www.derinbilgiler.net » Məqalələr » İmani » İlahi dinlərdə ortaq əxlaqi dəyərlər

 
 
 


İlahi dinlərdə ortaq əxlaqi dəyərlər

Müəllif: Terish Tarix 22-09-2015, 12:29, Baxılıb: 330

0
İlahi dinlərdə ortaq əxlaqi dəyərlər


İnsanı yaradan Allah onun ehtiyaclarını və dünyada necə rahat yaşayacağını ən yaxşı biləndir. Allah hər dövrdə elçiləri və kitabları vasitəsilə insanlara doğru yolu göstərmiş, razı olacağı düşüncə, davranış, əxlaq və həyat tərzini insanlara xəbər vermişdir.

Müxtəlif dövrlərdə, fərqli ərazilərdə yaşayan və müxtəlif İlahi dinlərə mənsub olan insanlar bu fərqliliklərə baxmayaraq, eyni əxlaqi dəyərlərə sahibdirlər. Oğurluq etməmək, adam öldürməmək, zina etməmək, yalan danışmamaq, ədalətli olmaq, hər cür haqsızlıqdan çəkinmək, insanlara qarşı nəzakətli və hörmətli üslubdan istifadə etmək kimi dəyərlər bütün inananlar üçün əsasdır. Bu ortaq əxlaq anlayışı yəhudilik, xristianlıq və musəlmanlıqda eynidir. Nankorluq, özündən razılıq, azğınlıq, yalançılıq, eqoistlik, acgözlük, hiyləgərlik, qısqanclıq, davakarlıq, itaətsizlik, hörmətsizlik, vəfasızlıq, xəsislik, təcavüzkarlıq, zalımlıq, səbirsizlik, riyakarlıq kimi çirkin xüsusiyyətlər İslam əxlaqına qətiyyən uyğun olmadığı kimi, yəhudilik və xristianlıqda da qadağan edilmişdir.

Lakin son iki əsrdir, dünyada hökm sürən darvinist və materialist fəlsəfə insanları yalnız öz mənfəətlərini düşünən fərdlərə çevirir. Bu batil fəlsəfə həyatı sanki bir yarış meydanı kimi göstərir, insanlara öz istək və həvəslərini təmin etmək üçün hər yoldan istifadə etməyi aşılayır. Digər tərəfdən, darvinizm və materializm insanın ruha sahib olduğunu və Allahı inkar etdiyi üçün İlahi dinlər tərəfindən ortaya qoyulan bütün əxlaqi dəyərləri inkar edir. Bu azğın məntiqin bəşəriyyətə nə qədər böyük fəsad gətirdiyinin nümunələri isə göz qabağındadır. Qarşıdurmalar və gərginliklər, bir parça torpaq və mövqe üçün bir-birinə hücum edən insanlar, məzlumların və ehtiyac içində olanların hər gün daha da əzilməsi, əziyyət çəkməsi, ədalətsizliyin yayılması, əxlaqsızlığın artması bu fəsadların yalnız bir neçəsidir.

İlahi dinlərin mənsubları materializmin öz təsiri altına saldığı insanların xilas olması üçün birləşməlidirlər. Ən əsası Allahın varlığına, birliyinə, insanları yaratdığına və doğru yolu göstərmək üçün kitab və peyğəmbərlər göndərdiyinə inanmaqdır. Bu həqiqətlərə inananlar bir-birinə inkar edən insanlardan daha yaxındırlar.

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş