www.derinbilgiler.net » Məqalələr » İmani » Sevgi insanı olmaq

 
 
 


Sevgi insanı olmaq

Müəllif: Terish Tarix 30-05-2015, 13:02, Baxılıb: 407

0
Sevgi insanı olmaq

İnsanların çoxu dünyanın fani olduğunu, bir gün yox olub gedəcəklərini bilirlər. Amma bildikləri halda dünyaya niyə bu qədər bağlıdırlar? Yox olub gedəcək bir şey insanlar üçün necə məqsəd ola bilər?…

İnsanlar adətən zəngin insanların heç bir dərdinin olmadığını, hər istədiklərini etmə imkanına sahib olduğu üçün çox xoşbəxt olduqlarını, kasıbların isə belə bir imkanı olmadığı üçün elə də xoşbəxt olmadıqlarını düşünürlər. Halbuki, dünyaya və insana aid bütün acizliklər dilindən, dinindən, irqindən, millətindən, maddi vəziyyətindən, vəzifəsindən asılı olmayaraq hər kəsə aiddir. Məsələn, xəstəlik, yuxu, aclıq, susuzluq, yaşlanmaq, çirklənmək, davamlı təmizlənmək və s. Elə bir acizlik ki, varlı-kasıb, cavan-qoca, gözəl-çirkin hər insana məxsusdur. Elə götürək xəstəliyi: xəstəliyin ağrısını, acısını, verdiyi narahatlığı varlılar hiss edib yaşadığı kimi, kasıblar da hiss edib yaşayır. Buna görə də, insanın sahib olduğu heç bir imkan və maddi güc onun bu acizliyini ortadan qaldıra bilməz və ya bu acizliyinə əngəl ola bilməz. Çox məşhur insanların həyatlarına baxsaq dəfələrlə depressiyaya düşdüklərini, həyatlarından şikayət etdiklərini görərik. Baxmayaraq ki, dünyada tanınmış şəxslərdir və minlərlə sevənləri var. Dünyanın istənilən yerində istirahət edir, maddi cəhətdən heç bir korluq çəkmirlər. Təsəvvür edin ki, ayaq üstə alqışlanır, sevilirlər, istədikləri hər şeyi asanlıqla əldə edirlər, amma xoşbəxt deyillər. Sahib olduqları imkanlara rəğmən axtardıqları xoşbəxtliyi tapa bilmirlər, nə bədənləri, nə də ruhları rahatlıq tapır, üzləri çökür, vaxtından əvvəl yaşlanırlar. Nəticədə depressiyaya düşürlər. Bir çoxları da içki və narkomaniyaya qurşanır. Sanki rahatlığı bununla əldə edəcəklərini düşünürlər. Bilirsiniz niyə? Çünki dünyaya bağlanırlar, məqsədləri və hədəfləri dünyadır, dünyalıqdır. Halbuki, əvvəldə də qeyd etdiyim kimi yox olub gedən bir şey insan üçün məqsəd ola bilməz. Nə qədər can atsan da o məqsədə çata bilməzsən.

Gördüyünüz kimi bir insanın xoşbəxt olması üçün gözəl olmaq, varlı olmaq, bütün dünyada məşhur olmaq, vəzifə sahibi olmaq, adlı-sanlı olmaq əsas deyil. İnsanlar həyatlarından şikayət edərkən adətən sevgisizlikdən şikayət edirlər. Sevginin insanlar üzərində nəinki qıtlığı, demək olar ki, yoxluğu çox açıq şəkildə özünü göstərir. Dünyanın sevgiyə ehtiyacı var, insanlarin sevgiyə ehtiyacı var. Sevgisizlik bütün dünyaya hakim olub. İnsanlar bir-birlərinə kinlə, nifrətlə, düşmənçiliklə və şəxsi mənfəətləri üçün yanaşırlar. Əxlaqi tənəzzül baş alıb gedir. Dünya əxlaqsızlıq içində boğulur. Qadına qarşı zorakılıq getdikcə artır, cinsi pozğunluq virus kimi bütün ölkələrdə yayılır, cinayətlərin, terror hadisələrinin sayı hər ötən gün daha da çoxalır. Dünya sanki üzərindəki bu ağır yükü boşaldıb rahatlığa qovuşmaq istəyir. Ancaq necə?

İnsanların xoşbəxt olmamalarının, yalnız qalmalarının səbəbi kimi maddiyatı əsas göstərmək doğru deyil. Bunun əsas səbəbi insanların qəlbən Allah'dan uzaq olmalarıdır.

Bilin ki, qəlblər ancaq Allah'ı zikr etməklə rahatlıq tapır. (Rad surəsi, 28)

Əsl sevgini, əsl xoşbəxtliyi əldə etmək əslində çox asandır. Əsl sevginin, əsl rahatlığın və xoşbəxtliyin əsasını iman təşkil edir. Allah'a iman, sonsuz güc, üstün ağıl, mərhəmət və əzəmət sahibi uca Allah'a olan iman və bu imandan qaynaqlanan dərin sevgi, etibar və təslimiyyət. Yaradan yaratdığını ən yaxşı bilən və tanıyandır. İnsanın nəyə ehtiyacı olduğunu və nəyin insanı xoşbəxt edəcəyini, ruhuna rahatlıq verəcəyini ən yaxşı bilən də Allah'dır. Əks halda, hər nə olursa olsun, heç bir imkan, maddi güc insana dinclik və xoşbəxtlik bəxş edə bilməz. İnsan hər zaman yalnızlığın və Allah'dan uzaq olmağın əzabını, sıxıntısını qəlbində hiss edər.

İnsanların həm vicdanları, həm də ruhları məhz iman etdikdən sonra rahatlıq tapır, bədənləri sağlam və gümrah olur, canlanır, gözəlləşir. Üzlərində imandan qaynaqlanan bir nur olur. İnsan məhz bu zaman sevgi insanı olur. Sevgi insanı olmaq isə bütün dünyaya faydalı və xeyirli olmaq deməkdir, sevgi insanı olmaq ağıllı fikirlər irəli sürərək, doğru qərarlar alaraq dünyanın qurtulması üçün var gücüylə cəhd edən fədakar biri olmaq deməkdir.

Xoşbəxtliyin, sevincin, nəşənin, rahatlığın yeganə qaynağı Allah'dır. Allah'a iman etməsək xoşbəxt və huzurlu həyatımız da olmaz. Allah'a iman etməsək gözəlliklərdən zövq ala bilmərik. İmandan başqa heç bir yolla bu həyatı axtarıb tapmaq da mümkün deyil.

Firuzə Həsənzadə

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş