www.derinbilgiler.net » Məqalələr » İmani » Gün ərzində Allahı nə qədər düşünürsən?

 
 
 


Gün ərzində Allahı nə qədər düşünürsən?

Müəllif: Terish Tarix 16-07-2015, 14:24, Baxılıb: 390

0
Gün ərzində Allahı nə qədər düşünürsən?


Bir çox mövzudan bəhs edə bilərik: siyasətdən, gündəlik qarşımıza çıxan və imtahan olduğumuz mövzulardan, həyatın keçiciliyindən və ölümün yaxınlığından... Lakin bu gün bütün müsəlmanlar üçün, həqiqətən, çox əhəmiyyətli bir mövzudan bəhs etmək istəyirəm.
Bu yazını oxuyarkən dayanıb bir anlıq özündən soruşmağını istəyirəm. Həqiqətən, gün ərzində Allahı nə qədər düşünürsən? Yatağından qalxar-qalxmaz sənə yeni bir gün bağışladığının fərqindəsənmi? Allahın sənə şah damarından daha yaxın olduğunu bilirsənmi? Hər duanı, hər şükürünü eşitdiyini və sənə daima, heç dayanmadan nemət göndərdiyini görə bilirsənmi?
Bütün bunları, həqiqətən, görən və qəlbində hiss edən mömin gün ərzində müntəzəm Allahı zikr edər. Yolda gedərkən, maşında ikən, yemək yeyərkən davamlı Allah ilə birlikdə olar. Allah ilə dərin bağını heç kəsməz. Çünki Allah insanların bütün qəlbi ilə Özünü sevməyini istəyir. Allahın, təbii ki, qullarının sevgisinə ehtiyacı yoxdur. O, bütün kainat tərəfindən daima öyülür, davamlı ucaldılır. Lakin bizim Rəbbimizin sevgisinə çox ehtiyacımız var. Bu səbəbdən, səmimi möminin ağlında, düşüncələrində, dilində daima Allah vardır. Allah sevgisi sanki vücudunun bütün hüceyrələrinə işləmişdir. Qəlbi Allah sevgisi ilə döyünər, Allah anıldığı zaman bütün ruhu qidalanar və sevincindən coşar. Möminin səmimiyyəti Allah anıldığında göstərdiyi həyəcan və şövqlə ortaya çıxar.
İnkarçıların isə bütün sevgisini insanlara yönəltdiyini, şirk içində boğulduğunu görürük. Bəzisi həyat yoldaşını, bəzisi uşağını, bəzisi iş yerini, banka yığdığı pullarını, bəzisi də mal-mülkünü bütləşdirir. Bütün sevgisini bunlara yönəldərkən Allahı tamamilə unudur, gün ərzində bir dəfə də olsun Allahın adını çəkmir, Allahı ağlına gətirmir. Allah inkar edənlərin bu vəziyyətini belə bildirir:
İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər. (Bəqərə surəsi, 165)
Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: “Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan. (Zümər surəsi, 65)
Müşriklər şəriklərini gördükdə deyəcəklər: “Ey Rəbbimiz! Bunlar bizim Səndən başqa ibadət etdiyimiz şəriklərimizdir!” (Bütlər isə) onlara: “Şübhəsiz ki, siz yalançısınız!”– deyə cavab qaytaracaqlar. (Nəhl surəsi, 86)
İndi bu iki insan arasındakı fərqi düşünün. Biri yatağından qalxan kimi Allahı düşünür, diqqətini davamlı Allaha verir. Allahın təcəlliləri ilə ünsiyyətdə olduğunu bilir. İnsanları, bütün canlıları, çiçəkləri, heyvanları Allahın təcəllisi olaraq sevir. Bütün sevgisini əvvəlcə Allaha, sonra yaradılanlara verir. Qəlbində Allah, dilində Allah, əməllərində həmişə Allah var. Tək istəyi var, o da bir gün o böyük eşqlə sevdiyi Rəbbinə qovuşmaq...
Digəri isə günə görəcəyi işləri düşünərək başlayır. Dünya işləri ilə məşğul olur. Ağlında davamlı işi, pulu, idarə etdiyi insanlar var. Yalnız dünya üçün yaşayır. Allah heç ağlına gəlmir. Bütün bunları edərkən özünü əhatə edən, ona bütün hüceyrələrinə qədər həyat verən Rəbbindən xəbərsizdir. Sanki küləkli havada sürüklənən bir yarpaq kimi şüursuz yaşayır, düşünmədən və sevgisini gerçək sahibinə vermədən. Bu səbəbdən də bütləşdirdiyi və sevgisini verdiyi hər şey Allahdan bir xatırlatma olaraq, vəfa və gözəlliklə nəticələnmir. Allahı sevməyən qəlblər arasında Allah gerçək sevgini və gerçək eşqi yaratmır. Dünyadakı insanların sevgisizlikdən, eqoistlikdən, vəfasızlıqdan şikayət etmələrinin təməlində bu həqiqət durur. Onlar: “Nə üçün belədir”, -deyə hər zaman qarşı tərəfi günahlandırarkən Allah gerçək sevgini və eşqi qəlblərə yerləşdirmir. Bu dünyada Allahı unudanı Allah da unudur, Onu yad etməyəni Allah da yad etmir.
Allahın bizdən istədiyi kəsik, qopuq, arada xatırlanan bir sevgi deyil. Dərin bir sevgi ilə Özünü sevməyimizi istəyir. Bu səbəbdən: “Səmimi inanıram”, -deyən hər mömin dönüb bir dəfə öz həyatına baxsın. Qəlbindəki Allah sevgisini hər keçən gün artırsın. Bu dünyada da, axirətdə də tək gerçək dostumuzun Allah olduğunu, hər şeydən çox sevilməyə, ucaldılmağa layiq olanın uca Rəbbimiz olduğunu unutmasın. Gün ərzində Allahı unutmağı, Allahdan qafil olmağı, lazımsız düşüncələrə dalmağı özünə yaraşdırmasın...
Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma. (Əraf surəsi, 205)

Ülviyyə Əlizadə

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş