www.derinbilgiler.net » Məqalələr » İmani » Düşünmək qorxusu və fəsadları

 
 
 


Düşünmək qorxusu və fəsadları

Müəllif: Terish Tarix 8-10-2015, 11:45, Baxılıb: 363

0
Düşünmək qorxusu və fəsadları


Dünya getdikcə daha çox sosiallaşır. Bunun nəticəsi olaraq dünyanın bir-birinə uzaq yerlərində yaşayan insanlar belə artıq rahatlıqla hər gün bir-biri ilə əlaqə saxlaya bilirlər. Sosial şəbəkələrin artdığı bu yeni dövrdə artıq heç yerə getmədən belə, dünyanın istənilən bölgəsindəki mühitlə, insanların yaşayışı, maraqları, ehtiyacları, düşüncələri, məqsədləri, həyat tərzləri və s. haqqında məlumat əldə etmək mümkündür. Təbii ki, bu sosiallığın bir çox mənfi-müsbət tərəfləri müzkirə oluna bilər. Lakin bu məqalədə qeyd etmək istədiyim məqamlar məsələnin başqa tərəfləridir. Qlobal sosial mühitin verdiyi geniş araşdırma prizması vasitəsi ilə biz nəzarətli mediaya alternativ olan, bəzən daha real, bəzən daha fərqli informasiyalar əldə edə bilirik. Dünyanın fərqli-fərqli ölkələrinin əhalisi arasında aparılan geniş miqyaslı sosial araşdırmalardan və şəxsi müşahidələrimdəngəldiyim qənaətləri sizlərə də təqdim etmək istəyirəm.

Bu yazıda insanların nə qədər qisminin özlərinin, dünyanın, ətraf mühitin varlıq səbəbini düşündüyünü, araşdırdığını və məqsədli yaşadığını öyrənmək üçünillərdir apardığım müşahidələrdən gəldiyim nəticə barədə yazmışam. Bunun üçün həm ətrafımda, həm də qısa müddət yaşadığım bəzi ölkələrdə müşahidə etdiklərimdən, dünyanın hər yerini gəzib – görmüş təcrübəli insanlarla söhbətlərdən, bu sahədə aparılmış elmi araşdırmalardan, sosial təcrübələrdən, həmdəinternet vasitəsi ilə sosial mühitdə dünyanın fərqli yerlərindəki hər təbəqədən fərqli insanlarla şəxsən apardığım söhbətlər zamanı əldə etdiyim ümumi nəticələrdən müşahidə etdiyim vəziyyəti sizlərə təqdim etmək istədim.

Həm müşahidələrimdən, həm də sosial təcrübələrdən görünən odur ki, dünyadakı insanların, demək olar ki, hamısı varlıq səbəblərini düşünmədən məqsədsiz yaşayırlar. Həqiqətən də çox acınacaqlı vəziyyətdir. İstər Amerika vətəndaşları, istər Avropa ölkələrinin vətəndaşları, istər Asiya vədünyanın digər bölgələrinin insanları arasından nəinki varlıq səbəblərini, həyat haqqında düşünməyi, məqsədli yaşamağı, heç gündəlik dünyadakı hadisələri belə izləməyən, sadəcə yaşadığı bölgə, hətta yaşadığı həyata məhkum olmuş, yalnız ailəsi və öz işlərindən başqa heç bir şey barədə düşünməyən və maraqlanmayan milyardlarla insan var. Açığı, şoka düşəcək faktlarla da qarşılaşdım. Hətta dünyanın böyük bir qisminin əhalisi dünyanı tanımır, xəritəni bilmir, dünyadakı əksər ölkələrin varlığından belə xəbərsizdirlər. Dünyada gedən heç bir prosesdən xəbərləri yoxdur və heç maraqlanmırlarda. Lakin maraqlası budurki , niyə yaşadıqlarını, məqsədlərinin nə olduğunu soruşduqda bu sualları anlaya bilmədilər. Nə demək istədiyimi qavraya bilmədilər. Bu situasiya həmdə dünyanın ən inkişaf etmiş ölkələrinin əhalisinə aiddir. Xüsusilə Amerika və Avropada əhəmiyyətli miqdarda insan öz ölkələri və ölkələrinin əlaqədə olduğu 1-2 ölkə istisna olmaqla, dünyanın heç bir ölkəsini tanımır, dünyada gedən proseslərdən də ümumiyyətlə xəbərləri yoxdur. İnformasiya baxımından dünyadan tamamilə təcrid olunmuş vəziyyətdə yaşayırlar. Lakin qeyd etdiyim çərçiyə daxil olmayan, öz ölkələrinin daxilində aktiv, zəngin, geniş, sosial həyat yaşayan, hadisələri izləyən,lakin şəxsi mənfəətlərinə və həyatlarına aidiyatı olmayan heç bir hadisəylə maraqlanmayan, reaksiya verməyən, sadəcə öz işləri, biznesləri, karyeraları ilə məşğul olan insanlarda çoxdur. Bu qism insanlar da verdiyim suallardan bir şey anlamadılar. Hətta çoxu etiraf etdi ki, hər şeyləri var, rahat yaşayırlar, mənim dediyim məsələlər barədə düşünmək onlara lüzumsuz gəlir. Yəni düşünmədən, məqsədiz yaşamaq olsa belə, anlıq həyatları onlara bəs edirsə, gerisini düşünməyə ehtiyac hiss etmirlər. Təbii ki, savadlı, dünyagörüşlü, elmi və sosial araşdırmalar edən, öyrənən, dünyadakı hadisələri yaxından izləyən, zaman-zaman müdaxilə edən, fikir bildirən insanlarla da, rastlaşdım. Lakin sadaladığım müsbət xüsusiyyətlərlə yanaşı, bu cür faydalı fərdlərin əksərinin bu cür həyatı təqlidi yaşadığı aydın oldu. Yəni düşünmədən, həyat məqsədi olmadan, digərlərindən seçilmək, fərqlənmək üçün, sadəcə bəzi tanınmışları təqlid edərək, nüfuz, ad – san, yaxud maddi məqsədli cəhdlər olduğu aydın oldu. Lakin səmimi olaraq, düşünməkdən qorxmayan, yaşamaq məqsədini bilən, həqiqəti araşdıran, doğrular üçün yaşayan və mübarizə aparan həqiqi Düşünən İnsanlar da var. Bu insanlar həddindən artıq azdır. Bəs bu müşahidənin mahiyyəti nədir? Düşünməyin, məqsədli yaşamağın əhəmiyyəti və düşünmədən yaşamağın fəsadları nələrdir?

Düşünmək, düşünə bilmək var olmaq deməkdir. Lakin var olmaq son deyil, başlanğıcdır. Deməli ardı var və ardını necə edəcəyimizi öyrənməyin yolu başlanğıcı öyrənməkdir. İnsanların, özlərinin və dünyanın, hər şeyin varlıq səbəblərini, həyatın mövcudluq səbəbini düşünərək, araşdıraraq, bu çərçivədə bir həyat məqsədi əldə edərək yaşaması çox vacibdir. İstehsal edilən cansız əşyalar və robotlar istehsal edildiyi predmet üzrə işləyir, yaxud istifadə olunurlar. Biz isə canlı varlığıq, əşya yaxud robot deyilik, şüurumuz və ağlımız var. Düşünməsək və araşdırmasaq əşyadan nə fərqimiz olar? Düşünmək kimi əvəzsiz nemət var. Biz düşünə, araşdıra, öyrənə bilirik. Dünya deyilən bir yerdə var edilmişik. Əslində insanın özünün kim olduğunu, yer kürəsinin və kainatın necə var olduğunu, özünün bu məkanda nə üçün mövcud olduğunu araşdırması və əldə edəcəyi nəticələrə görə həyat yaşaması ən təbii, ən doğru şeydir. Çünki biz artıq varıq, lakin varlığımızın bir səbəbi var. Mövcud elmi müşahidələrə görə dünyada hər şey səbəblərə bağlıdır. Dolayısı ilə səbəbsiz heç nə olmadığına görə insanda varlıq səbəbini bilməli və o səbəb üzrə yaşamalıdır ki, nəticəyə çatsın. Əks təqdirdə mənasız, boş, əşya kimi yaşayar. Kainat, həyat boş və mənasız deyil . Bütün kainatı əhatə edən dizaynın, nizamın, mütəşəkkilliyin, uyğunluğun, ahəngin doğurduğu bir məna var. Həyat mənasız, təsadüfi və məqsədsiz deyil. Bu təqdirdə ən doğru həyat tərzi bu məna və məqsədə uyğun həyat yaşamaqdır. Dolayısı ilə hər şeyi, hər şeyi doğuran səbəbləri geniş və dərin şəkildə düşünmək lazımdır. Düşünmək qurtuluşdur, azadlıqdır, doğru yolun başlanğıcıdır.

Nəticə olaraq insanları düşnüməyə sövq etməliyik. Əslində insanların bir qismi maraqlanmasalarda, izləməsələrdə çox şeyin fərqindədirlər. Sadəcə düşünməkdən və düşünməyin gətirəcəyi məsuliyyətdən qorxurlar. Lakin düşünmək qorxusunun səbəb olduğu laqeyidlikdən qaynaqlanan bəlalar və dünyanın vəziyyəti göz qarşısındadır. Dünyadakı bütün problemlərin mənbəyi köklü şəkildə araşdırılsa, səbəbin məhz düşünmək qorxusu olduğu aydın olar. Düşünən İnsanlar hər kəsi düşünməyə sövq etməli, təşviq etməlidir. Çünki dünyanın da, insanın da yaradılma səbəbi var.İnsanlar laqeydliyi bir kənara qoyub varlıq səbəblərini araşdırsalar, nə üçün yaradıldıqlarını öyrənərək yaradılış məqsədinə uyğun yaşasalar, dünyadakı problemlər kökündən həll olunar.

Bütün kainati, Yer kürəsini və insanları Allah bir məqsəd üzrə yaradıb. Bu məqsəd üzrə yaşamadıqda nə kainat, nə Yer kürəsi, nədə insan qalar. Həm doğru və məqsədəuyğun yaşamaq üçün, həmdə dünya və bəşəriyyət üçün hər kəs səmimi olaraq qorxmadan, təxirə salmadan dünyanın, özünün, həyatın və varlığın mənşəyini araşdırmalıdır.

Savalan Məmmədli

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş