www.derinbilgiler.net » Məqalələr » İmani » Ən dəyərli insan Allahdan Ona yaxınlıq istəyən insandır

 
 
 


Ən dəyərli insan Allahdan Ona yaxınlıq istəyən insandır

Müəllif: Terish Tarix 5-01-2016, 12:07, Baxılıb: 318

0
Ən dəyərli insan Allahdan Ona yaxınlıq istəyən insandır


Tarix boyu insan daima axtarış içindədir. Axıb gedən həyat içində gözləntiləri, istək və ehtiyacları heç vaxt bitib tükənmir. Durmadan arzu etdiklərinin arxasınca qaçır. Bu axtarışı ömür boyu davam edir.

Həqiqətən insan istəməkdən yorulmur. İstək və ehtiyacları onun üçün o qədər əhəmiyyətlidir ki, bunları əldə etmədən yaşamağı təxəyyül belə etmək istəmir. Arzularına çatdıqda isə yeni maraqlar arxasınca qaçmağa başlayır.

Qısaca desək, insan adətən tələb etdikləri əsasında yaşayır. Gələcəyini müəyyən edən faktorlar tələbləri və xəyallarıdır.

Dünyanın harasında olursa-olsun, hər insanın bir sıra istəkləri, məqsəd və vəzifələri var. Bəziləri daha gözəl evə, daha gözəl maşına, bəziləri də daha yaxşı bir işə sahib olmaq istəyir. Bütün səyi bu istəklərinə çatmaq üçündür. Bəziləri dənizə yaxın bir yerdə yaşamaq istəyir, bəziləri dağ evində. Bütün vaxtını, enerjisini bu arzularına çatmaq üçün sərf edir. Bəzilərinin həyatda ən böyük arzuları uşaqlarının yaxşı təhsil alması, yaxşı iş tapmaları, yaxşı ailə qurmalarıdır. Bəziləri isə bir ideal uğrunda ömrünü sərf edir.

Dünyaya aid tələblər, arzular saymaqla bitmir. Rahat həyat, mal-mülk, mövqe, vəzifə, şöhrət kimi hədəflər arxasınca olanlarla yanaşı bəziləri də var ki, axtardıqları ancaq iman, sevgi, eşq və məhəbbətdir.

Şübhəsiz ki, iman, hidayət və Allah məhəbbətinin yerini başqa bir şeylə doldurmaq mümkün deyil. İstər dünyanın ən zəngini, ya da ən gözəli olsun, istərsə bütün həyatı boyu çalışmış və xəyallarına çatmış olsun, əgər insanın qəlbində Yaradıcısı olan Allaha çatmaq arzusu və axtarışı yoxdursa, dünya həyatının sirrini qavraya bilməmiş, həqiqi xoşbəxtçiliyi heç vaxt əldə edə bilməmiş biri kimi bu dünyadan köçüb gedəcək.

Bilinməlidir ki, bu dünyada ən ülvi, ən dəyərli tələb, hər şeyi yaradan, hər nöqtədə sonsuz ağıl və ehtişam, bənzərsiz gözəllik və incəlik əks etdirən Allaha yaxınlaşmaq, Onun razılığını qazanmaq, Onun sevgisinə layiq olma tələbidir.

İnsanlardan bəziləri var ki, həyatlarını bu istiqamətdə keçirirlər. Bütün məqsədləri Rəbbinə olan imanlarında dərinləşmək, ən yüksək imana, ən dərin Allah sevgisinə və Allah qorxusuna nail olmaqdır.

Onlar elə insanlardır ki, bu dünyada heç kim özlərinə dəyər verməsə, heç kim onlardan razı olmasa da onlar üçün fərq etməz. Onlar yalnız Allah Qatında dəyərli olmaq, Allahın rizasına nail olmaq istəyirlər.

Bu müstəsna insanlar gündəlik həyatın qarışıqlığı içərisində bir çox dünyəvi məsələ ilə məşğul olsalar da, ürəkləri hər zaman Allahladır. Baxdıqları hər yerdə Allahı görür, hər işlərində Ona yönəlir, istədikləri hər şeyi yalnız Allahdan istəyirlər. Allahın tək hakim olduğunu bilir, kömək edənin, sıxıntı və çətinlikdən xilas edənin, şəfa, sevinc, rahatlıq və xoşbəxtlik verənin O olduğunu unutmurlar. İnsanların bir qismi başqa insanlardan mədət umaraq onların özlərinə yardım edə biləcəyini və bir xeyir verəcəyini düşünərkən, onlar xeyri və yaxşılığı yalnız Rəbbindən umurlar.

Hər şeyi Allahdan istəmək, Ona dua etmək, Allahın bəyəndiyi, razı olduğu bir davranışdır. Belə ki, "Furqan" surəsinin 77-ci ayəsində Allah, "De: Əgər ibadətiniz olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar?" deyə buyurur. Ayədən göründüyü kimi, insanın Allah Qatında dəyərli olması Allah tərəfindən sevilməsi, qorunub bağışlanması, Allaha olan duası ilə mütənasibdir.

Dua Allahla insan arasında sevgi bağının əsasını təşkil edir. Dua Allaha çatmağın ən asan yoludur. Haqqa çatan gizli açar kimidir. İnsana şah damarından daha yaxın olan, hər şeyi görən Allah hər dua edənin duasını bilir, ürəkdən edilən hər xeyirli arzunu eşidir. Allaha çatmaq bu qədər asandır.

Qəlbən Allaha yönəlib Ona dua etmək, sıxıntını, dərdləri, sevincləri Ona demək, Ondan kömək diləmək, Ona təşəkkür etmək Allaha yaxınlaşmağın ən mühüm yoludur. Dua edən insan Allahın çox bəyəndiyi bir davranışı etmiş, bütün həyatını, bütün hadisələri, qarşısına çıxa biləcək hər vəziyyəti, hər şeyin Yaradıcısı və tək hakimi olan Allaha həvalə etmiş deməkdir. İçini yalnız məhəbbətlə bağlı olduğu Rəbbinə açdığı, xeyrin yalnız Ondan olduğunu bilərək hərəkət etdiyi və şikayətini, sevincini yalnız Ona açdığı üçün də şübhəsiz Onun icabətindən uzaq qalmayacaq.

İnsanın diqqətini tamamilə Allaha yönəltməsi, zikr və fikrinin həmişə Allahla bərabər olması, Onu unutmaması çox vacibdir. Çünki Allah insanı heç vaxt unutmur. Nə etsək də, harada olursaq-olaq, Allah həmişə yanımızdadır. Biz yemək yeyərkən, yatarkən, televizora baxarkən, əylənərkən, gündəlik işlərimizlə məşğul olarkən- bütün bu anlarda bizi görür, izləyir. Ayağımızın altında yeri, başımızın üzərində göyü yaradır. Bizi qoruyur, sevir, mərhəmət edir. Bizə nəfəs aldırır, sağlamlıq, güc, qüvvət verir. Bizim də Allahı heç bir zaman unutmamağımız, Ona böyük sevgi və ruh yüksəkliyi ilə yönəlməyimiz, hər istədiyimizi Ondan istəməyimiz və ən çox da Onun rizasına çatmağı qarşımıza məqsəd qoymalıyıq.

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş