www.derinbilgiler.net » Məqalələr » İmani » İnsanın “ruhum” dediyi varlıq Allaha aiddir

 
 
 


İnsanın “ruhum” dediyi varlıq Allaha aiddir

Müəllif: Terish Tarix 25-09-2015, 12:53, Baxılıb: 455

0
İnsanın “ruhum” dediyi varlıq Allaha aiddir


İnsan həyatı boyu Allahın beyninin içində ona göstərdiyi görüntüləri seyr edir. Hər şey insanın beynindəki çox kiçik bir görmə mərkəzində yaranan elektrik siqnallarından ibarətdir. Allah beynimizdə bizlər üçün xarici dünyanın sadəcə əksini yaradır və biz də bütün bunları Allaha aid olan ruhumuz ilə izləyirik. Bütün bunları görən, eşidən, hiss edən ruhdur.

İnsan Allahın ruhunda yaratdığı bütün bu hissləri düşünəndə özünün maddi varlıq deyil, ruh sahibi varlıq olduğunu dərhal anlayır. Ruh maddəni idarə edir və istiqamətləndirir. Hiss edən ruhdur və bu hisslər vasitəsi ilə maddə, yəni bədənimiz və ətrafımızdakı hadisələr formalaşır. Ət, ya da sümük parçası kədərlənə, sevinə, həyəcanlana, qərar verə, ağıl və mühakimə qabiyyətinə sahib ola bilməz. Hiss edən, düşünən, qərarlar verən, sevinən ruhdur. İnsanın “mənim” deyərək sahibləndiyi ruhu isə Uca Rəbbimizin Quranda "Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş, sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş, sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz!" (Səcdə surəsi, 7-9) ayələrində bildirdiyi kimi, əslində, Allahın ruhudur. Allah ağıl və şüur verdiyi, üstün yaradılış ilə yaratdığı insana gözlər və qəlb vermiş, ona ruhundan üfürmişdir.

Ruh Allaha aiddir. İnsanın “mənim” deyərək sahibləndiyi ruhu Allahın ruhudur. Allah sonsuz ağıl və yaratma gücü ilə elə mükəmməl bir şəkildə yaradır ki, dünya imtahanına görə ona verilən bu ruhu sahiblənir və ona “mənim” deyə bilir.

İnsan dərin hafizəyə sahibdir. Allah insan üçün hafizəni keçmiş və gələcəyinə məxsus olaraq anbaan yaradır. Allah insanın mövcud olduğu hər an daima hafizəsini yaradır. Məsələn, siz hal-hazırda bu sətirləri oxuyursunuz. Bir neçə dəqiqə sonra bu yazı sizin hafizənizdə bir an olaraq qalacaq. Bəlkə, bir neçə gün, bəlkə, aylar, hətta illər sonra bu yazı Allahın sizin üçün yaratdığı hafizənizdə qalacaq, müəyyən zamanlarda ağlınıza gələcək.

Həyatınız boyu yaşadığınız, saya bilməyəcəyiniz qədər çox hadisə sizin “xatirə” olaraq adlandırdığınız hafizənizi yaradır. Yaşadığınız hər an bu hafizənin bir parçasına çevrilir. Allah hafizəni yaratdığı üçün insan ruhu sahiblənir və ruhun özünə aid olduğu hissinə qapılır. Xatirələrini yada saldıqca “orada xoşbəxt idim”, “o gün həyəcanlanmışdım”, “belə hiss etmişdim” deyəndə bunları yaşayanın öz ruhu olduğunu düşünür.

Halbuki əvvəlki sətirlərdə ifadə edildiyi kimi, insanın dünyada imtahan edilməsi üçün Allah hafizəni yaradıb. Allah sonsuz ağlı ilə imtahan şəraitini ən mükəmməl şəkildə yaradır. Hadisələrə Quran əxlaqı ilə yanaşan insan bu yaradılışdakı böyük sirləri anlayır və imtahan şəraitinin möhtəşəmliyinin fərqində olaraq yaşayır. Quran əxlaqından uzaq yaşayan insanlar isə qəflət içində olduqlarına görə Allahın yaratdığı bu böyük həqiqətdən xəbərsiz yaşayırlar.

Ruhumuzda coşğulu sevgi yarandıqda bunun bizə aid olmadığını, əslində, sevənin Allah olduğunu unutmamalıyıq. Ruhumuzda yaranan hər cür hiss Allahın sonsuz ruhuna aiddir. Allah dilədiyi və izin verdiyi qədər biz bunu özümüzə aid bilib hiss edirik. Əslində, sevən, sevilən, düşünən, mərhəmət edən, şəfqət duyan, kədərlənən, gözəlliklərdən zövq alan, həmişə hər şeyin yaxşı tərəfini və doğrunu bilən və yönələn, vicdanını dinləyən Allahın insana üfürdüyünü bildirdiyi Ruhudur.



Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.