www.derinbilgiler.net » Məqalələr » İmani » Problemə necə yanaşmalı?

 
 
 


Problemə necə yanaşmalı?

Müəllif: Terish Tarix 18-01-2016, 12:09, Baxılıb: 332

0
Problemə necə yanaşmalı?

Son yanğın hadisəsində xeyli itki verdik. Bu hadisənin bir çox səbəbləri ola bilər: texniki nasazlıq, məsuliyyətsizlik, tikintidə istifadə olunan materialın tezalışan olması və yaxud təxribat. İstər mənəvi, istərsə də maddi itkilərimiz çoxdur. Lakin bu cür hallarda çox ehtiyatlı davranmaq lazımdır. Millətimizə baş verən itkini ölkənin əleyhinə çevirmək olmaz.

Məsələlərə hər zaman dövlətin və ölkənin mənfəətlərini öndə tutaraq yanaşmaq lazımdır. Bu o demək deyil ki, çatışmazlıqlara göz yummalıyıq. Əksinə, məsələlər çox ciddi araşdırılmalı və məsul şəxslər cəzalandırılmalıdır. Amma çatışmazlıqları hər zaman kənarda, özündən uzaq görmək, başqalarını günahlandırmaq olmaz. Bu, problemlərin həll olunmasını istəyən bir şəxsin mövqeyi olmamalıdır.

Yəni hamımızın müşahidə etdiyi müəyyən çatışmazlıqları hər bir vətəndaş gücü çatdığı qədər yüklənib daşımalıdır. Hər şeyi başqalarından tələb etmək, daha da pisi öz ölkəsini başqalarına şikayət etmək kimi bir yanaşma həll yolu deyil, əksinə problemdir.

Bütün məsələlərin kökündə inanc və ideologiya durur. İnanclı, vicdanlı, güclü Allah qorxusu olan bir insan hansı vəzifəni tutmasından, hansı məhsulu istehsal etməsindən, yaxud gördüyü işdən asılı olmayaraq şəxsi mənfəətlərini, maddiyyatını deyil, Allah rizası üçün insanların yaxşılığını düşünəcək. Allah qorxusu olan heç bir şəxs cüzi maddi mənfəət üçün insanların həyatına təhlükə törədən heç bir işə əl atmaz. Bu gün bu işlərə kütləvi şəkildə əl atılırsa, bu insanları yox, özümüzü sorğu-sual etməliyik. Biz o insanların vicdanlı insan olması, Allah qorxusuna sahib olması üçün nəsə etmişikmi ki, bu gün də onlardan vicdan tələb edirik.

Deməli, ən vacib iş maarifləndirmədir. İnsanlara Allah qorxusunun, vicdanlı olmağı təmin edən dəyərlərin aşılanması ən vacib işlərdən biridir. Əvvəldə də qeyd etdiyim kimi, nəsə bir çatışmazlıq varsa və sən bu çatışmazlığı səmimi olaraq ölkən adına layiq görmürsənsə, bu çatışmazlığı müəyyən xarici qurumlara satmaq deyil, əksinə öz üzərinə yüklənib həlli üçün əlindən gələni etməlisən. Problemlərin reklamı üçün yox, həlli üçün çalışmaq lazımdır. Əsl vətənpərvər şəxs məsələ onun mənfəətinə, eqosuna, nəfsinə qarşı olsa da ölkəsinin, dövlətinin mənfəətlərini öndə tutmalıdır.

Savalan Məmmədli

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş