www.derinbilgiler.net » Məqalələr » İmani » Ruhunuzu tərbiyə edin

 
 
 


Ruhunuzu tərbiyə edin

Müəllif: Terish Tarix 28-12-2015, 12:57, Baxılıb: 372

0
Ruhunuzu tərbiyə edin


Yataqdan qalxdınız. Səbəbsiz yerə əsəbi və ya əzginsiniz? Yoxsa narahatsınız? Hər şey sizi narahat edir?

İnsan istəməsə də bəzən mənfi ruh halında olur. Ətrafdakı insanlarla ünsiyyət qurmaq, şən olmaq, hətta evdən bayıra çıxmaq belə istəmir.

İnanclı insan belə günlərdə daha da iradəli olub bu sıxıntılı ruh halından qurtulmağa çalışar. Bunun üçün üzərindəki nemətləri düşünüb şükür etməlidir. Yeriyə bildiyi üçün ayaqlarına, görə bildiyi üçün gözlərinə, evinə, ailəsinə, dostlarına, yediyi yeməklərə, səmaya, günəşə, nəfəs aldığı havaya şükür edər. Qısası, hər şey üçün Allaha minnətdar olar. Bütün verdiyi nemətlər üçün səmimi qəlbdən Ona təşəkkür edər. Bunların heç birinə sahib olmayan insanları, acından ölən, yemək tapa bilmədiyi üçün dilənən, müharibədə həyatını itirən insanları düşünər və mənfi şeylər bir-bir zehnindən yox olmağa başlayar.

İman gətirməyən insan üçün isə vəziyyət çox fərqli və sıxıntılıdır. Mənfi ruh halı ilə günə başlayan inancsız insan çox əsəbidir, narazıdır, hər şeyə deyinir, heç nəyi bəyənmir. Özü sıxıntı içində olduğu kimi, ətrafına da davamlı olaraq mənfi aura yayır. Heç bir problemə həll yolu gətirmir, tək etdiyi şey tənqid etməkdir. Ətrafı gözəlliklərlə dolu olduğu halda, heç birini görmür, hər şeyi mənfi dəyərləndirir.

İnsanlardakı əsas problem sevgisizlikdir. Sevgisiz həyat zəhər kimidir. Sevgisiz həyat ehtiraslarla doludur, sıxıntılıdır, narahatdır. Sevgisiz insanın həyatına inamsızlıq və eqoizm hakimdir. Ruhunu, yəni nəfsini tərbiyə etməmiş insanlar bu sevgisizlik içində boğulurlar.

Nəfsin tərbiyə olunması üçün Allahın göstərdiyi yeganə meyar var: səmimiyyət. İnsan səmimi olmağı unudanda üstünə ağırlıq və sıxıntı çökür, danışa bilməyəcək hala gəlir. Səmimi insan isə Allaha özünü tam təslim edir, Allahı hər şeydən çox sevir və Allah inancının verdiyi daxili rahatlıqla hər an xoşbəxtdir, sevinclidir. Nemətlərin fərqindədir, bu nemətləri tez-tez anır və Allaha olan təşəkkürünü hər fürsətdə dilə gətirir.

Dünya sevgini öyrənmə yeridir. Hər təfərrüat bizi sevgiyə yönəldir. Kəpənəklərin qanadlarındakı simmetriya və harmoniya, dağlardakı, okeanlardakı ehtişam, heyvanlardakı gözəl xüsusiyyətlər, təbiətə hakim olan möhtəşəm rənglər.. Hər biri bizə sevgini göstərir. Dünyada düşünüləcək o qədər çox detal var ki, hamısı Allahı tanımağımız, Onun isimlərini öyrənməyimiz və Onu hər şeydən çox sevməyimiz üçündür. İnsana düşən bütün bunların fərqində olmaq, ruhunu tərbiyə edərək ən gözəl əxlaqa yiyələnmək və Allahın cənnətinə layiq hala gəlməkdir.

Sevginin və gözəlliyin sahibi Allahdır. İnsanın qəlbi yalnız sevgi ilə ruhlanır. Sevgisiz insan ölür, məhv olur.

İman gətirənlər heç bir şeyə sahib olmasalar da, Allaha şükür edirlər. Çünki dünyanın müvəqqəti olduğunu unutmur, sıxıntıların xüsusi olaraq yaradılan “imtahanlar” olduğunu bilir və bunları gözəllik halına gətirə bilirlər. Allaha olan sevgiləri və təslimiyyətləri ilə bu dünya imtahanını xeyirli şəkildə başa vurur, şeytanın oyunlarına düşmədən ruhlarını tərbiyə etmiş şəkildə cənnətə qovuşurlar.

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş