www.derinbilgiler.net » Məqalələr » İmani » Nəfsə tabe olmaq

 
 
 


Nəfsə tabe olmaq

Müəllif: Terish Tarix 5-09-2015, 13:59, Baxılıb: 361

0
Nəfsə tabe olmaq


Bəzi insanlar içlərindən hansı hiss gəlsə, heç düşünmədən ona təslim olurlar. Fikirlərindən nə keçsə, dərhal onu düşünmədən söyləyirlər. Davranışlarının və ya dedikləri sözlərin nəticəsini ölçüb-biçmirlər. Qəzəbləndikdə əsəblərini cilovlamırlar. Daxilən küskün olanda bunu üzə vururlar. Narahat olduqda qarşı tərəfə bunu dərhal hiss etdirirlər. İçlərindən ağlamaq hissi gələndə ağlayırlar. Kədərlənmək, ümidsizliyə qapılmaq və ya inciklik təlqinləri gəldikdə dərhal bu əhvala düşürlər. Ancaq möminlər belə vəziyyətlərdə tamamilə fərqli davranırlar.
İman gətirən insan öz hisslərinə təslim olaraq hərəkət edən bəzi insanlardan çox fərqli davranır. Buna görə, heç vaxt içindən gələni etməz. Çünki içindən gələn şeylər, əsasən, nəfsinin istəkləridir. Mömin bunları əvvəlcə Quranla dəyərləndirər, əgər Quran əxlaqına uyğundursa, tətbiq edər. Çünki mömin özünü nəfsinin idarəsinə təslim etmiş insan deyil. Nəfsi onu deyil, o nəfsini idarə edir. Ona görə də iman gətirən insan,
• İçindən qəzəb hissi gəldikdə qəzəblənməz;
• Qısqanclıq hissi gəldikdə qısqanmaz;
• İnciklik hissi gəldikdə küsməz;
• Təkəbbür hissi gəldikdə lovğalanmaz.
Bəzi insanlar içlərindən gələn mənfi hisslərin ancaq bəzisinə gücləri çatdığına, bəzisinin qarşısında aciz olduqlarına inanırlar. Məsələn, belə bir insan nəfsi nəzakətsizliyi təlqin edirsə, buna qarşı çıxa biləcəyinə inanır. Laqeydlik, tənbəllik, eqoistlik kimi hisslərə tabe olmayacağına əmindir. Ancaq qəzəbini cilovlaya bilmədiyinə inanır. Kədərləndikdə, içindən ağlamaq hissi gəldikdə bunun qarşısını almaq üçün heç nə edə bilməyəcəyini düşünür. Bunun mənəvi deyil, fiziki olduğunu, bu istəklərinin orqanizminin reaksiyası olduğunu, ona görə də öhdəsindən gələ bilmədiyini düşünür. Bu təqdirdə, nəfsində müdaxilə edə bilmədiyi bir çox cəhət olduğunu zənn edir. “Nə edim, mən beləyəm, qəzəbimi cilovlaya bilmirəm”, “hər insanın bir qüsuru var, mənim də qüsurum budur, məni də belə qəbul edin” kimi sözlərlə bu düşüncələrini ətrafına da qəbul etdirməyə çalışır.
Əlbəttə, bu cür insanlar tamamilə səhv düşünürlər. Ona görə də Quranda verilən bu məlumatın əksini iddia edən insan ancaq özünü aldadır. Həqiqətən, hər insan istədikdə ALLAHın iznilə nəfsindəki hər cür pisliyin, nöqsanın, qüsurun öhdəsindən gələ bilər. İnsan ALLAHdan qorxub-çəkinərsə, nəfsindən gələn ən güclü təlqinlərə qarşı mübarizə aparmaq üçün bir çıxış yolu tapar. Nəfsə qalib gəlmək üçün səy göstərmək əvəzinə dərhal nəfsə təslim olmaq, gücünün çatmadığını düşünərək bu qüsuru ilə yaşamağı qəbul etmək çox böyük acizlikdir. ALLAH dünya həyatında insana hər şeyin doğru yolunu göstərmişdir. Həll yolunu Quran əxlaqında axtaran hər insan ALLAHın iznilə bu doğru yolları asanlıqla tapar və heç çətinlik çəkmədən tətbiq edər.

Vəfa Kərimzadə

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş