www.derinbilgiler.net » Məqalələr » İmani » Əsrimizin bəlası - sevgisizlik

 
 
 


Əsrimizin bəlası - sevgisizlik

Müəllif: Terish Tarix 31-01-2016, 12:56, Baxılıb: 316

0
Əsrimizin bəlası - sevgisizlik


İnsanların çoxu, demək olar ki, hər gün yedikləri yeməklərin, gəzdikləri məkanların, əyləncələrinin fotolarını sosial şəbəkələrdə paylaşır. Burda pis bir şey yoxdur, anormal olan bu insanların bir çoxunun dünyanın müxtəlif bölgələrində sırf aclıqdan nə qədər insanın ölməsindən xəbərsiz olmasıdır... Xəbərdar olsalar belə, etinasız yanaşmalarıdır.

Dünyada insan haqlarından danışılır, amma bu barədə danışanlar insan haqqlarının nə olduğunu, hansı haqqları müdafiə etdiklərini unudublar. Dünyanın gözü önündə Yərmuqda, Madayada insanlıq dramı baş verir, insanlar aclıqdan it-pişik yeyir.

Suriyada insanların aclıqdan ölməsi adi hala çevrilmişdi, yaxın zamanda isə mediaya sızan şəkillər diqqətləri Madayaya cəlb etməyi bacardı. Son zamanlarda burada insanların qidasını otlar təşkil edirdi, amma soyuqdan otlar da quruyanda insanlar tamamilə aclığa tərk edildilər. Beynəlxalq Qırmızı Xaç Komitəsi və BMT- nin etdiyi yardımlar isə yetərli deyil.

Bu zaman problemə başqa yöndən yanaşmaq lazım gəlir, insanlarda yaranan laqeydlik, sevgisizlik, qəddarlığın yerinə mərhəmət, sevgi, qayğıkeşlik hisslərini oyatmaq. Problemleri mumkun qədər ictimailəşdirib cəmiyyətdə qınaq yaratmaq. Bu, bəlkə də problemin həll yolu deyil, amma zülmün daha çox yayılmasının qarşısını az da olsa almış olur.

Medianın üzərinə bu məsələdə böyük məsuliyyət düşür. Xəbərlərdə, verilişlərdə, müzakirələrdə daha çox sevgi, mərhəmət aşılayan söhbətlərə, mövzulara yer verilməli, insanların vicdanlarını oyadacaq şəkildə proqramlar hazırlanmalıdır. Ətrafına qarşı həssas, incə düşüncəli olan cəmiyyət formalaşdırmaq lazımdır. Dünyanın bir çox yerində aclıqdan, soyuqdan əziyyət çəkən insanlar, körpələr varkən, geyindikləri geyimləri və ya hazırlanan yeməkləri bəyənməyib mübahisə edən insanların olduğu verilişlər əvəzinə televiziya kanallarında, internet səhifələrində yardim mahiyyətli, gözəl əxlaqdan bəhs edən yayımlar verilməlidir.

Dünya sizin gördüyünüz kimi dəbdəbədən ibarət deyil, bir də görmədiyiniz yaxud, görmək istəmədiyiniz üzü var, müharibələrin, aclığın hökm sürdüyü dünya. Və düşünməyin ki, bütün bu dəhşətlərdən sığorta olunmusunuz.

İnsanlardan istənən bacardıqları qədər bu insanlara yardım etmələridir, kim necə bacarırsa. Ən azından sadəcə bir dua ilə...

Aysel Vəlizadə

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş