www.derinbilgiler.net » Məqalələr » İmani » Yanlış bilinən gerçək İslam

 
 
 


Yanlış bilinən gerçək İslam

Müəllif: Terish Tarix 10-10-2015, 12:29, Baxılıb: 386

0
Yanlış bilinən gerçək İslam


İslam dünyası xurafat və radikalizm təhlükəsi ilə uzun müddətdir ki, mübarizə aparır. İslama xurafatı daxil etməyə çalışanların sayı çox olmasa da bu azlığa inanan insanların sayı çoxdur. Hətta mediada da bu insanlar “müsəlman” kimi tanıdılır. Həmin insanlar adətən nifrət, təhdid, qorxu və qəzəblə ön plana çıxan və şiddət tətbiq edərək gündəmdə qalan insanlardır. «Müsəlman» deyildikdə yada bu insanların sevgisiz üzləri gəlir. Bu da müharibə, nifrət və qəzəbə səbəb olur.

Müsəlman olduqlarını iddia edən xurafatçılar dinlərini İslam deyə tanıdıblar. Halbuki bu dinin İslamla heç bir əlaqəsi yoxdur. Bu kimi insanların böyük əksəriyyəti əslində necə bir xətanın içində olduqlarını bilmirlər. Bu insanlar Quranla müəyyən edilən halalları və gözəllikləri haram etmək, İslam dünyasına keyfiyyətsizliyi gətirmək və sülh dini İslamı müharibə və nifrət dini kimi göstərmək üçün geniş fəaliyyət göstərirlər. Dinə daxil etdikləri xurafatların mənbəyi haqqında soruşduqda isə heç vaxt Qurandan dəlil gətirə bilmirlər. Bir çoxu bilgisi olmadan Quranın təriflədiyi gözəllikləri özlərinə və müsəlmanlara haram edərək uca Rəbbimizin “Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu pak nemətləri (özünüzə) haram etməyin və həddi aşmayın. Doğrudan da, Allah həddi aşanları sevməz!” (Maidə surəsi, 87) ayəsinə zidd hərəkət edirlər. Nəticə etibarilə də nifrət formalaşdırırlar.

Halbuki İslam sevgi, şəfqət, gözəllik və xoşbəxtlik dinidir.

İslamda kədərlənmək yoxdur:

İslam sevinc və xoşbəxtlik dinidir. Allah müsəlmanlara gülməyi və xoşbəxt olmağı yaraşdırır. Ağlamaq və kədərlənmək Qurana görə cəhənnəm əhlinin xüsusiyyətidir. Allah onlar üçün “az gülüb, çox ağlasınlar” (Tövbə surəsi, 82) buyurur. Dolayısilə bir müsəlman gülərək, xoşbəxt olaraq, sevinc içində Allahdan razı olaraq həyatını davam etdirməklə məsuliyyət daşıyır.

İslamda keyfiyyət, təmizlik, gözəllik, sənət, estetika, elm, təhsil var:

İllərdir keyfiyyətsiz geyimləri ilə İslamı təmsil etdiklərini deyənlər xurafatı dinin qaydası halına gətirməyə çalışıblar. Halbuki Allah “Libasını təmizlə. Pis şeylərdən uzaqlaş.” (Müddəssir surəsi 4-5) ayələrində müsəlmana geyimini və evini təmizləməsini, düşünməyi, elmdə dərinləşməyi öyüd verir. Quranda hz. Süleymanın (a.s.) sarayı gözəllik və estetikanın ən gözəl nümunələrindən biri olaraq verilir. Bu səbəbdən müsəlman dünyanın ən baxımlı, ən keyfiyyətli, ən mədəni insanı olmalıdır.

Keyfiyyət müsəlman üçün həyatın hər sahəsində vazkeçilməz amildir. Lakin İslam dinini yanlış anlayanlar çox keyfiyyətsiz İslam anlayışını anlatmağa və yaşamağa səy göstərirlər. Bu səbəbdən bəzi insanlar da İslam dinini bu insanların yaşadıqları həyatla eyniləşdirir və İslama qarşı cəbhə alırlar. Çünki əsasən baxımsız, çirkli, çirkin, İslama və Qurana uyğun olmayan bir sistemi İslam dini olaraq təqdim edirlər. Gözəlliyi təmamilə aradan qaldırmağa yönəlik bir model formalaşdırırlar. Gözəlliyi haram kimi görür, çirkin və baxımsız insanın isə təqvalı insan olduğunu iddia edirlər. Musiqiyə qulaq asmır, rəsmdən xoşları gəlmir, insanlardan uzaq durur, danışmır, iltifat etmirlər. Bu qəribə məntiqlərinə görə, həyatlarının hər anına keyfiyyətsizlik hakim olduğundan özləri də həyata küsürlər.

Allahın cənnətdə yaratdığı gözəllik və keyfiyyətin dünyadakı bənzəri ancaq gerçək İslam əxlaqı ilə yaşana bilər. Gerçək İslam dinində iltifat, fədakarlıq, incə düşüncə, sülh, sevgi, şəfqət, mərhəmət, demokratiya, fikir azadlığı, əyləncə, sevinc, gözəl, baxımlı insanlar var.

Dünyada bütün nemətlərdən uzaqlaşan, nemət sevgisini İslam əleyhdarlığı olaraq görən və gözəl evləri, gözəl geyimləri, nemətlər içində bir həyatı özlərinə deyil, Allahdan uzaq yaşayanlara yaraşdıran xurafatçılar, səfalət içində bir həyatı din kimi göstərməyə çalışırlar. Halbuki Allah bütün gözəl nemətləri iman gətirənlərə layiq görüb. Nemətləri haram edənlər ayədə bu şəkildə xəbər verilir:

“De: “Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram buyurmuşdur?” De: “Bunlar dünyaya iman gətirənlər üçündür, qiyamət günündə (axirətdə) isə yalnız möminlərə məxsusdur”. Biz ayələrimizi anlayıb-bilən bir tayfaya belə ətraflı izah edirik.” (Əraf surəsi, 32)

Gözəllik, sevinc, keyfiyyət, xoşbəxtlik, müasirlik, sevgi, şəfqət müsəlmanlar üçündür. Qurandakı müsəlman modeli bu şəkildədir. Qurandakı müsəlman ağıllıdır, təhsillidir, müasirdir, keyfiyyətlidir. Qurandakı müsəlman nifrəti aradan qaldırır, sevgini gətirir. Qurandakı müsəlman kədəri yox sevinci, münaqişəni yox sülhü müdafiə edir. Qurandakı müsəlman gözəldir, baxımlıdır, gözəl geyinir, gözəl və təmiz evlərdə yaşayır.

İslam dünyasının əsl Quran hökmlərini tətbiq edən sülhsevər xüsusi insanlara ehtiyacı var. İslama xurafat əlavə etməyə çalışan, özünə görə halalları haram sayan, dünyaya kin və nifrət gətirən yanlış modeli tərk etmək lazımdır.

Bu səbəbdən Qurana tabe olan gerçək müsləmanların Qurandakı müsəlman modelini dünyaya göstərmələri, çox keyfiyyətli və sevgi dolu olmaları, İslamı yanlış anlayan həmin insanları maarifləndirmələri çox önəmlidir. Allahın bizdən istədiyi də budur.

Ülviyyə Əlizadə

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş