www.derinbilgiler.net » Məqalələr » İmani » Qadın,hüquqları ilə birgə dünyaya gəlir

 
 
 


Qadın,hüquqları ilə birgə dünyaya gəlir

Müəllif: Terish Tarix 31-05-2015, 14:34, Baxılıb: 352

0
Qadın,hüquqları ilə birgə dünyaya gəlir

Bəzi ölkələrdə müəyyən tarixlərdə qadınlara verilmiş haqlar hər il qeyd edilir. Qadınların kişilərlə bərabər təhsil alma haqqı, dövlət məmuru ola bilmək haqqı, seçilmək və seçmək haqqı buna nümunə ola bilər. Dünyanın normal qəbul etdiyi bu vəziyyətin kökündəki anormal hal isə çox az insan tərəfindən görünməsidir.

Bu qəribə anlayış hər şeydən əvvəl qadınların haqlarının hansı məntiqlə alındığı sualı ilə başlayır. Qadının sahib olduğu ən təbii haqlarını kim və necə əlindən ala bilər? Qadına haqlarını geri vermək “mədəniyyət göstəricisi” kimi necə qəbul edilə bilər?

Qadın, haqları ilə birlikdə dünyaya gəlir. Ona bu haqları Allah verib. Quran bu haqların və üstünlüklərin bəhs edildiyi, qadının tərifləndiyi və ona ən böyük dəyərin verildiyi rəhbərimizdir. Qurana görə qadın fikirlərinə dəyər verilən dövlət idarəçisi, mübarizə aparmağı bacaran və eyni zamanda gözəlliyin və zərafətin simvolu olan bir çiçəkdir. Quranda bildirilən qadının məsuliyyətləri kişilərinkindən fərqli deyil. Eyni zamanda qadın dəyərli olduğundan daima qorunmuşdur. Allah Quranda qadını üstün tutmuşdur.

Belə ki, müxtəlif səbəblərlə keçmişdə və ya indiki dövrdə qadınların haqlarına məhdudiyyət qoyulması saxta inanc, fikir və ideologiyaların məhsuludur. Saxta ideologiyaların yaratdığı bu qadağaların aradan qaldırılması qeyd olunacaq bir müvəffəqiyyət deyil, əksinə böyük bir nöqsandır.

İslam dininin qadına olan qayğısına baxmayaraq, bəzi İslam ölkələrində qadın haqlarına olan istismarın nə qədər böyük ölçüdə olduğu görünür. Xüsusilə, bəzi cəmiyyətlər İslam dini əvəzinə olduqca təhlükəli və azğın xurafat dininin qaydalarını tətbiq edirlər. Bu yanlış inancın ən diqqət çəkən tərəfi isə həyatın hər anında sevgi yerinə nifrətin daha üstün olmasıdır. Bu anlayışda ən çox nifrət bəslənilənlərdən biri də qadındır. Qadın Quranla ziddiyyət təşkil edən çox sayda xurafatlarla ikinci dərəcəliinsan hesab edilmiş, dəyərsizləşdirilmiş, cəmiyyətdən, sosial həyatdan, hətta bütünlüklə həyatdan təcrid edilməyə çalışılmışdır.

Bəzi ölkələrdə uzun illər çəkən qadına qarşı təzyiq və sevgisizlik siyasətinin mövcud olduğu halda, bəzi ölkələrdə də bu vəziyyət qanunlarda və gündəlik həyat tərzində mövcuddur. Lakin xüsusilə, son dövrdə Yaxın Şərq və Afrika kimi bölgələrdə meydana gələn daxili qarşıdurmalar, xurafat zehniyyətinin hakim olduğu radikal qrupların müxtəlif yerlərdə özlərini daha qabarıq göstərmələri, mühasirə altına alınmış yerlərin artması qadın haqlarına tətbiq olunan istismar terrorunu daha da gücləndirmişdir. İraq, Suriya, Kəşmir, Əfqanıstan, Şərqi Türküstan, Sudan, Somali, Myanma kimi bölgələrdə qadına qarşı törədilən cinayət, işgəncə və təcavüz kimi hadisələr olduqca böyük ölçüdədir. Lakin bu bölgələrdə qarşıdurmalar artdıqca qadınlar haqqındakı bu vəziyyətkölgədə qalır.

İnsan Haqları İzləmə Təşkilatı 6 fevral tarixində nəşr etdiyi “Heç kim təhlükəsiz deyil” (“No one is safe”) başlıqlı 105 səhifəlik hesabatda İraqdan bəhs edilirdi. Hesabatda əsas göstərilən mövzu isə həbsxanalarda günahsız olaraq saxlanılan, döyülən, müxtəlif şəkillərdə işgəncə və təcavüzə məruz qalan iraqlı qadınların vəziyyəti idi. İnsan qaçırmanın, işgəncənin, qadın edamının və təcavüz hadisələrinin dəhşətindən bəhs olunurdu.

Hesabatda İraqın hədəf alınmasının, şübhəsiz ki, vacibsəbəbi var. Burada xüsusilə, demokratiyanın inkişaf etməsində irəliləyən və müstəqilləşən bir dövlət olan İraqda qadın haqlarının hansı vəziyyətdə olduğunun göstərilməsi tələb olunurdu. Belə ki, demokratiyalaşma mərhələsinə çatmamış digər ölkələrdə vəziyyətin necə olduğunu düşünmək elə də çətin deyil.

1995-ci ildə HillariKlintonun “Qadın haqları insan haqlarıdır” şəklindəki vurğusu olduqca doğrudur. Lakin bu fikrin həyata keçə bilməsi üçün qadın haqları mövzusundakı razılaşmalar, nümayişlər, bəzi qrupların aqressivreaksiyaları və süni şəkildə Qərb mədəniyyətini yaşamaq səyləri istənilən nəticəni verməyəcək. Qadın haqlarının insan haqqı olduğunun bilinməsi üçün xüsusilə, xurafatların təsiri altındakı müsəlman cəmiyyətlərə qadının Quranda necə təsvir olunduğu izah edilməlidir.

Əlbəttə ki, qadın haqlarının istismarı sadəcə İslam ölkələrində mövcud olan problem deyil. Bu, eyni zamanda, bir çox yanlış ideologiyaların nəticəsi olan bir fəlakətdir. Xüsusilə, İslam ölkələrində bu istismarın qarşısı alınsa, bütün dünyada bu problemin həll olunmasına yol açılacaq. Quranda bildirildiyi şəkildə qadının üstünlüyü və onun qorunması anlayışının yayılması, şübhəsiz ki, qadınların cinayət, istismar, işgəncə və təcavüz kimi qorxunc tədbiqlərə məruz qalmasının da qarşısı alınacaq. Qadına dəyər verən cəmiyyətlər digər cəmiyyətlərə dənümunə olacaq və qadınlara qarşı yanlış tədbiqlərin dünya səviyyəsində aradan qalxmasına da yol açacaq.

Qadına layiq olduğu dəyəri verən cəmiyyətlər daima müstəqilləşən, xoşbəxt və inkişaf edən cəmiyyətlərdir. Qadına dəyər verən cəmiyyətlər zəifləməz, əksinə, daima inkişaf edər və demokratikləşərlər. Bu səbəbdən, qadınların qorunması və layiq olduğu dəyərin verilməsi bütün cəmiyyətlərin ehtiyacıdır.

Unudulmamalıdır ki, əgər yanlış inanc və ya ideologiyanın gətirdiyi təxribatlardan qurtulmaq istənilirsə, o təxribata sadəcə reaksiya göstərməklə kifayətlənmək deyil, yanlış inancı doğru inancla əvəz etməklazımdır. Belə ki, qadınların layiq olduğu dəyəri görmələri və zərər çəkməmələri üçün cəmiyyətlərə Allah`ın qadına verdiyi dəyərin bildirilməsi vacibdir. Bunun da tək yolu cəmiyyətlərə düzgün təhsilinverilməsidir


Aysel Vəlizadə

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş