www.derinbilgiler.net » Məqalələr » İmani » Xoşbəxtliyin sirri nədir?

 
 
 


Xoşbəxtliyin sirri nədir?

Müəllif: Terish Tarix 3-09-2015, 11:40, Baxılıb: 435

0
Xoşbəxtliyin sirri nədir?


İman gətirən insan bu dünyanın həqiqi mahiyyətini, öz yaradılış məqsədini, Allahın onu sınadığını və Ona qulluq etməklə məsul olduğunu dərk edir. Ona görə də həyatı boyu Allahın rizasını, rəhmətini qazanmağa çalışır və möminlərin əsl yurdu olan cənnətə daxil olmaq üçün cəhd edir.

Xoşbəxtlik isə səmimi imanlarına və bağlılıqlarına görə həm dünyada, həm də cənnətdə Allahın saleh qullarına verdiyi çox böyük nemətdir. Möminlərin xoşbəxtliyinin və rahatlığının mənbəyi isə yalnız imanlarıdır. Allah səmimi imanlarının əvəzində onların qəlbinə xoşbəxtlik və rahatlıq verir. Möminlər şəraitdən asılı olaraq xoşbəxt olmurlar, bu, Allaha və axirətə iman gətirməyin qazandırdığı mənəvi xoşbəxtlikdir. Bu anlayışdan uzaq yaşayan insanlar isə iman gətirmədikcə həqiqi xoşbəxtlikdən uzaq qalırlar. Sonsuz güc sahibi Allah din əxlaqına uyğun yaşamadıqlarına görə bu insanların qəlblərinə sıxıntı verəcəyini Quranda belə bildirmişdir:

Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə rəzalətə salar. (Ənam surəsi, 125)

İman gətirməyən insanlar axirət həyatının çox yaxın olduğunu və bir gün axirətə köçəcəklərini düşünmədən yaşayırlar. Ölümü, ölümdən sonra nələrlə qarşılaşacaqlarını, həyatları boyu etdikləri hər şeyə görə Allaha cavab verəcəklərini, nəticədə, cənnət və ya cəhənnəmdə əbədi qalacaqlarını ağıllarına gətirmir və ya gətirmək istəmirlər. Bu insanları bu cür laqeyd davranmağa sövq edən əsas amil isə sonsuz axirət həyatını özlərindən uzaq görmələridir. Bu cür düşünən insanlar özləri üçün yaşayır, heç düşünmədikləri və ya düşünsələr də, baş verəcəyini ehtimal etmədikləri bir şey üçün həyatlarını və qurduqları planları fəda etmək istəmirlər. Bunu özləri üçün böyük itki hesab edirlər. Dünya həyatını və dünyəvi mənfəətləri axirətdə qazanacaqlarına nisbətən daha yaxın və asan görürlər. Bütün istəklərinə qısa dünya həyatında nail olmağa çalışırlar. Allahın rizası üçün olan davranışlardan, din əxlaqına uyğun yaşamaqdan çəkinir, dünyəvi arzularını həyata keçirmək üçün bütün vaxtlarını sərf edirlər.

Dünya həyatına olan həvəsləri insanları bədbəxt edir. Quran əxlaqından uzaq yaşayan bu insanların dünya həyatında xoşbəxt olmayacaqlarını, daim sıxıntı içində yaşayacaqlarını Allah Quranda belə bildirir:

Kim Mənim zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik. (Ta ha surəsi, 124)

İman gətirməyən insanları bədbəxt edən, onlara narahatlıq verən digər məsələ isə qarşılaşdıqları çətinlik və sıxıntı anlarıdır. Bu insanların bədbəxtliyi tamamilə dünyəvi mənfəət və qazanca bağlı olduğuna görə, çətinlik anlarında bu mənfəətlərini itirmək qorxusu ilə üzləşirlər. Gözləmədikləri hadisə nəticəsində əllərində olanları itirmək onlar üçün bədbəxtlikdir. Əldə etdikləri müvəqqəti sevinci də bu yolla tamamilə itirirlər. Ümidsizliyə və bədbinliyə qapılırlar.

Möminlər Allaha və Onun yaratdığı qədərə iman gətirdikləri üçün daim sevincli olurlar. Bu vəziyyət onların gündəlik həyatına da əks olunur və möminlərin xarakterinin əsas mənbəyini təşkil edir. İman gətirməyənlər isə Allahdan və Onun ayələrindən xəbərsiz yaşadıqlarına görə daim bədbəxt olurlar.

Möminlərin Allaha olan sevgisi, bağlılığı və qədərə təslimiyyətləri onları maddi və mənəvi cəhətdən narahat edən hər cür səbəbi aradan qaldırır. Çünki mömin üçün həyatı boyu pis heç nə yoxdur. Allahın bütün mənfi görünən vəziyyətləri onun üçün xeyir və yaxşılığa çevirəcəyini bilir. Bu da möminin hər zaman imani sevinc içində olmasına səbəb olur. Hər kəsin kədərləndiyi, bədbin olduğu mühitdə də onu kədərləndirən heç bir səbəb olmadığına görə sevincindən heç nə əskilmir. Çünki möminlər hər şeyin Allahın nəzarəti daxilində baş verdiyini bilirlər. Allah bu həqiqəti bir ayədə belə bildirir:

De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O, bizim Himayədarımızdır. Qoy, möminlər Allaha təvəkkül etsinlər!” (Tövbə surəsi, 51)

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş