www.derinbilgiler.net » Məqalələr » İmani » İslam ölkələrindəki şəriət Qurana uyğundurmu?

 
 
 


İslam ölkələrindəki şəriət Qurana uyğundurmu?

Müəllif: Terish Tarix 15-07-2015, 14:49, Baxılıb: 433

0
İslam ölkələrindəki şəriət Qurana uyğundurmu?


İslam dedikdə çox insan hal-hazırda bir çox ölkədə yaşanan şəriətləri düşünür. Halbuki Qurana əsaslanmayan, adət-ənənələrə və uydurma hədislərə əsaslanan şəriətlə Qurandakı şəriət eyniləşdirilə bilməz. Əgər dünyada İslam şəriətinə uyğun idarə olunan bir ölkə olsaydı, Quranın “Dində məcburiyyət yoxdur” hökmünə əsasən, tam demokratiya yaşanardı. Mal-mülk hərisliklə yığılmaz, Quranın yoxsulu qorumağa və öz nəfsindən əvvəl qardaşının nəfsini düşünməyə təşviq edən gözəl hökmünə əsaslanan həyat tərzi hakim olardı. Həyat standartları yüksək və keyfiyyətli olardı. Elm və incəsənətə yüksək dəyər verilərdi. Heç bir irqi və dini ayrı-seçkilik olmadan bütün millətlərə sevgi və şəfqətlə yanaşılardı. Söz və fikir azadlığı olardı, lakin əsla təhqirə, şiddət və təzyiqə yol verilməzdi. Quranın “kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür” xəbərdarlığına əməl edilərdi. Müsəlman olduğunu iddia edənlər digər məzhəbdən olanları asanlıqla öldürməzdi.
Lakin hal-hazırda İslam şəriəti yaşanan ölkələrin heç birində bu sistem demək olar ki, yoxdur. Çünki hazırda şəriət adı altında yaşanan sistem Qurandakı İslam şəriəti ilə idarə edilmir. İslamın şəriətini yaşamaq üçün dini bütün xurafatlardan təmizləmək və Quranda təsvir olunan şəriətə uyğun yaşamaq lazımdır. Bunun üçün İslam şəriəti ilə idarə olunan ölkənin rəhbəri xurafatlara deyil, tamamilə Qurana uyğun qərarlar qəbul etməlidir.
Qurana tabe olan müsəlman lider özündə üç əsas xüsusiyyəti birləşdirməlidir: şəfqətli, demokratik və ədalətli olmalıdır. Bu liderə nəinki xalq, qonşu dövlətlərin də liderləri daima etibar edər. Quran əxlaqına yiyələnmiş müsəlman liderin himayəsində yaşayan insanlar demokratiyanı indiyə qədər yer üzündə tətbiq olunmamış ən mükəmməl şəklini görə bilərlər. Heç kimə məcburi şəkildə islami məsuliyyətlər yüklənməz, hər kəs öz inancına görə sərbəst hərəkət edər. Qurandakı İslama əsasən, hər kəslə bərabər və ədalətli rəftar edilər.
Bəzən müsəlmanların öz əleyhinə yaranan vəziyyət olsa da, “Ey iman gətirənlər! Özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun” ayəsinin tələbi ilə ədalət mütləq bərpa olunar. İslam dininin mənbəyi Quran olduğu üçün şəriəti də Qurandan öyrənmək daha doğru olar.
Hal-hazırda İslam şəriəti ilə idarə edildiyini iddia edən dövlətlərin Qurana nə qədər uyğun olduğuna baxmaq lazımdır. Belə ki, Quranın bizə ədaləti, demokratiyanı, azadlığı öyrətdiyi halda İslamı məcburi şəkildə qəbul etdirməyə çalışan, öz məzhəbindən olmayanları asanlıqla öldürən, Quranda olmayan hökmləri tətbiq etdirməyə çalışan ölkələrdəki şəriətin Qurana əsaslanmadığı aşkar görünər. Lakin Quranın bizə göstərdiyi yola tabe olsalar, sevginin hakim olduğu, heç kimin inanc azadlıqlarının məhdudlaşdırılmadığı, hər kəsin bolluq içində yaşadığı cəmiyyət yaranar. Qurana əsaslanan İslam şəriətində xurafatlara yer olmadığı üçün radikalizm də aradan qalxar. Xurafatlara əsaslanan şəriətin əvəzinə Qurana əsaslanan dini maarifləndirmə isə İslamı vəhşət dini kimi göstərməyə çalışanlara çox gözəl cavab olar.

Nərmin Kərimzadə

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş