www.derinbilgiler.net » Məqalələr » İmani » Hər an hər seyi edən Allahdır

 
 
 


Hər an hər seyi edən Allahdır

Müəllif: Admin Tarix 18-11-2011, 18:53, Baxılıb: 908

0
Hər an hər seyi edən Allahdır


Müəyyən edilmiş vaxtda biri ilə görüşəcəkdiniz, lakin həmin insan vaxtında gəlmir.

Uğurlu bir iş gördünüz, amma qarşınızdakı şəxs bunu lazımi qədər təqdir etmədi.

Çox əmək sərf edib qarşınızdakı insana gözəl bir şey təqdim edirsiniz, o isə buna əhəmiyyət vermir.

Yaxşı niyyətlə bir söz söyləyirsiniz, lakin qarşınızdakı bunu səhv başa düşür.

Saatlarla təmizlik işləri görüb ətrafı gözəlləşdirirsiniz, amma biri gəlib düşüncəsiz şəkildə hər yeri zibilləyir.

Təcili surətdə birindən kömək istəyirsiniz, o isə sizi unudur.

Yatmaq istəyirsiniz, amma biri düşüncəsiz şəkildə səs-küy salır.

Birinə mühüm bir əşya əmanət edirsiniz, o isə əşyanı itirir.

İllərlə universitet imtahanına hazırlaşırsınız, amma sonuncu gün xəstələnib imtahana gedə bilmirsiniz.

Yeni paltar alıb geyinirsiniz, ani bir səhvlə üzərinizə yemək tökülür.

Alış-verişə çıxıb keyfiyyətli mal alırsınız, amma evə gəldiyinizdə aldadıldığınızı başa düşürsünüz.

Çantanıza çoxlu pul qoyursunuz, amma pulqabınız oğurlanır.

Yola çıxırsınız, naşı bir sürücü gəlib sizi vurur.

Tələsirsiniz, amma yolda tıxac olduğuna görə saatlarla istədiyiniz yerə çata bilmirsiniz.

Yaxın qohumunuz anidən xəstələnir, lakin təcili yardım gec gəldiyi üçün xilas olmayıb vəfat edir.

Müalicə almaq üçün xəstəxanaya gedirsiniz, lakin səhlənkarlıq ucbatından bədəninizə başqa bir mikrob düşür və yeni xəstəliyə tutulursunuz.

Bütün bu yaşadıqlarınıza görə zərər çəkdiyinizi düşünür və bütün günahın qarşınızdakı şəxslərdə olduğunu zənn edirsiniz. Qəzəblənir və bu hirsinizi onlara yönəldirsiniz.

Belə hallarda bir çox insan qəzəblənir və gileylənir. Sanki həmin insan o səhvi və ya davranışı etməsəydi, hər şey onun tam istədiyi kimi olacaqdı.

Halbuki bu, o qədər böyük yanlışdır ki, əgər insan bu həqiqəti qavrayarsa, həyata baxışı tamamilə dəyişər. Allah bir Quran ayəsində yerdən göyə hər şeyi nizamlayanın Zatı olduğunu belə xəbər verir:

Gördüyünüz göyləri dirəksiz olaraq yüksəldən, sonra ərşi yaradıb hökmü altına alan, müəyyən vaxta qədər dolanan Günəşi və Ayı ram edən, bütün işləri yoluna qoyan, ayələri müfəssəl izah edən məhz Allahdır. Rəbbinizlə qarşılaşacağınıza, bəlkə, inanasınız! (Rəd surəsi, 2)

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.