişə biləcək bir anlayış deyil. Bu məqalədə ümumi olaraq həyatın var olma səbəbindən, Həqiqətdən bəhs edəcəm.

Həqiqət budur ki, Allah var. Din gerçəkdir,Axirət, Cənnət, Cəhənnəm var.

Allahın varlığı, dinin olması bir inanc, psixoloji tətmin, meditasiya, yaxud subyektiv düşüncə deyil. Elmi olaraq dərinə getsək, Allahın varlığı deyil, bu dünyanın, insanın özünün var olub olmaması müzakirə mövzusu olar. Artıq kvant fizikasının son nəaliyyətlərindən aydın olduğu kimi, maddənin maddi əsası yoxdur, mütləq varlıq deyil. Yəni maddə, əslində, sadəcə görüntüdür. Lakin bu mövzu da aparılan araşdırmalar, testlər barədə bəhs etməyəcəm, mövzu ilə bağlı kvant fizikası, xüsusilədə, atomun həqiqi quruluşu ilə əlaqəli yeni elmi məlumatları araşdıra bilərsiniz. Mən nəticəni qeyd edərək mövzumuzdan bəhs etmək istəyirəm.

Maddənin, əslində, maddi deyil izafi olması və görüntü xarakteri daşımasının gəldiyi məna budur ki, əslində, gördüyümüz, hiss etdiyimiz,yaşadığımız hər şeyin, həmçinin özümüzün belə maddi əsası yoxdur, hər şey sadəcə ruhumuza göstərilən görüntüdən ibarətdir və bunu ruha seyr etdirən biri var. O, tək gerçək, mütləq varlıq olan Allahdır.

Yəni əslində, çox gülməli olan bir mənzərə var. Maddi əsası olmayan, sadəcə göstərilən görüntüdən ibarət bir varlıq olan insan, öz görüntüsünü hər an yaradan, mütləq olan Allahın mövcudluğunu müzakirə edir.

Yuxarıda qeyd etdiyim kimi, Allahın varlığı müzakirə mövzusu belə deyil, lakin isbat təqdim etmək lazım gəldikdə isə isbatı Allahın varlıq dəlillərini,möhtəşəm və bənzərsiz yaratma sənətini görməyimiz üçün Allahın bizə göstərdiyi və təşviq etdiyi yol - elm təqdim edir. Bütün elmi faktlar Allahın varlığına dəlalətedir.Fizika,kimya,biologiyanın və digər elm sahələrinin ortaya qoyduğu qanunlar və normalar çox hikmətli bir riyazi hesabın nümunəsidir. Bütün bu qanunların,normaların,həssas tarazlıqların,riyazi əsasların qaynağında üstün Ağıl sahibi dayanır.Təbii ki, şüursuz və ən əsasıda maddi əsası belə olmayan materiya ağıl sahibi ola bilməz.Bu amil də Yaradıcının varlığını mütləq edir.

Kainatın mövcudluğundan başqa canlıların mənşəyi mövzusu da Yaradıcının varlığını labüd edir. Həyatın mənşəyi ilə bağlı, onsuzda, indiyə qədər iki fikir var idi; Yaradılış və Təkamül fərziyyəsi. Son elmi kəşflərlə təkamül fərziyyəsinin tamamilə çökməsi isə canlıların Allah tərəfindən yaradıldığını bir daha isbat etdi.

Bütün bunlardan əlavə müxtəlif canlıların sahib olduqları bir-birindən fərqli xüsusiyyətlər də Allahın varlığını isbat edən yüzlərlə dəlillər elmi faktlarla göz önünə sərilməkdədir. Canlı orqanizmlərin müxtəlifliyi, hüceyrənin quruluşu, iş prinsipi, DNT–dəki nəhəng informasiya bazası, canlıların çoxalması, təbiətdəki mükəmməl qarşılıqlı simbiotika, ahəng, ekosistemdəki heyranedici nizam Allahın varlığını göz önünə sərir.

Son zamanlarda elmi tədqiqatlar nəticəsində, xüsusilə də, Astronomiya və Fizika sahəsindəki inqilabi kəşflərlə ateizmin əsası olan materializm çökmüş oldu.

Materializmin çökməsi bütün ateist ideologiyaların, cərəyanların - hamısının təbii olaraq sonunu gətirdi. Bununla da hal-hazırda faktlara əsasən, Allahın varlığı mövzusunda alternativ fikir yoxdur.

Dinin doğruluğuna gəldikdə isə son illərdə edilən elmi kəşflərlin 1400 il əvvəlki Quran ayələrindəki izahlarla eynilik təşkil etməsi Quranın Allahın sözü olduğunu, dinin gerçək olduğunu bir daha təsdiq etməkdədir.Həmçinin Qurandakı bir sıra elmi məlumatların VII əsrdə kəşf edilməsinin mümkün olmaması, bu bilgilərin məhz XX-XXI əsrin elmi-texnoloji imkanları ilə kəşf edilməsi Quranın insan sözü ola bilməyəcəyini də bir daha isbat etməkdədir.

Quranın Allahın sözü olduğunun isbat edilməsinin gəldiyi məna isə Quranda qeyd edilən hər məqamın doğruluğunun dəqiq olmasıdır. Dolayısı ilə məqalənin başında da qeyd etdiyim kimi, həqiqət budurki, Allah var, din var, Axirət gerçəkdir.

Səmimi olan, həqiqəti axtaran, doğru yaşamaq istəyən hər kəsin gələcəyi tək nöqtə də Allahdır. Allah varlıq səbəbimiz, mövcud olma, yaşama səbəbimizdir. Allah Həqiqətin Özüdür, Haqqdır. Tək Gerçək, Mütləq Varlıqdır.

Savalan Məmmədli

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş