www.derinbilgiler.net » Məqalələr » İmani » Allahın qorumasına təslim olmaq

 
 
 


Allahın qorumasına təslim olmaq

Müəllif: Terish Tarix 7-01-2016, 12:37, Baxılıb: 3239

0
Allahın qorumasına təslim olmaq


Özünüzü təhlükəsiz və rahat hiss etmək üçün nələr etdiyinizi, məsələn, hansı tədbirlər aldığınızı düşünün. Sağlamlıq üçün idman etmək, nizamlı qidalanmaq və ya yaxşı gələcək üçün təhsil almaq bunların ən başında gələnlərdir.

Yalnız siz deyil, hər kəs özünü rahat hiss etmək istəyir. İş yerində müvəffəqiyyət qazanmaq, ailəsi, evi və maşınını qorumaq, bir sözlə, sağlam və firavan ömür sürmək hər kəsin arzusudur. Bunlar vasitəsilə insanlar gələcəyini zəmanət altına almaq istəyirlər.

Bəs biri sizi öhdəsinə götürsə, hər ehtiyacınız və problemlərinizlə məşğul olacağını desə, nə edərdiniz?

Təbii ki, bu, olduqca sevindirici və təəccüblü hal olardı. Halbuki bu, bir həqiqətdir və Allahın insanlara vədidir. "Allaha təvəkkül et! Allahın Qoruyan olması (sənə) bəsdir” ayəsi ilə (Əhzab surəsi, 3) Allah insanların Özünə əmanət olduğunu, əgər təvəkkül etsələr, çox rahat olacaqlarını xəbər vermişdir.

Allah insanlara hər mövzuda Özünü vəkil tutmalarını, narahat olmamalarını, kədərlənməmələrini, qorxmamalarını, sıxılmamalarını bildirmişdir. İnsanın nəfsi pislik və azğınlıqla doludur, Allahın verdiyi zəmanətə baxmayaraq, heç cür rahat olmur. Hər zaman daha artığını istəyir, eqoistləşir, azğınlaşır, itaət etmir.

Allah Quranda Özünü vəkil tutmağı bildirmişdir. İnsan yalnız Allahdan qorxmalıdır, heç kəsdən mədət ummalalıdır. Ruzini verən Allahdır, hadisələri yaradan Allahdır, gücün və qüvvətin sahibi Allahdır.

Allaha təvəkkül edən, yəni hər şeyin Allahın nəzarətində olduğunu bilən insan möcüzələrlə dolu metafizik həyat yaşayar. İnsan özünü Allaha təslim etdikcə Allahın xüsusi müdafiəsi altına girir. Allah bu gerçəyə Quranda diqqət çəkmişdir. Bunun bir nümunəsi də Allahın möminlərin içində yaşadığı Həram-uş-şərifi, yəni Məkkəni məhv olmaqdan qoruması idi. “Rum” surəsinin 67-ci ayəsində bu möcüzəvi hadisə belə bildirilir:

Məgər onlar, ətraflarındakı insanlar yaxalandıqları halda, (Məkkəni) onlar üçün müqəddəs, təhlükəsiz bir yer etdiyimizi görmürlərmi? Onlar batilə inanıb Allahın nemətini inkarmı edirlər? (Ənkəbut surəsi, 67)

Müşriklər o dövrdə azıb hər yerə hücum etməyə başlamışdılar, lakin Məkkəyə zərər verməmişdilər. Çölün ortasında yerləşən Məkkə şəhəri ətrafında nə divar, nə də xəndək kimi heç bir müdafiə vasitəsi olmamasına baxmayaraq, Allahın xüsusi qoruması ilə zərər görməmişdir. Quranda müsəlmanların Allahın qoruması altında olduqlarına dair bir çox nümunə var.

Bu məqamda ağla belə bir sual gəlir: müsəlmanlar Allahın himayəsi altında olduqları halda, nə üçün bəzən çətinliklərlə qarşılaşır, məsələn, xəstələnir, maddi imkanlarını itirir, bu və ya bunun kimi müxtəlif çətinliklər yaşayırlar?

Müsəlmanların gündəlik həyatda müxtəlif çətinlik və sıxıntılarla qarşılaşmaları bu dünya həyatının imtahan yeri olmasıdan irəli gəlir. Əlbəttə ki, müsəlmanlar da xəstəlik, maddi-mənəvi çətinliklərlə imtahan ediləcək, beləliklə, tərbiyə olunacaq və əxlaqları gözəlləşəcəkdir. Qarşılaşdığı çətinliklər vasitəsilə cənnətə layiq üstün əxlaqa nail olacaqlar.

Unutmayaq ki, qarşılaşdığımız kiçik-böyük hər hadisə qədərimizdədir. Şeytanın "bu, qədərlə əlaqəli deyil" pıçıltısına qarşı möminlər daima oyaq və diqqətli olmalıdırlar. Bunu tam anlayıb, unutmadan ağılda tutmaq çox vacibdir. Çünki mömin o zaman Allah sevgisini daha dərin hiss edəcək, Allahın bilavasitə yaratdığı hər şeyi və hər hadisəni sevgi və xeyir gözü ilə dəyərləndirəcək. Nəticə etibarı ilə, mömin daha rahat, mehriban, şən, hüzurlu və sağlam olacaq.

Hər hadisəyə, baş verən hər şeyə hikmət gözü ilə baxmaq və Allahın yaratdığı qədər çərçivəsində baş verən hadisələri xeyrə yozmaq, həqiqətən, insanın dünyadakı əmin-amanlığı üçün mütləq lazımdır. Allahın əmanətində olduğunu bilmək, bütün ruhunu Ona təslim etmək iman gətirənlər üçün böyük nemət, əmin-amanlıq və xoşbəxtliyə vəsilə olan gözəllikdir.

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.