www.derinbilgiler.net » Məqalələr » İmani » Hz. Mehdinin zühuru yaxınlaşdı…

 
 
 


Hz. Mehdinin zühuru yaxınlaşdı…

Müəllif: Admin Tarix 18-11-2011, 01:16, Baxılıb: 925

1
Hz. Mehdinin zühuru yaxınlaşdı…


Axır zamanın ən əhəmiyyətli hadisələrinin başında Hz. Mehdinin ortaya çıxışı və onun liderliyində İslam Birliyinin qurulması durur. Hz. Mehdi Quran əxlaqının yaşanmasına vəsilə olacaq və öz öndərliyində İslam birliyini reallaşdıracaq. Peyğəmbərimiz (s.ə.v.) də bəzi hədislərində Hz. Mehdinin zühur tarixi olaraq açıq şəkildə Hicri 1400-cü ili (Miladi olaraq 1979-1980 illəri) vermiş və bu müqəddəs şəxsin öndərliyini müjdələmişdir. Bu hədislərdən biri belədir:

“İnsanlar 1400-cü ildə Hz. Mehdinin yanında toplanacaqlar. “ (Risaletül Huruc-ül Hz. Mehdi, s. 108)

Bu xəbər iman edənlərin şövq və həyəcanını artıran çox böyük müjdədir. Peyğəmbərimizin (s.ə.v.) hədisləri ilə birlikdə İslam alimləri də dövrümüzə qədər gəlib çatmış əl yazmaları ilə o zamandan günümüzə bu böyük müjdənin şövq və həyəcanını yaşayıb, inananlar üçün bu mövzunun gündəmdə tutulmasına səbəb olublar. Belə ki, yaşadığımız bu dövrdə ortaya çıxan bəzi əlamətlər bizə Hz. Mehdinin zühurunun olduqca yaxınlaşdığını göstərir.

Heç şübhə yoxdur ki, bu mövzu haqqında öyrəniləcək hər yeni məlumat müsəlmanların həyəcanını artırmağa vəsilə olacaq. Ancaq bəzi insanlar Mehdiyyət mövzusundan ictimai şəkildə bəhs edilməsini istəmirlər. Bu mövzunun üstünü bağlayaraq insanlar tərəfindən unudulmasını istəyənlər bu müjdəyə mane olmağa çalışırlar. Əlbəttə, Allah bu səylərini etibarsız edəcəyini müjdələmişdir:

Onlar Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu tamamlamaq istər. Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərin fövqündə (bütün dinlərdən üstün) etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur! (Tövbə surəsi, 32-33)

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş

<
  • Xəbər: 0
  • Şərh: 1
  • Msn: --
6 dekabr 2011 22:09

araz57

  • Status: İstifadəci
  • Qeydiyyat: 3.12.2011
 
din alimlərin dediyinə görə Hz. Mehdinin ortaya çıxışının tarixin muəyyən etmək böyük günahlardan sayılır.bizim peyğəmbərimiz və imamlarımız yalnız Hz. Mehdinin gəlməy zamanın əlamatlərini biz muntəzirlərə işarə ediblər və heç biri demiyiblər ki hançi il zühur edacak.