www.derinbilgiler.net » Məqalələr » İmani » Dini Allah'ın bildirdiyi şəkildə yaşaya bilmək üçün vicdanın səsinə tam qulaq asmaq lazımdır

 
 
 


Dini Allah'ın bildirdiyi şəkildə yaşaya bilmək üçün vicdanın səsinə tam qulaq asmaq lazımdır

Müəllif: Terish Tarix 26-07-2015, 01:59, Baxılıb: 435

0
Dini Allah'ın bildirdiyi şəkildə yaşaya bilmək üçün vicdanın səsinə tam qulaq asmaq lazımdır


Müsəlmanın ən əhəmiyyətli xüsusiyyətlərindən biri hər an vicdanın səsinə qulaq asması və Allah'ın razı olacağı davranışlardakı həssaslığıdır. Müsəlman bütün həyatı boyunca Allah'ın ən məmnun olacağı rəftar nə olar deyə düşünər. Yalnız Allah'a yönələr və heç bir rəftarında başqa insanların razılığına və məmnuniyyətinə görə hərəkət edib onların gözündəki vəziyyətini düşünməz.

Bəzi insanlar isə dini yaşayarkən vicdanlarının səsinə qulaq asmırlar. Onlar dinlərini böyüklərindən gördükləri ənənələrə və vərdişlərə görə yaşayırlar. Yalnız müəyyən ibadətləri yerinə yetirmək onlar üçün kifayətdir. Bu insanlar yaşadıqları mühitə uyğun olmaq və ya alışdıqları üçün dindar kimi görünən bir həyatı seçirlər. Halbuki, dini Allah'ın bildirdiyi şəkildə yaşaya bilmək üçün vicdanın səsinə tam qulaq asmaq lazımdır. Əks halda İslam əxlaqını yaşamaq qeyri-mümkün hala gəlir.

Vicdanının səsinə daima qulaq asan insan hər an Allah üçün nə edə biləcəyini və hər vəziyyətdə ən gözəl rəftarın nə olacağını düşünür. Axirətdə peşman olacağı bir şey etməkdən çox çəkinir. Bu səbəbdən də gücünün və ağlının çatdığı nisbətdə hər an Allah rizasına ən uyğun olacaq şəkildə hərəkət etməyə cəhd edir.

Allah “Fatir” surəsi 32-ci ayəsində insanların dinə bağlılıqlarını belə bildirir:

Sonra Kitabı bəndələrimizdən seçdiklərimizə miras verdik. Onlardan kimisi özünə zülm edər, kimisi mötədil olar, kimisi də Allah'ın izni ilə yaxşı işlərdə irəli keçər. Bu böyük lütfdür! (Fatir surəsi, 32)

Bu ayədə də Allah’ın bizə bildirdiyi kimi, insanların bir hissəsi onsuz da din əxlaqından uzaq yaşayırlar. Digər hissəsi isə vicdanlarının səsinə qulaq asmayanlardır. Bunlar orta yolu seçirlər. Nəfislərinə ağır gələn məsələlərdə çox vaxt vicdanlarının səsini dinləmir, nəfslərinə tabe olurlar.

Allah'ın ayəsində bildirdiyi bir qrup da var ki, onlar xeyir işlər görməkdə yarışırlar. Həyatlarının hər anında vicdanlarının səsinə qulaq asan bu insanlar Allah'ın razılığına uyğun heç bir məsələdə daha azına razı olmurlar. Bütün vaxtlarını xeyir arxasında qaçaraq keçirərlər. Allahı, Quranı dini hər şeyin üstündə tutur, heç bir mövzuda əsla nəfslərinə məğlub olmamağa diqqət edir, həmişə vicdanlarının səsini dinləyirlər. Gözəl əxlaqda, fədakarlıqda, sevgidə, şəfqətdə həmişə önə atılırlar. Allah bu insanları cənnəti ilə müjdələmişdir.

Onlar Allaha, axirət gününə inanır, (insanlara) yaxşı işlər görməyi əmr edir, (onları) pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər. Onların yaxşılıq naminə etdikləri işlərdən heç biri inkar edilməz (mükafatsız qalmaz). Şübhəsiz ki, Allah müttəqi olanları tanıyır! (Ali-İmran surəsi 114, 115)

Vəfa Kərimzadə

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş